108
tətbiq olunur. Bu enerji mənbələri elektrik qövsünə tez
reaksiya verir və emal prosesinin
tələblərinə uyğun
cərəyan formasını almağa, emal parametrlərinə
nəzarət etməklə emal olunmuş materialın
yüksək
fiziki-mexaniki xassələrinin alınmasına imkan verir.
6.2. Elektrik qövsünün
növləri və
xarakteristikaları haqqında qısa məlumat
Elektrik qövsü ilə materialın emalında emal
üsulundan və materialdan asılı olaraq, əasən sabit və
dəyişən cərəyan mənbələri tətbiq oluna bilər. Adi
transformatorlar sinus formalı
dəyişən cərəyan verir
və cərəyanın sıfır qiymətində elektrik qövsü sönüb
yenidən
yandıqda,
elektroqövsün
stabilliyində
problemlər yaradır. Amma,
yeni elektron cərəyan
mənbələri sürətli sıfır keçidli düzbucaq formalı
dəyişən cərəyan verirlər ki,
bununla da elektrik
qövsünün yenidən yanması asanlıqla təmin olunur.
Dəyişən cərəyan mənbəyində şəbəkədən emal
qurğusuna daxil olan gərginlik azaldılaraq,
birbaşa
əridici başlığa ötürülür. Sabit cərəyan mənbələrində
isə dəyişən cərəyan əridici başlığa ötürülməzdən əvvəl
düzləndiricilər vasitəsi ilə sabit cərəyana çevrilir (şək.
6.3.). Düzləndirici olaraq
əsasən güclü diodlar və
tristorlar tətbiq olunur.