AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
FAKÜLTƏ: NƏQLİYYAT VƏ LOGİSTİKA
KAFEDRA: Nəqliyyat texnikası və idarəetmə texnologiyaları
FƏNN: NƏQLİYYAT EKOLOGİYASI
MÜƏLLİM:MƏSUD RÜSTƏMBƏYOV
QRUP:169a
TƏLƏBƏ: VEYİSOV FƏRİD
SƏRBƏST İŞ:4
Təbiətdən istifadə məhsuldar qüvvələrin formalaşması və inkişafı, təbiətlə cəmiyyət arasında münasibətlərin yaranmasının əsas prinsiplərini müəyyənləşdirir. İqtisadi və sosial coğrafiyanın predmeti, məqsəd və vəzifələri də məhz bu problemlərin araşdırılması, təbiətdən səmərəli istifadə etməklə əhalinin artan tələbatını öyrənməsi, həyat səviyyəsinin daim yaxşılaşdırılmasına öz töhfəsini verməsidir. Təbiətdən istifadə yollarının öyrənilməsi təbiətlə cəmiyyətin qarşılıqlı münasibətinin mahiyyətinin aşkarlanması, təbii resurslardan istifadə yollarının təkmilləşdirilməsi deməkdir.
Elm və texnikanın sürətli inkişafı şəraitində təbiətdən olduqca səmərəli istifadə etmək insan cəmiyyətin qarşısında ən mühüm problemə çevrilmişdir. Bu problemin yaranması və həlli də məhz cəmiyyətdən, onun intellektual səviyyəsindən asılıdır. Təbiət insan cəmiyyəti formalaşana qədər də mövcud idi. Təbii komponentlər arasında qarşılıqlı əlaqə daim olmuş və vahid coğrafi təbəqə yaranmışdı, hal-hazırda da insandan asılı olmayaraq mövcuddur. Sadəcə olaraq insan bu təbii komponentlərdən öz mənafeyi üçün istifadə edir. Təbii komponentlər planetar olub, coğrafi yerləşməsinə görə bütöv təbəqələri əhatə edir. Planetimizin ayrı-ayrı coğrafi təbəqələri cəmiyyətin mənimsəməsi baxımından – litosfer (dağ süxurları), hidrosfer (su), atmosfer ( oksigen, karbon və digər qazlar), biosfer (bitki və heyvanat aləmi) kimi dəyərləndirilir və istifadə edilir. İnsanlar da bioloji varlıq kimi biosferə daxildir, onun komponentidir, lakin təbii qanunlardan tam asılı deyildir. O, daha çox cəmiyyətin qanunlarına tabedir. Buna baxmayaraq cəmiyyət eyni zamanda təbiətdən asılıdır, onun qanunlarına qismən tabedir, lakin təbiəti dəyişməyə, onu bildiyi kimi istifadə etməyə meyllidir. Ona görə də təbiətdən səmərəli istifadə etmək üçün
-5-
cəmiyyət bütün təbiət elmlərindən, elmlər sintezindən daha bacarıqla istifadə etməyi öyrənməlidir.
Cəmiyyətin təbiətə, coğrafi mühitə təsiri durmadan artır. Unutmaq olmaz ki, coğrafi mühit böyük təbii məhsuldar qüvvələrə malikdir və bu qüvvələri öyrənmək təbiətdən səmərəli istifadə etmək üçün olduqca vacibdir. Təbii məhsuldar qüvvələrə təbii resurslar və mənimsəmənin təbii şəraiti aiddir. Təbii resurslar planetimizin insanlar tərəfindən mənimsənilə bilən ayrı-ayrı xarici təbəqələrinin komponentləridir. Bura müxtəlif faydalı qazıntılar, bioresurslar, təbii enerji mənbələri və s. aiddir.
Təbii mühit təbii resursların mənimsənilməsi üçün zəruri olan coğrafi mühitin elementləridir. Bura insanın nəfəs alması üçün oksigen, günəş istiliyi və işığı, rütubətlilik, yağıntılar, göllər, çaylar, relyef, bioloji varlıqların inkişafı üçün torpaq örtüyü və s. aiddir.
