VergiLƏRİ I



Yüklə 102.78 Kb.
PDF просмотр
tarix30.11.2016
ölçüsü102.78 Kb.

FİZİKİ ŞƏXSLƏR TƏRƏFİNDƏN BƏLƏDIYYƏYƏ (YERLİ) ÖDƏNİLMƏLİ 

OLAN  ƏMLAK VƏ TORPAQ

 

VERGİLƏRİ 

 

I.

 

FİZİKİ  ŞƏXSLƏRİN ƏMLAK VERGİSİ 

 

 

Son  dəyişikliklər  yalnız  fərdi  xüsusi  mülkiyyətdə  olan  evlərə,  sahibkarlara,  fərdi  vergi 

ödəyicilərinə aiddir.   Hüquqi  şəxsin  balansında olan  əmlakla  əlaqədar ödənilməli olan 

ə

mlak  və  torpaq  vergiləri  AR  Vergi  Məcəlləsi    və    digər  qanunvericilik  aktları  ilə 



tənzimlənir.  

 

1.

 

Fiziki şəxslərin əmlak vergisi dedikdə nə başa düşülür?  

Fiziki  şəxslər  tərəfindən  onların  xüsusi  mülkiyyətində  olan  və  ölkə  (Azərbaycan 

Respublikası) ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin  fiziki şəxslərə 

məxsus su və hava nəqliyyat vasitələri üçün ödənilən vergi əmlak vergisidir. Bu sənəddə 

hava  və  su  nəqliyyat  vasitələri  üçün  ödənilməli  olan  əmlak  vergiləri  nəzərdə 

tutulmamışdır. 

 

2.

 

Ə

mlak  vergilərinin  tətbiqinə  dair  qanunvericiliyə  edilmiş  son  dəyişikliklər 

nədən ibarətdir?   

Ə

mlak vergisinə son dəyişikliklər: 2015-ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslər 



ə

mlak  vergisini  onların  xüsusi  mülkiyyətində  olan  evlərin  sahəsindən  asılı  olaraq 

ödəyəcəklər.

1

  



 

3.

 

Son dəyişikliyə əsasən Əmlak vergisi necə hesablanır?  

AR Vergi Məcəlləsinə edilən 20 iyun 2014-cü il tarixində son dəyişikliklərə (Əlavə 1, Bax 

VM,  Maddə 198.1) əsasən, 2015-ci il yanvarın 1-dən  əmlak vergisi ümumi  sahənin hər 

kvadratmetrinə görə hesablanır və evin yerləşdiyi ərazidən asılı olaraq  aşağıdakı vergi 

dərəcələri tətbiq edilir:  

 

Yaşayış məntəqələri 



Fiziki  şəxsin  xüsusi  mülkiyyətində  olan 

yaşayış və qeyri-yaşayış sahələri 

(manatla) 

Bakı 

0,4 

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 

0,3 

Digər  şəhərlər  (rayon  tabeliyində  olan 

şəhərlər istisna olmaqla), rayon mərkəzləri 

0,2 

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə 

və  kəndlərdə  (Bakı  və  Sumqayıt  şəhərlərinin, 

habelə Abşeron rayonunun qəsəbə və kəndləri 

istisna olmaqla) 

0,1 

 

Qeyd 1. Ev Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq olaraq 0,7-dən aşağı və 

1,5-dən  yuxarı  olmayan  əmsallar  tətbiq  olunacaq.    Bakı  şəhəri  üzrə  yerləşən  zonalara 

                                                           

1

 



Belə  ki,  indiyə  qədər  vergi  evlərin  inventarlaşdırılmış  dəyərindən  tutulurdu.  Əvvəlki  qanunvericiliyə 

görə,  əmlakın  dəyəri  5  min  manatdan  az  idisə,  vergi  tutulmurdu.  Dəyər  bu  məbləği  keçərdisə,  vergi 

binanın dəyərinin 0,1 faizini təşkil edirdi. 


uyğun  olaraq hansı    əmsalların  tətbiq  edilməsi    6  aprel  2015-ci  il  tarixindən

2

    etibarən 



müəyyən olunmuşdur (Əlavə 2).  

 

Qeyd 2. Həmçinin dəyişikliklərdən biri də odur ki, 30 kvadratmetrədək yaşayış sahəsinə 

ə

mlak vergisi tətbiq olunmur. Bu o  deməkdir ki,  fiziki şəxsə məxsus olan evin  ümumi 



sahəsindən 30 kv.metr çıxarılır. 

  

    



Qeyd  3.  Qeyd  edilən  dəyişiklik  yalnız  yaşayış  sahələri  üçün  nəzərdə  tutulmuşdur.  Bu 

imtiyaz yaşayış sahəsi olmayan əmlaka, o cümlədən anbar və kommersiya obyektlərinə, 

və s. aid edilmir. 

 

Qeyd 4. Əmlak vergisi qaraj sahələrinə şamil olunmur.  

 

1.

 

Fərdi ev (ya mənzil) üzrə vergilərin hesablanması nümunəsi 

Ümumi sahəsi 60 kvadratmetr, 30 kv.metri vergi hesablanmasına daxil edilmir. 

Ünvan – Bakı ş. S.Vurğun küç. ev 100 (zona 6, əmsal 1,0) 

Bakıda 1 kv.metr üçün vergi – 0.40 AZN 

(60 -30) х 0,40 х1 = 12 AZN   

 

2.



 

Fərdi ev (ya mənzil) üzrə vergilərin hesablanması nümunəsi 

Ümumi sahəsi 60 kvadratmetr, 30 kv.metri vergi hesablanmasına daxil edilmir. 

Ünvan: Quba r., Salaxlı k.   

1 kv.metr üçün vergi – 0.1 AZN 

(80 -30) х 0,1 =5 

 

3.



 

Qeyri-yaşayış sahəsi üzrə vergilərin hesablanması nümunəsi 

Obyektin ümumi sahəsi 70 kv.metr 

Ünvan – Bakı ş. S.Vurğun küç. ev 100 (zona 1, əmsal 1,5) 

Bakıda 1 kv.metr üçün vergi – 0.40 AZN 

70 х 0,40 х1,5 =42 AZN 

 

4.



 

 Müxtəlif  əhali  qruplarına  əmlak  vergisinin  ödənilməsinə  dair  güzəştlər 

mövcuddurmu?  

Bəli,  əgər  bina  yaşayış  məqsədilə  istifadə  olunursa    aşağıdakı    əhali  qrupları  ödəməli 

olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır: (əlavə 3, bax VM, maddə 199.3)   

1.

 

müharibə əlilləri; 

2.

 

Pensiyaçılar;  



3.

 

Müddətli  hərbi  xidmət  dövründə  müddətli  hərbi  xidmət  hərbi  qulluqçuların  və 



onların ailə üzvləri

4.

 



Azərbaycan Respublikasının Milli Qəhrəmanları; 

5.

 



Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları; 

6.

 



Həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri); 

7.

 



1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif 

edilmiş şəxslər; 

8.

 

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər; 



                                                           

2

  AR Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli  101 nömrəli qərarı  ilə AR Vergi Məcəlləsinin 198.1-ci 



maddəsində nəzərdə tutulmuş əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq 

edilən əmsallar təsdiq olunmuşdur.  



9.

 

Çernobıl  AES-də  qəza,  mülki  və  ya  hərbi  təyinatlı  atom  obyektlərində  digər 



radiasiya  qəzaları  nəticəsində,  habelə  nüvə  qurğularının  hər  hansı  növləri,  o 

cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa 

işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya 

bu xəstəlikləri keçirmiş şəxslər. 

 

II.  FİZİKİ  ŞƏXSLƏRİN  TORPAQ VERGİSİ:  

 

1.



 

 Kimlər torpaq vergisini ödəməlidir?  

Azərbaycan  Respublikasının  ərazisində  mülkiyyətində  və  ya  istifadəsində  torpaq 

sahələri  olan  fiziki  şəxslər  və  müəssisələr  torpaq  vergisinin  ödəyiciləridir  (bax  VМ, 

maddə 204).  



 

2.

 

Uçota durmaq  lazımdırmı?  

Rezident  və  qeyri-rezident  fiziki  şəxslər  torpaq  sahələri  barədə  özlərinin  mülkiyyət  və 

istifadə  hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra  bələdiyyə müəssisələrində 1 

ay ərzində uçota durmalıdırlar (bax VM, maddə 203). 

  

3.

