Mövzu 2. Sosial pedaqogikanın tədqiqat metologiyası və metodları
Plan: 1. Sosial pedaqoji nəzəri metologiyası
2. Sosial pedaqoji praktik metologiyası
Metologiya- Sosial pedaqoji tədqiatın nəzəri metoloji və mərhələlərini
öyrənir. Elmi idrakın metologiyası metodikasına müvafiq olaraq, sosial-
pedaqoji tədqiqatı özünəməxsus təhlil etmək və bu prosesdə bir-bir
qarşılıqlı əlaqədə müxtəlif mərhələləri fərqləndirmək lazımdır.
C.B.Mangeym, R.C.Ric, D.Mayırs, N.Smelzer və başqalarının sosial
elmlər istiqamətində apardıqları tədqiqatları izah edən tədqiqat işi 3
mərhələdə- 1) tədqiqata hazırlıq 2) emprik informasiyanın toplanması
3) İnformasiyanın işlənməsində, toplanmasında mütəxəsislərin
fərziyyələri tədqiqatların xüsusiyyətlərin açıqlanmasıdır.
“Metod” kateqoriyası bir çox elm sahələri üçün mübahisəlidir.
Metod idrak üsuludur. Müşahidə eksperiment ayrı-ayrı metodlardır.
Metodika isə tədqiqatda tətbiq olunacaq təsviri verir.
Özünəməxsus nəzəri bazaya və praktik əhəmiyyətdə malik sosial
pedaqogika elminin metodlarını 2 böyük qrupa ayırmaqolar;
1. Elmi- tədqiqat metodları
2. Tərbiyə və praktik yardım metodları
1. Elmi tədqiqat metodları- Müşahidə, eksperiment, sorğu metodları
geniş yer tutur. Sorğu metoduna söhbət entervyu, anket test əsas sorğu
metodolarıdır. Sorğu şifahi anket yazılı formada olur. Söhbət zamanı
informasiya mübadiləsi həm real situasiyası qiymətləndirməyə imkan
verir.
Sosial pedaqogikanın elmi-tədqiqat metodları sırasına modeləşdirmə,
riyazi metoda daxil edilir.
2. Tərbiyə və praktik yaradıcı metodları- Bu metoda sosial pedaqoqla
şagirdlərin birgə iş fəaliyyəti nəticəsində səmərəli nəticələr əldə edilir.
Bu qrup metodlar əsasən sosial pedaqoqun gündəlik əməli fəaliyyətdə
daha intensive istifadə etdiyi metodlardır.
Məzmunu- insane qruplarının və cəmiyyətin çoxəsirlik tarixi
təcrübəsidir. Bu sistemə daxil olan metodlar:nümunə, söhbət, disput,
ictimai rəy, tapşırılar, fəaliyyət məhsullarının təhlili düzgün istiqamət
əldə olunur. Yaradıcı oyunlar, cəzlandırma, rəğbətləndirmə, psixoloji
məsləhət problemlərin həllinə yardım göstərən metodlar. Sosial-
pedaqoji termin şəxsiyyətin ümumi komnukativ təkmilləşdirmə və
formalaşmasına xidmət edən metodur.
Avtotrening- insanın özünəməxsusnpsixi vəziyyətinin və davranışının
özü tərəfindən tənzimləməsinə əsaslanan psixoterapevtik metodur.
İşgüzar oyunlar- Sosial məzmun cəhətdən münasibətlər sistemin
modelləşməsinə əsaslanan metodur. Sosial pedaqogikanın bu tədqiqat
metodları daim yeniləşən dinamik araşdırmalar üsulludur.
Riyazi metodlar- məlumatların kompyuterdə modlaşdırılıb
yerləşdirilməsi static rəqəmlər təhlil olunur.
Kvalimetriya metodu- riyazi hesablarda formaların aradan götürülür.
Eksperiment metod- əks qiymətləndirmə kütləvi sorğu əsasında
qiymətləndirməyə xidmət edir.
Tədqiqat problemin seçilməsindən başlayır. Nəzəriyyəsiz eksperiment
yoxdur. Elm nəzəriyyəsinin əsasını induksiya təşkil edir.