Təbiətin mənimsənilməsi istehsal vasitələri ilə daha sıx əlaqədədir və bu elm və texnikanın inkişafı üçün əlavə stimuldur. Müasir dünyada elm, elmi-texniki- tərəqqi qarşısında duran ən mühüm vəzifələrdən biri də məhz elmin məhsuldar qüvvəyə çevrilməsidir. Cəmiyyətin elmi – intellektual səviyyəsi artdıqca, yeni-yeni istehsal vasitələri istehsal etdikcə təbiətə təsiri daha da artır, təbiətdən istifadəni “dərininə” və “eninə” doğru təkmilləşdirir, əhalinin artan tələbatını ödəmək üçün istehsalın artım imkanını genişləndirir.
Təbiətdən istifadənin sürətli inkişafının baş verdiyi ərazilər ayrı-ayrı dövrlərdə müxtəlif olmuşdur. Əgər ilkin dövrlərdə cəmiyyət və onun mənimsəmə imkanı təbiətdən çox asılı idisə, cəmiyyətin sonrakı tarixi ərzində o tez-tez dəyişmişdir. Həmçinin tarixi dövrlər ərzində coğrafi mühitdə baş verən dəyişiklikləri də nəzərə almaq lazımdır. Belə ki, son buzlaşma həm insanların inkişafına, həm məskunlaşmasına, həm də təbiətə təsirində ciddi izlər buraxmışdır. Digər tərəfdən insanlar bir sıra təbii hadisələri və təbii kompleksləri dəyişərək mənimsəmənin coğrafi mühitini dəyişir, təbiətin tarixi gedişini sürətləndirir. Dəyişən təbiət də öz növbəsində məhsuldar qüvvələrə, mənimsəmənin formasına öz təsirini göstərir. Elmin, texnikanın köməyi ilə səhralaşmanın qarşısı alınır, kanallar, kollektorlar,
-6-
irriqasiya sistemləri yaratmaqla təbii landşaft antropogen landşaftla əvəz edilir. Bütün bunları həyata keçirərkən nəzərə alınmalıdır ki, təbii komponentlərin dəyişməsi insana neçəyə başa gələcək, bu dəyişmələr mənimsəməyə nə verəcək və dəyişkənliyə sərf olunan vəsait nə qədər vaxta ödəniləcəkdir. Həmçinin təbiətə təsir hansı mənfi hallara gətirib çıxara bilər və əks təsir nə vaxt və ya hansı miqyasda özünü göstərə bilər. Müasir dövrdə təbiətdən istifadənin iqtisadi cəhətdən qiymətləndirilməsi, təbiətin qorunması və ekoloji problemlərin yaranmaması ön planda olmalıdır.
İnsan təbiəti mənimsəyərkən daim ziddiyyətlə qarşılaşır. Təbiətin özünəməxsus və idarəolunmayan təbii proseslərin ilə cəmiyyətin məqsədli fəaliyyəti müxtəlif inkişaf qanunlarına tabedir. İnsan təbiətin mənimsəyərkən elmin, texnikanın köməyilə qarşısına çıxan ziddiyyətləri həll edir, yeni-yeni məhsuldar qüvvələri hərəkətə gətirir.
Təbiətin mənimsənilməsi uzun tarixi proses olub, insan cəmiyyətinin formalaşma tarixi ilə uzlaşır. Təbiət elmləri həmişə cəmiyyətlə, cəmiyyət haqqında elmlərlə sıx əlaqəli olmuşdur. Hər bir ictimai-iqtisadi formasiyanın özünəməxsus inkişafı, təbiətdən istifadə bacarığı olmuşdur. Uzun illər boyu cəmiyyət təbiəti “eninə” mənimsəyirdi, “elm və texnikanın indiki mərhələsində daha çox dərininə” mənimsəməyə başlamışdır. Bu təbiətdən, təbii resurslardan daha səmərəli istifadə etməyə imkan yaradır. Digər tərəfdən, təbiətə təsirin, təbiətdən istifadənin iqtisadi səmərəliliyi də ön plana çıxmışdır. Belə ki, bir çox inkişaf etmiş ölkələrdə təbii resursları istehsala və emala cəlb etmək baha başa gəldiyindən onun digər ölkələrdən gətirilməsi iqtisadi cəhətdən daha sərfəli olmuşdur. Təbiətdən istifadə indi bir çox dəqiq elmlərin nəticələrinə əsaslanır. Buna görə də təbiət – istehsal – idxal kompleksi bu elmi dəqiq elmlərlə sıx bağlayır.