 

Torpaq vergisi necə hesablanır? 

Torpaq  vergisi  torpağın  təyinatından,  sahəsindən  və  yerləşdiyi  ərazidən    asılı  olaraq 

hesablanır.  Məsələn,  Bakı  şəhəri  üzrə  1  sot  yaşayış  fondlarının,  həyətyanı  sahələrin 

torpaqları  və  vətəndaşların  bağ  sahələrinin  torpağı  üçün  0,60  AZN  dəyərində  torpaq 

vergisi  tutulur.    Bu  qiymət  10.000  (ya  100  sot)    kvadratmetrə  qədər  olan  sahələr  üçün 

tətbiq  edilir.  10.000  kvadratmetrdən  böyük  olan  torpaq  sahələri  üçün  bu  qiymət  1,2 

AZN-yə qədər yüksəlir. 

 

Torpaq sahələrinə dair torpaq vergi dərəcələri  aşağıdakılardır (bax VM,  maddə 206.3).   



  

Yaşayış 

məntəqələri 

Sənaye,  tikinti, nəqliyyat,  rabitə, 

ticarət-məişət  xidməti  və  digər 

xüsusi 

təyinatlı 

torpaqlar 

(manatla) 

Yaşayış  fondlarının,  həyətyanı 

sahələrin 

torpaqları 

və 

vətəndaşların  bağ  sahələrinin 

tutduğu torpaqlar (manatla) 

10000 

m²-dək 

olduqda 

10000 

m²-dən 

yuxarı olan hissə 

üçün 

10000 

m²-dək 

olduqda 

10000 

m²-dən 

yuxarı olan hissə 

üçün 

Bakı 

şəhəri, 

habelə  onun 

qəsəbə 

və 

kəndləri 

10 

20 

0,6 

1,2 

Gəncə, 

Sumqayıt, 

Xırdalan 

şəhərləri 

və 

Abşeron 

rayonunun 

qəsəbə 

və 

kəndləri 

8 

16 

0,5 

1,0 

Digər  şəhərlər 

və 

rayon 

4 

8 

0,3 

0,6 

mərkəzləri 

Rayon 

tabeliyində 

olan  şəhərlər, 

qəsəbələr  və 

kəndlər 

2 

4 

0,1 

0,2 

 

Yaşayış torpaq sahəsi üzrə vergilərin hesablanması nümunəsi:  

Torpağın ümumi sahəsi 12.000 kvadratmetr (1,2 ha və ya 120 sot) 

Ünvan – Buzovna qəsəbəsi, Əzizbəyov rayonu, Bakı 

10.000 kvadratmetr-ə qədər hər 100 kvadratmetr üçün vergi 0,6 AZN 

10.000 kvadratmetrdən yuxarı hər 100 kvadratmetr üçün vergi 1,2 AZN 

(100 х0,6) + (20х1,2)=60+24=84 AZN 

 

Kommersiya obyektləri üzrə torpaq vergisi hesablanması nümunəsi 



Torpağın ümumi sahəsi – 15,5 min. kv.metr (1,55 hektar və ya 155 hektar) 

Ünvan – Quba şəhəri 

100 kvadratmetrdən 10,000 kv.metrə qədər vergi – 4 AZN 

100 kvadratmetrdən  10,000 kv.metrdən çox vergi – 8 AZN 

(100 x 4) + (55x8) = 400 + 440 = 840 AZN 

 

4.



 

Kənd  Təsərrüfatı  təyinatlı  torpaqlar  üçün  ödənilməli  torpaq  vergisi  fərqli 

hesablanırmı?  

Kənd  təsərrüfatının  yerləşdiyi  torpaq  sahələri  üzrə  (şəhərkənarı  evlər  istisna  olmaqla) 

vergilər fərqli hesablanır (bax Əlavə 4,  VM, maddə 206.1 və 206.2).  

Belə ki, son qiymət   hər 1 sot üçün 0,06 AZN  olmaqla  torpaq sahəsinin keyfiyyəti və 

yerləşdiyi  əraziyə  əsasən  şərti  bal  tətbiq  olunmaqla  hesablanır  (bax  Əlavə  5,  Nazirlər 

Kabinetinin 230 nömrəli, 29 dekabr 2000-ci il tarixli Qərarı).  

  

Kənd təsərrüfatı sahəsi üçün vergilərin hesablanması nümunəsi:  

Torpağın ümumi sahəsi 20 min kv.metr (2 ha) 

Ünvan – Xaçmaz rayonu  

Vergi miqdarı – 1 ha üçün 0,06 AZN  

Torpağın keyfiyyəti – 1-ci qrup, bonitet şkalası üzrə 100-81, bu torpaq üçün şərti bal 121 

0,06 AZN х121 х 2 ha=14.52 AZN   



 

Kənd təsərrüfatı sahəsi üçün vergilərin hesablanması nümunəsi:  

Torpağın ümumi sahəsi 33 min kv.metr (3,3 ha) 

Ünvan – Abşeron rayonu  

Vergi miqdarı – 1 ha üçün 0,06 AZN  

Torpağın keyfiyyəti – 2-ci qrup, bonitet şkalası üzrə 80-61, bu torpaq üçün şərti bal 70 

0,06 AZN х 70 х 3,3 ha=13,86 AZN   



 

5.

 

 Müxtəlif əhali qruplarına əsasən güzəştlər mövcuddurmu?  

Aşağıdakı  əhali  qrupundan  olan  şəxslərin  mülkiyyətində  olan  torpaqlara  görə  torpaq 

vergisinin məbləği 10 manat azaldılır (bax əlavə  6, VM, maddə 207.3).  

1.  Azərbaycan Respublikasının Milli Qəhrəmanları; 

2.  Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları; 

3. Müharibə əlilləri;



 

  


4. Həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri); 

5.1941-1945-ci  illərdə  arxa  cəbhədə  fədakar  əməyinə  görə  orden  və  medallar  ilə  təltif 

edilmiş şəxslər; 

6. Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər; 

7. Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya 

qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı 

və  kosmik  texnika  ilə  bağlı  olan  sınaqlar,  təlimlər  və  başqa  işlər  nəticəsində  şüa 

xəstəliyinə  və  şüa  yükü  ilə  əlaqədar  xəstəliyə  tutulmuş  və  ya  bu  xəstəlikləri  keçirmiş 

şəxslər.

  

 

6.

 

Tədiyyə bildirişlərini kim və nə vaxt göndərir? 

Hər  iki  (əmlak  və  torpaq  vergiləri)  vergi  növləri  bələdiyyələr  tərəfindən  iyulun  1-dək 

hesablanır və avqustun 1-dək fiziki şəxslərə tədiyyə bildirişləri göndərilir.  

 

 

7.

 

Ödənişlər necə edilməlidir?  

Ödənişləri  Siz  yalnız  bank,  poçt  və  digər  nağdsız  ödəniş  yolları  ilə  edə  bilərsiniz; 

bələdiyyələr tərəfindən  ödənişlərin nağd alınması qadağandır (Əlavə 7).  

 

8.

 

Ə

mlak və torpaq vergisi hansı tarixlərə kimi ödənilməlidir?  

Tədiyyə bildirişlərində göstərilən illik vergi məbləğləri fiziki şəxslər tərəfindən  bərabər 

hissələrlə 15 avqust və 15 noyabr tarixindən gec olmayaraq ödənilməlidir (bax əlavə 8, 

VM, maddə  200.4, 200.5, 200.6). 

 

9.

 

 Vergilər hansı büdcəyə ödənilir?  

Fiziki  şəxslər  tərəfindən  ödənilən  əmlak  və  torpaq  vergiləri  yerli  (bələdiyyə)  büdcəyə  

ödənilir.  

 

10.



 

Vaxtında ödənilmədiyi hallarda cərimələr mövcuddurmu? 

Vergilərin  qanunda  göstərilən  vaxta  qədər  ödənməməsi  halında  hər  bir  gecikmiş  gün 

üçün  ödənilməmiş  vergi  və  ya  cari  vergi  ödəməsi  məbləğinin  0,1  faizi  məbləğində  

cərimə tutulur.

3

  Belə ki, Vergilər Nazirliyinin fiziki şəxslərin vergilərin hesablanması və 



yerli  büdcəyə  ödəməsi  qaydalarına  olan  metodiki  göstərişlərinə  əsasən,  həm  vətəndaş 

həm  də  vətəndaş  olmayan  tikinti  və  binaların  (mənzil,  şəhərkənarı  evlər,  qaraj  və  s.) 

sahibləri əmlak vergisi ödəməlidirlər ( Əlavə 9, İnzibati Prosessual Məcəllə, maddə 246). 

