F akültə-İqtisadiyyat Tələbə :Ədilova Solmaz Qrup-164a


Azərbaycan Respublikasının Prezidenti



Yüklə 195,43 Kb.
səhifə4/7
tarix24.11.2022
ölçüsü195,43 Kb.
#70215
1   2   3   4   5   6   7
Solmaz Ədilova Hesabat

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 15 iyul 2000-ci il

  1. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində idarəetmə

2.1 Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkilinin, mühafizəsinin və istifadəsinin əsas prinsipləri


Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkilinin, mühafizəsinin və istifadəsinin əsas prinsipləri

  • bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanması;

  • xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən məqsədli istifadə, habelə elmin, mədəniyyətin, təhsilin və maarifin inkişafı üçün səmərəli istifadə edilməsi;

  • sosial-iqtisadi amillərin və yerli əhalinin maraqları nəzərə alınmaqla, turizmin və rekreasiyanın inkişafı;

  • xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində dövlət tənzimlənməsi və nəzarət;

  • xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən istifadənin qanunla nəzərdə tutulmuş hallarda ödənişli olması;

  • xüsusi mühafizə olunan təbiət ərazilərin və obyektlərin mühafizəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı;

  • beynəlxalq əməkdaşlıq.


2.2 Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya mühafizə zonaları


Xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən edilir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sərhədlərinin hüdud xəttindən bütün perimetri boyunca 3000 metrədək məsafədə müəyyən edilir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinə bitişik sərhədlərinin hüdud xəttindən 3000 metrədək məsafədə müəyyən edilir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonaları müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında ərazinin ekosisteminə mənfi təsir göstərməyən və təbii ehtiyatların təsərrüfat istifadəsinə məhdudiyyətləri nəzərdə tutan aşağıdakı fəaliyyətlərə yol verilir:

  • elmi tədqiqat işləri;

  • ətraf mühitin monitorinqi və ekosistem dəyişikliklərinə nəzarət;

  • yanğından mühafizə tədbirləri və meşə massivlərinin qorunması;

  • torpaqdan təsərrüfat məqsədi ilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi;

  • bioloji və landşaft müxtəlifliyi, təbii ekosistemin bərpası tədbirlərinin keçirilməsi;

  • turizm və rekreasiya məqsədləri ilə istifadə;

  • mineral su və digər müalicəvi resurslardan istifadə;

  • balıq və digər su bioresurslarının idman və həvəskar ovu;

Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında aşağıdakılar qadağandır:

  • yeni yaşayış məntəqələrinin salınması;

  • ekoloji təhlükə yaradan müəssisələrin, o cümlədən kimya, nüvə energetikası və metallurgiya sənayesi obyektlərinin yerləşdirilməsi və istismarı;

  • geoloji kəşfiyyat işlərinin aparılması, faydalı qazıntıların çıxarılması və emalı;

  • meşələrdə əsas istifadə qırıntısı;

  • aqrokimyəvi maddələrdən və pestisidlərdən istifadə;

  • yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası;

  • ərazinin hidroloji rejimini pozan və torpağın münbitliyinə təsir edən işlərin görülməsi

Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarına daxil edilmiş xüsusi mülkiyyətdə, bələdiyyə mülkiyyətində və (və ya) istifadədə olan əmlakdan servitut hüququ əsasında istifadə edilir.


Yüklə 195,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin