Mövzu 4: Şərqdə və Azərbaycanda sosial pedaqoji fikrin inkişaf tarixi
Plan: 1. Yaxın və orta şərq mütəfəkkirlərinin sosial pedaqoji fikrin inkişafında
xidmətləri
2. Azərbaycanda sosial pedaqoji fikrin inkişafı
Cəmiyyətin ayrı-ayrı inkişaf dövürlərində onun tərbiyə potensialının
sosial pedaqoji ölçülərlə dəyərləndirilməsi sahəsində Azərbaycan
pedaqoji fikrində öz əhəmiyyəti var.
Hələ ən qədim dövürlərdə uşaqların tərbiyəsində adət ənənələrin
müstəsna rolu var idi. Əjdər Ağayev, Yusif Talıbov və başqa
pedaqoqların müəyyən etdiyi təlim tərbiyə məsələlərini uşaqlara milli
adət ənənlərdən istifadə edilərək mərasim dərsləri vasitəsilə gənclərə
aşılanmalıdır.
Uşaqlara ad qoymaq,oğlanlara qızlara at çapmaq, nizə oynatmaq
vərdişlər aşılanmalıdır. Azərbaycan Ədəbiyyatının ən qədim möhtəşəm
abidələrindən olan Kitabi Dədə Qorqud-da ailə münasibətləri ailə
tərbiyəsinə dair mühüm fəlsəfi fikirlər öyüd nəsihətlər geniş yer tutur.
Orta əsrlərdə Azərbaycan Ədəbiyyatının numayəndələrindən Qətran
Təbrizi, Əbül Həsən, Bəhmən Yar, Əfsələtdin Xəqani, Nizami Gəncəvi,
Nəsrddin Tusi, Məhəmməd Fizuli və.s elm və mədəniyyət xadimləri
dövrün görkəmli pedaqoqları öz fikirləri və ideaları ilə Azərbaycanda
sosial pedaqoji fikrin nə qədər zəngin olduğunu sübut etmişlər.
Nəsrəddin Tusinin “ Əxlaqi-Nasiri” əsrində həya, ismət, gözəllik
nəciblik və.s kimi müsbət əxlaqi keyfyyətlər əks olunur.
XIX-əsrin sonu XX- əsrin əvvələrində Sosial pedaqogikada aşağıdakılar
əsas məsələlər həlli önəm daşıyır.
1. Xaqlın mədəni səviyyəsinin yüksəldilməsi
2. Evsiz-eşiksiz uşaqlara qayğı
3. Yeniyetməlik yaş dövründə cinəyatkarlıqla mübarizə
Cəmiyyətdə sosial münasibətlərin həll edici səviyyədə vüsət tapması
ona pedaqoji yanaşmanı zəruri edirdi.Digər tərəfdən isə təbii fəlakətlərin
təsadüfü qəzalardan, terror və xəstəliklərdən ayrı-ayrı şəxslərin bir qrup
insanların bədbəxtliyə düçar olması sosial bərpa işini aktuallaşdırdı və
beləliklə pedaqoji elmlər sistemində sosial pedaqogika yaradıldı.
Azərbaycan xalqının qədim irsində dastanlarında verilən öyüd
nəsiyyətlər o vaxt gənc nəslin sosiallaşmasına gülü təsir etmişdir.
1926-1935- ci illərdə məktəblərin sürətlə inkişafı oldu, elmlərin
qarşılıqlı əlaqələri yarandı: təbiət elmləri, fəlsəfə sosial elmlər və.s
qabacıl məktəb psixoloqları ilə yanaşı sosial pedaqoqlar da fəaliyyət
göstərməyə başladılar. Vaxtı ilə çoxları şərəflə qeyd edirlər ki, bizim
ölkəmizdə istehsalatda çalışan qadınların faiz sayı dünyada ən yüksək
göstəricidir.
Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının məktəb və
pedaqoji tarixinin müxtəlif dövürlərində maarifçilər məktəbəqədər yaşlı
uşaqların tərbiyəsinə aid maraqlı fikirlər söyləmişlər.