 

Ə



LAVƏLƏR:  

 

Ə



LAVƏ 1. AR Vergi Məcəlləsi 

 

Maddə 198. Vergi dərəcələri 

198.1. Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 

198.1.1. 

onların 


xüsusi 

mülkiyyətində 

olan binaların 

sahəsinin 

(yaşayış 

sahələrinə münasibətdə  -  onların  30  kvadratmetrdən  artıq  olan  hissəsinin)  hər 

kvadratmetrinə görə aşağıdakı  cədvəldə göstərilən  dərəcələr  tətbiq  olunur  (bina  Bakı 

şəhərində yerləşdikdə,  həmin  dərəcələrə müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 

0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə):  

                                                           

3

 AR Vergi Məcəlləsinin 59.1 maddəsi  



 

  

Yaşayış məntəqələri 

Fiziki  şəxsin  xüsusi  mülkiyyətində 

olan yaşayış və qeyri-yaşayış sahələri 

(manatla) 

Bakı 

0,4 

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 

0,3 

Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər 

istisna olmaqla), rayon mərkəzləri 

0,2 

Rayon  tabeliyində  olan  şəhərlərdə,  qəsəbələrdə 

və  kəndlərdə  (Bakı  və  Sumqayıt  şəhərlərinin, 

habelə  Abşeron  rayonunun  qəsəbə  və  kəndləri 

istisna olmaqla) 

0,1 

  

198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə: 



198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat;  

198.1.2.2.  hava  nəqliyyatı  vasitəsinin  mühərrikinin  1  kub  santimetri  üçün  0,02  manat. 

198.1.2.3.  mühərriki  olmayan  su  və  hava  nəqliyyatı  vasitələri  üçün  -  onların  bazar 

qiymətinin 1 faizi. 

198.2.  Müəssisələr  əsas  vəsaitlərin  bu  Məcəllənin  202-ci  maddəsinə  uyğun  olaraq 

müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər. 

198.3. Çıxarılmışdır. 

198.4. Çıxarılmışdır. 

  

Ə

LAVƏ 2.  AR NK–nın 101 nömrəli, 06 aprel 2015-ci il tarixli qərarı  

http://www.taxes.gov.az/uploads/qanun/2015/nk/06042015elave.pdf

 

 

Ə



LAVƏ 3. AR Vergi Məcəlləsi 

http://e-qanun.az/code/12

 

 

Maddə 199. Vergi güzəştləri və azadolmalar 

199.1.  Dövlət  hakimiyyəti  orqanları,  büdcə  təşkilatları  və  yerli  özünü  idarəetmə 

orqanları,  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  və  onun  qurumları,  dövlət 

fondları  və  əlillərin,  sağlamlıq  imkanları  məhdud  uşaqların  ictimai  təşkilatları  əmlak 

vergisini ödəməkdən azaddır. 

199.2.  Misgərlik,  qalayçılıq,  dulusçuluq  və  saxsı  məmulatlarının,  təsərrüfat 

müxəlləfatının,  bağçılıq-bostançılıq  alətlərinin,  xalq  musiqi  alətlərinin,  oyuncaqların, 

suvenirlərin,  qamışdan  və  qarğıdan  məişət  əşyalarının  düzəldilməsi,  keramika 

məmulatlarının  bədii  işlənməsi,  bədii  tikmə,  ağac  materiallardan  məişət  alətlərinin 

hazırlanması  sahəsində  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan 

fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar 

yerləşən hissələri əmlak vergisinə cəlb edilmir. 

199.3.  Binaların  icarəyə,  kirayəyə  verildiyi,  habelə  sahibkarlıq  və  ya  kommersiya 

fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, bu Məcəllənin 

102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət 

hərbi  qulluqçularının  və  onların  ailə  üzvlərinin  müddətli  hərbi  xidmət  dövründə 

binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır. 

199.4. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların 

dəyərində azaldılır: 


199.4.1.  ekologiya,  yanğından  mühafizə  və  ya  mülki  müdafiə  üçün  istifadə  edilən 

obyektlərin; 

199.4.2.  məhsul  ötürən  kəmərlərin,  dəmir  və  avtomobil  yollarının,  rabitə  və  enerji 

ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin



199.4.3. mexaniki nəqliyyat vasitələrinin 

199.4.4. təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı 

üzrə istifadə etdiyi obyektlərinin

199.5.  Şəhərlərdə  sərnişin  daşımaları  üçün  istifadə  olunan  trolleybuslar  və  tramvaylar 

ə

mlak vergisindən azaddır. 



199.7.  Müvafiq  icra  hakimiyyəti  orqanının  qərarına  əsasən  yaradılan sənaye,  yaxud 

texnologiyalar  parklarının rezidenti  olan  hüquqi  şəxslər  və  hüquqi  şəxs 

yaratmadan

 

sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun 



olaraq,  sənaye  və  texnologiyalar  parkında  qeydiyyata  alındıqları  hesabat  ilindən 

başlayaraq, 7 il müddətinə sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak 

vergisini ödəməkdən azaddırlar. 

199.8.  Müvafiq  icra  hakimiyyəti  orqanının  qərarına  əsasən  yaradılan sənaye,  yaxud 

texnologiyalar  parklarının idarəedici  təşkilatı  və  ya  operatoru sənaye,  yaxud 

texnologiyalar  parklarının ərazisində  yerləşən  əmlaklarına  görə  əmlak  vergisini 

ödəməkdən azaddır. 

 

Ə



LAVƏ 4. AR Vergi Məcəlləsi 

http://e-qanun.az/code/12

 

 

Maddə 206. Vergi dərəcələri 

206.1.  Torpaq  vergisinin  dərəcəsi  kənd  təsərrüfatı  torpaqları  üzrə  1  şərti  bal  üçün  0,06 

manat müəyyən edilir.  

206.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil 

olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və 

keyfiyyəti nəzərə alınmaqla, şərti balları müəyyənləşdirilir. 



206.3. Bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq 

sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: 

  

 Yaşayış 



məntəqələri 

Sənaye,  tikinti, nəqliyyat,  rabitə, 

ticarət-məişət  xidməti  və  digər 

xüsusi 

təyinatlı 

torpaqlar 

(manatla) 

Yaşayış  fondlarının,  həyətyanı 

sahələrin 

torpaqları 

və 

vətəndaşların  bağ  sahələrinin 

tutduğu torpaqlar (manatla) 

10000  m²-  dək 

olduqda 

10000  m²-  dən 

yuxarı olan hissə 

üçün 

10000  m²-  dək 

olduqda 

10000 

m²-dən 

yuxarı olan hissə 

üçün 

Bakı 

şəhəri, 

habelə 

onun 

qəsəbə 

və 

kəndləri 

10 

20 

0,6 

1,2 

Gəncə, 

Sumqayıt, 

Xırdalan 

şəhərləri 

və 

Abşeron 

rayonunun 

8 

16 

0,5 

1,0 

qəsəbə 

və 

kəndləri 

Digər  şəhərlər 

və 

rayon 

mərkəzləri 

4 

8 

0,3 

0,6 

Rayon 

tabeliyində 

olan  şəhərlər, 

qəsəbələr 

və 

kəndlər 

2 

4 

0,1 

0,2 

 

Ə



LAVƏ 5. NK-nın 230 nömrəli qərarı Kənd təsərrüfatı təyinatlı torpaqlar 

http://www.taxes.gov.az/modul.php?name=qanun&news=506

 

 

Ə



LAVƏ 6. 

Maddə 207. Vergi güzəştləri 

207.1. Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir: 

207.1.1. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları; 

207.1.2. Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə 

orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, habelə 

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində 

olan torpaqlar

207.1.3. istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər 

dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  məxsus  olan  sektorunun  altında 

yerləşən torpaqlar; 

207.1.4. dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar. 

207.2.  Bu  Məcəllənin  102.2-ci  maddəsində  göstərilən  şəxslərin  mülkiyyətində  olan 

torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.  