Təbiətdən istifadənin müasir mərhələsi elm və texnika ilə bağlıdır. İqtisadi səmərəlilik yeni texnika və texnologiya olmadan mümkün deyildir. Azalmaqda olan təbii komponentlər, xüsusilə də minerallar daha dəqiq tədqiq olunmanı, istifadə zamanı tullantısız istifadəni tələb edir. Bu isə müasir və təkmilləşmədə olan avadanlıqlar hesabına mümkündür.
Səs – hissəciklərin rəqsi hərəkəti ilə meydana çıxan fiziki hadisədir. Səs rəqsləri müəyyən amplituda və tezliyə malik olur. Məsələn, insan amplituduna görə milyonlarla dəfə fərqlənən səsləri eşidə bilir. İnsanın əmək və istirahətinə mane olan, akustik diskomfort yaradan istənilən arzu edilməyən səsə səs-küy deyilir. Səs-küy sözü ilə səslərin nizamsız xaotik qarışması nəzərdə tutulur. Müasir Dünyada şəhərlərin böyüməsi sənayenin, nəqliyyatın, televiziyanın və digər səs-küy mənbələrinin intensiv artması ilə müşayiət olunur. Bunlardan ən əsası şəhər nəqliyyatıdır. Nəqliyyat səs-küyünün mənfi təsiri insanı onun bütün həyatı boyu müşayiət edir.
Səs-küyün təsirinin göstəriciləri. Səs-küyün canlı orqanizmlərə təsiri eyni deyil və qavrama dərəcəsi ilə fərqlənir. Səs-küy təsirinin obyektiv göstəriciləri onun intensivliyi, səsin yüksəkliyi (hündürlüyü) və təsir müddətidir.
Nəqliyyat vasitələrinin daxilində səsin səviyyəsi aşağıdır: avtomobilin salonunda 60 dBA-ya yaxın; sərnişin qatarlarının vaqonlarında – 68 dBA-ya qədər. Avtomobil sürətlənəndə, qapıları açıb və bağladıqda səs-küyün səviyyəsi – 100 dBA-ya qədər kəskin artır.
Nəqliyyat müəssisələrində bir çox istehsalat sahələri səs-küyün yüksək olduğu sahələr kimi xarakterizə olunur. Dəmirçi sexində çəkic və mexaniki press 130 dBA, mexaniki sexdə metalkəsən dəzgahlar 85…100 dBA, pərçimləmə işləri 115 dBA, yonucu-cilalayıcı və burcu dəzgahları isə 88…118 dBA səs-küy yarıdır.
Səs yüksəkliyi səs-küyün təsirinin ikinci göstəricisi olub, mühitin rəqs tezliyi ilə müəyyən olunur və herslərlə (Hs) ölçülür. Səs rəqsləri tezliyinə görə aşağıdakı qruplara bölünür:
infrasəs (aşağı tezlikli) – tezliyi 20 Hs-dən az;
akustik (eşidilən) – tezliyi 20…20 000 Hs;
ultrasəs (yüksək tezlikli) – tezliyi 20 000…109 Hs;
hipersəs (çox yüksək tezlikli) – tezliyi 109…1013 Hs.
İnsan qulağı böyük tezlik diapazonlu səs rəqslərini hiss edir. İnsanın eşitmə aparatı beynin eşitmə mərkəzi ilə birlikdə ultrasəs və infrasəs diapazonlu səsləri hiss edir.
Səsin təsirinin üçüncü göstəricisi onun təsir müddətidir. Səs-küyün uzunmüddətli təsiri insanın eşitmə qabiliyyətinə və sağlamlığına mənfi təsir edir. Səs-küylə uzun müddətli təsirə xəstəliklərin artmasına səbəb olan faktor kimi baxılır.
Dostları ilə paylaş: |