881) Bud sümüyünün sınaqlarında ən etibarlı immobilizasiya şinası hansıdır?
A) Kramer şinası
B) Diterexs şinası
C) Böyler şinası
D) Şumaxer şinası
E) Kuzminski şinası
Aşağı ətrafların sınıqlarında əsasən taxtadan hazırlanmış xüsusi diterexs şinalarından istifadə edilir.Şina üç hissədən ibarətdir və xəstənin boyuna uyğunlaşdırıla bilir.Şina aşağı ətrafın tış tərəfindən qoltuq çuxuruna iç tərəfdən isə qasıq nahiyəsinə qoyulur.Bu vaxt ətrafda olan bütün oynaqlar hərəkətsiz vəziyyətə gətirilir.
Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(110)
882) Böyrəklərin qapalı zədələnmələri zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Spazmalitiklərdən istifadə
B) Buz qovuqcuğu qoyub hospitalizə etmək
C) Narkotiklərdən istifadə
D) Sidikqovuculardan istifadə
E) İsitqac qoymaq
Böyrəklərin qapalı zədələnmələri zamanı ilk tibbi yardım məqsədilə zədə nahiyəsinə buz qoyub,xəstəni rahat uzadaraq təcili xəstəxanaya çatdırmaq lazımdır.
Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(248)
Dostları ilə paylaş: |