Fənn: Sosial pedaqogika
Fənn müəllimi: Nahidə Cəfərova
İxtisas: Muhasibat
Kurs: 2
Mövzu 1. Sosial pedaqogikanın mövzusu və vəzifələri
Plan:
1. Sosial pedaqogikanın mövzusu
2. Pedaqogikanın kateqoriyaları
Pedaqogika elminin maraqlı tarixi var. XX yüzillikdə
ictimai
təcrübənin müxtəlif sahələrinə nüfuz etdikcə onun müxtəlif sahələri
inkişaf edir formalaşır.
Körpəlik pedaqogikası, məkətəbəqədər pedaqogika, ali məktəbəqədər
pedaqogika, xüsusi pedaqogika, tibbi pedaqogika, hərbi pedaqogika,
idman pedaqogikası və.s
Son illər bu elm sahələri sırasına social pedaqogika daxil olmuşdur.
Sosial pedaqogika termini IX-əsrdə yaranmışdır.Onu ilk dəfə təqribən
130 il bundan əvvəl Alman pedaqoqu Disterverq təklif etmişdir.
Əsas aktuallıqını isə X-əsrin 80-90ci illərindən etibarən aktuallığını
tapmışdır.
Yetim evlərində uşaq müəssələrində yataqxanalarda,mənzil istismar
idarələrində social pedaqoq (social işçi) fəaliyyət göstərib.
Yalnızca onlara sosial pedaqoq deyil, tərbiyəçilər deyiblər.
Hal-hazırda sosial pedaqogika böyüyən nəslin, təlim, təhsil, tərbiyənin
qanunu, məqsəd, məzmun və qanunauyğunluqlarından və səmərəli
yollarından bəhs edən elmdir.
Sosial pedaqogika iki elmin sosialogiya və pedaqogikanın
qovşağından əmələ gəlir. Sosial pedaqogika yeni bilik sahəsidir. Onun
öz predmenti təqdiqat metodları vardır.
Sosial pedaqogika cəmiyyətin və cəmiyyətdə bərqərar olmuş ictimai
münasibətləri öyrənir. Böyük əhəmiyyətə malik olan bu elm
sahəsi
mikro və makro sosialoji cəmiyyətləri öyrənir.
Deməli sosial pedaqogika elmi cəmiyyətin bütün təbəqələrində
insanların sosial tələbatlarını ödənilməsinə xidmət edir.
Sosial pedaqogika ailə tərbiyəsini onun xususiyyətlərini dini və ictimai
tərbiyəni üstün tutur.
Məs. İslam dini ilə insanpərvərlik dözümlüluk, insalara və bütün
varlıqlara məhəbbət kimi əxlaqi normaların gözlənilməsinə əməl
olunmasından ibarətdir. Sosial pedaqogikanın obyekti-insan, predmenti
isə praktik fəaliyyətin prinsiplərinin forma üsullarıdır.
Sosial pedaqogikanın vəzifəsi müstəqil yaradıcı insanlarla, müsbət
münasibətlərə qadir olan öz vaxtına səhətinə məhsul olan şəxsiyyəti
formalaşdırmaqdır.
Sosial pedaqogikanın kateqoriyalarına aşağıdakılar daxildir.
1. Sosial pedaqoq-uşaqlar, yeniyetmələr, gənclər, və yaşlılara müxtəlif
sosail mədəni muhitdə (ailədə,
tədris müəssələrində, uşaq evlərində,
əmək kollektivlərində, istirahət yerlərində və.s) aparılan tərbiyəvi işləri
təşkil edən mütəxəsisdir.
O şəxsiyyəti və onu əhatə edən mikro muhitini, psixo pedaqoji
xusiyyətlərini öyrənir.Onun maraq və tələbatlarını müəyyənləşdirir
kənara çıxmaları konfilikli situasiyaları üzə çıxarıb vaxtında ixtisaslı
yardım göstərir.
2. Sosiallaşma- insanın bütün həaytı boyu ətraf muhitlə qarşlıqlı təsir
şəraitində sosail norma və mədəni əxlaqlı dəyərləri mənimsəməsi özünü
reallaşdırması prosesidir.
3. Sosium- İnsanın formalaşdığı mühit onu əhatə edənlərin qrupudur.
4. Mikrososium- İnsanın ən yaxın ətarfı, gündəlik təmasda olduğu
unsiyyət və qurduğu munasibətlər ona bir başa təsir göstərə bilən ailə
məktəb, yaşayış yeri dostlarından ibarət mühitdir.
5. Sosial rol- İctimai və şəxsiyyətlər arası münasibətlər sistemində
obyektiv olaraq şəxsiyyətin daşıdığı sosial mövqey sosial funksiyadır
6. Sosial iş- İnsanların maddi, mədəni sosial həyat səviyyələrini,
hökümət və qeyri hökümət təşkilatları ilə fəaliyyət sahələri ilə
yüksəlməyə çalışan xususi növ peşə fəaliyyətidir.
7. Sosial müdafiə- vətəndaşların qanunvericiliklə təsdiq edilmiş sosial,
hüuqi iqtisadi təminatların həyata keçirilməsini əsas sistemidir.
8. Sosial adaptasiya- Fərdin qrup təbəqə və yeni sosial muhitin şəraitinə
dəyişmiş və dəyişməkdə olan həyat realıqlarına uyğunlaşma prosesidir.
9. Sosial reablitasiya- Fərdin cəmiyyətə və mədəni əxlaqi sisteme
qoşulmasına imkan verən fəaliyyətdir.