Mövzu 13: Yeniyetmə mühiti və sərbəst qrup dəyərləri
Plan:
1. Davranışında əyintilər olan yeniyetmələrin proflaktikası
2. Çətin uşaqlarda tərbiyə işinin xüsusiyyətləri
İnsan doğulduğu gündən cəmiyyət həyatına daxil olur, sosiallaşır və
özünəməxsus inkişaf mərhələsi keçir. İnsanın inkişafında bioloji, sosial
və psixoloji olmaqla bir çox amillər iştirak edir. Bu nöqteyi nəzərdən
psixoloqlar hesab edirlər ki,uşaq və yeniyetmələrin inkişafında iştirak
edən ən mühüm sosial qrup-ailədir. Ailə-sosial mövqenin
formalaşmasına təsir edən ən vacib amillərdən biridir. Hər bir ailə
ümumi cəhətlərlə yanaşı eyni zamanda özünəməxsus və unikal
xüsusiyyətlərə malikdir.
Yeniyetməlik dövrü ailənin bütün üvzlərinin sosial,şəxsi və ailəvi
münasibətlərin sınağa çəkildiyi dövrdür.
Şəxsiyyətin formalaşmasında valideynin rolu əvəzsizdir. Övlada qayğı
ilə birgə valideynlər yeniyetmənin “Mən” konsepsiyasının, hisslərinin,
həyat planlarını, təfəkkürün formalaşmasında mühüm rol oynayır.
Valideynlər arasında tərbiyə ilə bağlı razılıq pozulursa, yeniyetməyə
mənəvi, psixoloji cəhətdən yaxın, onun dayağı olan insanların
mübahisəsi, xüsusilə bu mübahisəyə onun səbəb olması yeniyetməni
narahat edir. Bəzən yeniyetmələrdə olan əsəb gərginliyinin, həyəcanın,
aqresiyanın yaranmasında məhz belə situasiyalar az rol oynamır.
Yeniyetmə üçün ailə üzvləri arasındakı münasibətlərin necə olması,
valideynlərin ona münasibəti çox vacibdir. Bəzi hallarda yeniyetmənin
aqressiv davranışına valideynlərin kobud cəza növlərini seçmələri də
səbəb olur. Ailədə fiziki zorakılıq yeniyetmədə valideynlərinə, özünə,
yaşıdlarına qarşı neqativ hisslər yaradır.
”Çətin” uşaqların psixoloji təhlilini verərkən müxtəlif səbəblərə
toxunurlar. Yəni, belə uşaqların yaranma səbəbi müxtəlifdir. Bunlaradan
ən başlıcası və birincisi ailə tərbiyəsində yol verilən nöqsanlarla bağlıdır.
Buna səbəb yarımçıq ailənin olması, ailədə valideyinlərin əxlaq
tərbiyəsinin normal səviyyədə olmaması, ailədə uşağın inkişaf üçün
normal şəraitin olmaması, valideyinlər arasında yaranan söz-söhbət.
Ailədə olan hər bir hərəkət və deyilən hər bir söz uşaq psixologiyasına
təsir edir. Bu, uşağın sonrakı inkişafında, onun məktəb həyatında, sinif
yoldaşları ilə münasibətində özünü göstərir.
Amma bütöv ailədə, uşağın rəyi nəzərə alınan və onunla yaxşı
münasibətdə olan ailələrdə uşaqlarda təcavüzkarlıq az olur. Buna görədə
ailələr uşaqlarla münasibəti düzgün qurmalıdır ki, onlarda belə hallar
olmasın.
Çətin uşaqlarla iş məktəb psixoloqlarının öhdəsinə düşür. Belə ki,
məktəb psixoloqları çalışmalıdır ki, uşaqlarda belə halların yaranma
səbəblərini diaqnostik metodların köməyi ilə vaxtında araşdırıb, səbəbini
vaxtında tapıb, ona uyğun da psixoprafilaktik işlər aparılmalıdır.
Psixoprafilaktik işləri aparakən mütləq şagirdlərin fərdi xüsusiyyətləri
nəzərə alınmalıdır. Bəzən müəllimlər belə uşaqlarla işdən çəkinir və bir
sözlə onlardan yaxa qurtarmağa çalışırlar. Belə olan hallada müəllimlər
onlarla heç bir tərbiyəvi tədbirlər aparmırlar.
Təcrübəsiz müəllimlərin isə bu uşaqlarla apardıqları işlər plansız və
məqsədsiz olduqları üçün onların işləri heç bir müsbət təsirini vermir və
əksinə uşaqların tərbiyəsini daha da pozur. Müsair psixologiyanın
imkanları genişdir və bu imkanlara əsasən şagirdlərin bu cür hallarının
qarşısını almaq olar.
|