207.3.  Müvafiq  icra  hakimiyyəti  orqanının  qərarına  əsasən  yaradılan sənaye,  yaxud 

texnologiyalar  parklarının rezidenti  olan  hüquqi  şəxslər  və  hüquqi  şəxs  yaratmadan 

sahibkarlıq  fəaliyyətini  həyata  keçirən  fiziki  şəxslər  qanunvericiliyə  uyğun  olaraq, 

sənaye  və  texnologiyalar  parkında  qeydiyyata  alındıqları  hesabat  ilindən  başlayaraq, 

sənaye  və  texnologiyalar  parkında  istifadə  etdikləri  torpaqlara  görə  7  il  müddətinə 

torpaq vergisini ödəməkdən azaddırlar. 

207.4.  Müvafiq  icra  hakimiyyəti  orqanının  qərarına  əsasən  yaradılan sənaye,  yaxud 

texnologiyalar  parklarının idarəedici  təşkilatı  və  ya  operatoru sənaye,  yaxud 

texnologiyalar  parklarının ərazisində  istifadə  etdiyi  torpaqlara  görə  torpaq  vergisini 

ödəməkdən azaddır.  

 

Ə



LAVƏ  7:    "Yerli  (bələdiyyə)  vergilər  və  ödənişlər  haqqında"  Azərbaycan 

Respublikasının 

Qanununda 

dəyişiklik 

edilməsi 

barədə  

Azərbaycan 



Respublikasının Qanunu 

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini 

rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

Maddə  1.  “Yerli  (bələdiyyə)  vergilər  və  ödənişlər  haqqında”  Azərbaycan 

Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, 


№– 4, I kitab, maddə 155; 2008, №– 6, maddə 462) aşağıdakı məzmunda 11.4-cü maddə 

ə

lavə edilsin: 



“11.4.  Yerli  vergi  və  ödənişlərin  ödənilməsi  banklar,  poçt  rabitəsinin  milli  operatoru, 

habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli 

vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.”. 

Maddə 2. Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir. 

http://www.taxes.gov.az/modul.php?name=qanun&news=103

 

 



Ə

LAVƏ 8. AR Vergi Məcəlləsi 

 

Maddə 200. Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 

200.1. Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. 

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi 

ə

razinin bələdiyyəsi tərəfindən hesablanır. 



200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun 

binanın sahəsindəki  payına uyğun  olaraq,  bu  Məcəllənin  200.1-ci  maddəsində  müəyyən 

edilmiş qaydaya uyğun olaraq hesablanır.  

200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən 

təşkilatlar  tərəfindən  verilən  məlumatlar  əsasında  hər  il  yanvarın  1-i  vəziyyətinə 

hesablanılır.  Belə  qeydiyyatın  olmadığı  hallarda,  həmin  əmlakın  sahibi  mülkiyyətində 

olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti 

və  texniki  xarakteristikası)  əks  etdirən  sənədləri  hər  il  yanvar  ayının  1-dək  müvafiq 

orqana təqdim edir. 

Bir  neçə  fiziki  şəxsə  məxsus  olan  su  və  hava  nəqliyyatı  vasitəsinə  görə  vergi  həmin 

nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur. 

200.4.  Bələdiyyələr  verginin  ödənilməsi  barədə  tədiyə  bildirişini  vergi  ödəyicilərinə 

avqustun 1-dən gec olmayaraq verməlidirlər. 

200.5.  Cari  il  üçün  verginin  məbləği  bərabər  hissələrlə  -  həmin  il  avqustun  15-dək  və 

noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi 

hallarda,  vergi  bu  maddə  ilə  müəyyən  edilmiş  ödəmə  vaxtında  həmin  əmlakın  sahibi 

tərəfindən ödənilir. 

200.6. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Vergi vaxtında 

ödənilmədikdə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada faiz hesablanır. 

200.7. Çıxarılmışdır. 

 

Ə

LAVƏ 9.  İnzibati Xətalar Məcəlləsi  

M a d d ə   2 4 6 .  Vergilərin və digər icbari ödənişlərin vaxtında ödənilməməsi 

Az  miqdarda  vergilərin  və məcburi  dövlət  sosial  sığorta  haqlarının qanunvericiliklə 

müəyyən  edilmiş  müddətdə  ödənilməməsinə  görə  -  inzibati  xətanın  bilavasitə  obyekti 

olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək miqdarda 

cərimə edilir.  



Qeyd: bu maddədə "az miqdar" dedikdə, iki min manatadək olan məbləğ başa düşülür.  

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə