F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


  9. Səthə funksional təbəqənin



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə83/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

 


181 
9. Səthə funksional təbəqənin 
lehimlənməsi texnikası və vasitələri 
Səthə funksional təbəqənin lehimlənməsi zamanı 
iki üsul fərqləndirilir:
-
suspenziya və; 
-
vliz (toxumasız lifli) üsulları. 
Şək. 9.1.- dən göründüyü kimi səthə lehimləmə 
üsulu ilə daha da qalın örtük təbəqəsi almaq 
mümkündür. 
Şəkil 9.1. Müxtəlif səthi emal texnologiyaları ilə səthdə alınacaq 
təbəqənin qalınlığı. 
Suspenziya üsulunda əsasən qalınlığı 0,05...0,5 mm 
olan yeyilməyədavamlı suspenziya örtüklər batırma, 
püskürtmə, təzyiqlə, fırça və ya şpaxtellə detalların 
səthinə gətirilir (şək. 9.2.).
Suspenziyanın tərkibi narın dənəcikli bərk 
maddədən (məsələn, d ≈ 15 mkm ölçüdə volfram və 
xrom karbidləri) toz şəkilli lehim ərintisindən 
Təbəqənin qalınlığı 
Ö
rt
ük
çə
kmə
ü
su
lla

Termiki püskürtmə 
Üstə metaləritmə 
Səthə lehimləmə: suspenziya və vliz 


182 
(məsələn, tərkibində fosfor olan nikel əsaslı NI 106 və 
NI 107 maddələr), üzvi plastik birləşdiricilərdən 
(polikristallitlər, 
polibutanlar, 
posistriollar) 
və 
həlledicilərdən (karbohidrogenlər, qlikol efir, qlikol 
mürəkkəb efir, spirtlər) ibarətdir.
Şəkil 9.2. Bəzi suspenziya üsulları. 
Vliz üsulunda suspenziya üsulundan fərqli olaraq, 
materiallar ayrı-ayrı kompanent şəklində olurlar. 
Vlizin tərkibi bərk material tozundan və lehim 
ərintisindən ibarətdir. Belə təbəqəni əldə etmək üçün, 
uyğun narın dənəcikli toz materialı üzvi plastik 
birləşdirici ilə qarışdırılaraq (bərk material və lehim 
ardıcıllığı ilə), səthə preslənir (şək. 9.3.). Bu üsul rezin 
kimi elastik tərkibin hesabına, hətta əyri səthlərdə belə 
tətbiq oluna bilər. Əməliyyatın növbəti isitmə 
mərhələsində plastiki birləşdiricilər demək olar ki, 
tamamilə buxarlanır.
Məlumdur ki, az məsaməli tərkibində bərk 
maddələr olan örtüklər yeyilməyə qarşı davamlılıq 
baxımından səmərəli hesab olunur. Bu baxımdan 
tərkibində 1% məsamə ilə 70% həcmdə bərk 


183 
maddədən ibarət olan vliz lehim örtükləri tribotexniki 
baxımdan səmərəlidir və belə bir təbəqəni digər 
üsullarla almaq mümkün deyildir.

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin