F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


Şəkil 6.32. Ekskavatorun dişlərinə E-qaynaq üsulu ilə



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə72/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

Şəkil 6.32. Ekskavatorun dişlərinə E-qaynaq üsulu ilə 
üstəəritmə. 
 
6.13.2. 
Massiv məvtil 
Massiv məftillər, qoruyucu qaz mühitində metal 
qaynağı (QQM), qoruyucu təsirsiz qaz mühitində 
əriməyən volfram elektrodla qaynaq (TİG) və 
qoruyucu ovuntu altında qaynaq (QOQ) üsullarında 
müxtəlif diametrlərdə tətbiq olunur və təyinatından 
asılı olaraq normalaşdırılmışdır. Bundan əlavə əl ilə 
TİG qaynağı üçün QQM- də tətbiq olunan tərkibə 
malik çubuqşəkilli qaynaq məftilləri də tətbiq olunur. 
Bu üsullarda tətbiq olunan örtük materiallarından 
fərqli olaraq QOQ qaynağı üçün nəzərdə tutulan 
məftillərdə fərqli yanma xüsusiyyətlərinə əsaslanaraq, 
dəyişdirilmiş tərkib, belə ki, hər şeydən əvvəl aşağı 
miqdarda Mn və Si istifadə olunur.


157 
Yalnız legirsiz və aşağı legirli məftillərin üzərinə 
norma daxilində mis-sulfat-vannasında nazik mis və 
ya bürünc örtük çəkilir (am, nüvaə texnikasında buna 
icazə verilmir). Səthə çəkilən 0,2-0,3mkm mis örtük 
məftilin boru paketində sürüşməsini təmin edib, onun 
kontaktlarda cərəyan keçirməsini yaxşılaşdırır və səthi 
korroziyaedici mühitdən qoruyur. 
6.13.3. 
Doldurulmuş məftil 
Örtüklərdən və birləşmələrdən elə bir xassələr tələb 
oluna bilər ki, belə xassəni verən massiv məftillərin 
hazırlanma texnolojiliyi səmərəli ola bilməz. Amma, 
müxtəlif örtük tələblərinə cavab verən, doldurulmuş 
məftillərlin səmərəli istehsal texnolojiliyi mümkündür 
(bərk 
legirləyicilər 
ovuntu 
şəklində 
məftilə 
doldurulur). Doldurulmuş məftil elektrodlar praktik 
olaraq, çubuqşəkilli elektrodları təsvir edir. Amma, 
burda həlledici üstünlük elektrodun qaynaq vannasına 
fasiləsiz verilə bilməsidir. Bu cür məftillər QQM 
qaynağında (qoruyucu qazla və qoruyucu qazsız) və 
QOQ 
qaynağında tətbiq olunur. Dörd növ 
doldurulmuş məftil bir-birlərindən fərqləndirilə bilər: 
rutil və qələvi ilə doldurulmuş məftillər, özünü 
atmosferin mənfi təsirlərindən qoruyan (əridikdə 
qoruyucu qaz əmələ gətirir) və metal ovuntusu ilə 
(mineralsız) doldurulmuş məftillər.


158 
Minerallarla doldurulmuş məftillər rutil və qələvi 
əsaslı komponentlərə malikdirlər. Bununla metal 
damcısının əmələ gəlməsində əhəmiyyətli metallik 
reaksiyalar baş verir və xüsusən qələvi əsaslı mineral 
örtüklərə malik elektrodlarda maye posa metal 
damcını əhatə edərək, onu ətraf mühitin mənfi 
təsirlərindən qoruyur. Buna görə də bu variantda, 
tərkibin təmizlik dərəscəsi yüksək (qeyri-metal 
çirklərin miqdarı azalır), isti çatlama ehtimalı az və 
mexaniki xüsusiyyətlər yüksəkdir.

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin