istiqamətlənən taktiki metodlar toplumundan ibarətdir. Danışıqların
mümkün olması üçün müəyyən şərtlərin yerinə yetirilməsi lazımdır:
• münaqişə tərəflərinin qarşılıqlı asılılığının mövcud olması;
• münaqişə iştirakçılarının imkanlarında (səlahiyyətlərdə) əhəmiyyətli
fərqin olmaması;
• münaqişənin inkişaf mərhələsinin danışıqlara uyğun olması;
• danışıqlarda yaranmış vəziyyətdə qərar qəbul edə biləcək tərəflərin
iştirak etməsi.
Aqressiv cavab hərəkətləri münaqişə vəziyyətlərini aradan qaldırmaq
üçün son dərəcə arzu edilməyən metodlardandır. Bu metodların istifadə
edilməsi münaqişə vəziyyətini güc, o cümlədən kobud güc, zorakılıq
mövqeyindən həll edilməsinə gətirib çıxarır.
Dostları ilə paylaş: