Şəxsiyyətin inkişafına təsir edən amillər. Şəxsiyyət pedaqoji və psixoloji
baxımdan müxtəlif xüsusiyyətlərlə, ilk növbədə ictimai
fəallıq,motivlərin davamlı sistemi, şəxsi məna və münasibət
kateqoriyaları ilə xarakterize olunur. Şəxsiyyətin inkişafına daxili və
xarici amillərlə şərtlənilir:
Daxili amillərə daxildir. Genetik, bioloji,fiziki, fizioloji amillər. Bu
cəhətdən daxili amillər insanın şəxsi fəallığını, şəxsin marağını
insanlarla ünsiyyət münasibətində özünü birləşdirir.
Xarici amillərə daxildir. Fərdin müəyyən mədəniyyətə, sosial-iqtisadi
sinifə və ailə mühitinə məxsusluğu. Bu baxımdan xarici amillər ictimai
mühiti, kollektivi, ictimai qrupları, tərbiyəvi təsirləri də özündə
birləşdirir. Şəxsiyyət insanın varlığının bir sıra keyfiyyət və vəziyyətinin
təzahürü formasıdır.İnsan ümumi anlayışdır.
Şəxsiyyətin sosiallaşması. Şəxsiyyətin sosial təşəkkülü-insanın özünü
şəxsiyyət kimi dərk etməsi prosesidir. Bu tərbiyə,
təhsil və özünü
tərbiyəsində baş verir. Şəxsiyyətin təşəkkülü ətraf mühitin, həyatında
qarşılaşdığı ədalətin zülmün dərkidir.