Mövzu 9: Sosial tərbiyə işində məktəb və ailən qarşılıqlı əlaqəsi
Plan:
1. Məktəbin ailəyə köməyinin formaları
2.Ailədə neqativ tərbiyə təsirləri və problemlər
Ailədaxili münasibətlərin sağlam peadqoji, psixoloji əsaslar üzərində,
qarşılıqlı hörmət və məhəbbət əsasında qurulması cəmiyyətin inkişafını
şərtləndirən amillərdəndir. Ailədaxili münasibətlər əsasən ata və ananın
ailədəki rolu və münasibəti ilə şərtlənir. Bu münasibətlər həm ailənin
möhkəmliyinə, həm də uşaqların tərbiyəsinə xüsusi təsir göstərir.
V.A.Suxomlinski qeyd edirdi ki, “Uşaqların əsas tərbiyə məktəbi ər və
arvad, ata və ana arasındakı qarşılıqlı münasibətdir”. Odur ki, ailədə
tərəflərin əsas, başlıca rolu bir-birini qavramaq və anlamaqdır. Bu
anlama və münasibət ailənin gələcək planlarını qurmaqda vacibdir.
Ailə münasibətlərinin əsasını ər və arvad münasibətləri təşkil edir. Onlar
ailənin qoşa qanadlarıdır.
Ailədaxili münasibətlər kontekstində valideynlərin uşaqları ilə
münasibəti də önəmli əhəmiyyət kəsb edir. Bu məsələ hələ lap kiçik
yaşlarından, məktəbəqədər dövrdən başlayır. Uşaqların şəxsiyyətinin
formalaşmasında, psixi inkişafında, ətrafdakılarla rəftar və davranışında,
idrak fəallığının inkişafında valideyn-övlad münasibətləri mühüm rol
oynayır. Bu münasibətlər uşağın
öz yerini
, ailədəki rolunu
müəyyənləşdirməkdə və özünü dərk etməsində, qabiliyyət və
bacarıqlarını inkişaf etdirməkdə önəmlidir.
Ailədaxili münasibətlər kontekstində valideyn-uşaq münasibətləri
tarixən milli xüsusiyyətlərin tələblərinə uyğun olaraq, eyni zamanda
valideynlərin özlərinin düçüncə tərzinə, fərdi xüsusiyyətlərinə uyğun
əsaslar üzərində qurulur. Uşaqların şəxsiyyətinin formalaşmasında və
psixi inkişafında aparıcı rol oynayan ünsiyyət tələbatı da məhz bu
münasibətlərin gedişində bu və ya digər dərəcədə ödənilir. Qeyd
etdiyimiz kimi sağlam, düzgün münasibət sağlam, formalaşmış gələcəyə
yol açır. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi vaxtlarda ailədaxili
münasibətlərin (ər-arvad) nizamsızlığı uşaqların taleyində neqativ izlər
buraxır.
Uşaqlarla rəftar və davranış zamanı valideynlər bəzi vaxtlarda birtərəfli
iştirak edirlər. Valideynlərdən birinin uşağı çox əzizlə-məsi, yaxud tez-
tez onun üçün “havadarlıq” etməsi, “hələ uşaqdır düzələr” və s. bu kimi
mühafizəkar mövqeləri uşaqların tərbiyəsində birtərəfli ölçülərə gətirib
çıxarır. Çünki ailənin tərbiyə imkanları valideynlərin və uşaqların
qarşılıqlı əlaqəsi ilə müəyyən olunur.
Deməli, ailə tərbiyəsinin məqsədi şəxsiyyətdə müsbət keyfiyyətləri
formalaşdırmaqdır ki, onlar uşağın inkişafında yaranan çətin-likləri
vaxtında dəf etməyə imkan yaradır. İntellektin inkişafı, yaradıcı
bacarıqlar, qabiliyyət, ilkin əmək fəaliyyəti təcrübəsi, mənəvi və estetik
cəhətdən formalaşma, mədəniyyət və uşaqların fiziki sağlamlığı, onların
xoşbəxtliyi-bütün bunların hamısı ailədən, valideynlərdən asılı olmaqla
ailə tərbiyəsinin əsasını təşkil edir. Valideynlər birinci tərbiyəçilər kimi
uşaqlara daha güclü təsir etmək qüvvəsinə malikdir.
Ailə tərbiyəsinin öz metodları vardır. Bunların sırasında şəxsi nümunə,
birlikdə müzakirə, inam və etibar, sevgi-məhəbbətin büruzə verilməsi,
bu və ya digər işlə bağlı ailə üzvünün qayğısına qalma, nəzarət, yumor
və zarafatlar, ənənələr, tərifləmələr, mükafatlandırma və s. ola bilər.
Burada seçim yalnız konkret situativ şərait nəzərə alınmaqla fərdi
şəkildə həyata keçirilə bilər
|