Fənn: Sosial pedaqogika Fənn müəllimi: Nahidə Cəfərova İxtisas



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə13/15
tarix10.09.2022
ölçüsü0,53 Mb.
#63542
1   ...   7   8   9   10   11   12   13   14   15
Sosial pedaqogika (Mühazirələr)

 


Mövzu 13: Yeniyetmə mühiti və sərbəst qrup dəyərləri 
Plan: 
1. Davranışında əyintilər olan yeniyetmələrin proflaktikası 
2. Çətin uşaqlarda tərbiyə işinin xüsusiyyətləri 
İnsan doğulduğu gündən cəmiyyət həyatına daxil olur, sosiallaşır və 
özünəməxsus inkişaf mərhələsi keçir. İnsanın inkişafında bioloji, sosial 
və psixoloji olmaqla bir çox amillər iştirak edir. Bu nöqteyi nəzərdən 
psixoloqlar hesab edirlər ki,uşaq və yeniyetmələrin inkişafında iştirak 
edən ən mühüm sosial qrup-ailədir. Ailə-sosial mövqenin 
formalaşmasına təsir edən ən vacib amillərdən biridir. Hər bir ailə 
ümumi cəhətlərlə yanaşı eyni zamanda özünəməxsus və unikal 
xüsusiyyətlərə malikdir. 
Yeniyetməlik dövrü ailənin bütün üvzlərinin sosial,şəxsi və ailəvi 
münasibətlərin sınağa çəkildiyi dövrdür. 
Şəxsiyyətin formalaşmasında valideynin rolu əvəzsizdir. Övlada qayğı 
ilə birgə valideynlər yeniyetmənin “Mən” konsepsiyasının, hisslərinin, 
həyat planlarını, təfəkkürün formalaşmasında mühüm rol oynayır. 
Valideynlər arasında tərbiyə ilə bağlı razılıq pozulursa, yeniyetməyə 
mənəvi, psixoloji cəhətdən yaxın, onun dayağı olan insanların 
mübahisəsi, xüsusilə bu mübahisəyə onun səbəb olması yeniyetməni 
narahat edir. Bəzən yeniyetmələrdə olan əsəb gərginliyinin, həyəcanın, 
aqresiyanın yaranmasında məhz belə situasiyalar az rol oynamır. 
Yeniyetmə üçün ailə üzvləri arasındakı münasibətlərin necə olması, 
valideynlərin ona münasibəti çox vacibdir. Bəzi hallarda yeniyetmənin 
aqressiv davranışına valideynlərin kobud cəza növlərini seçmələri də 
səbəb olur. Ailədə fiziki zorakılıq yeniyetmədə valideynlərinə, özünə, 
yaşıdlarına qarşı neqativ hisslər yaradır. 
”Çətin” uşaqların psixoloji təhlilini verərkən müxtəlif səbəblərə 
toxunurlar. Yəni, belə uşaqların yaranma səbəbi müxtəlifdir. Bunlaradan 
ən başlıcası və birincisi ailə tərbiyəsində yol verilən nöqsanlarla bağlıdır. 
Buna səbəb yarımçıq ailənin olması, ailədə valideyinlərin əxlaq 
tərbiyəsinin normal səviyyədə olmaması, ailədə uşağın inkişaf üçün 
normal şəraitin olmaması, valideyinlər arasında yaranan söz-söhbət. 
Ailədə olan hər bir hərəkət və deyilən hər bir söz uşaq psixologiyasına 
təsir edir. Bu, uşağın sonrakı inkişafında, onun məktəb həyatında, sinif 
yoldaşları ilə münasibətində özünü göstərir.


Amma bütöv ailədə, uşağın rəyi nəzərə alınan və onunla yaxşı 
münasibətdə olan ailələrdə uşaqlarda təcavüzkarlıq az olur. Buna görədə 
ailələr uşaqlarla münasibəti düzgün qurmalıdır ki, onlarda belə hallar 
olmasın. 
Çətin uşaqlarla iş məktəb psixoloqlarının öhdəsinə düşür. Belə ki, 
məktəb psixoloqları çalışmalıdır ki, uşaqlarda belə halların yaranma 
səbəblərini diaqnostik metodların köməyi ilə vaxtında araşdırıb, səbəbini 
vaxtında tapıb, ona uyğun da psixoprafilaktik işlər aparılmalıdır. 
Psixoprafilaktik işləri aparakən mütləq şagirdlərin fərdi xüsusiyyətləri 
nəzərə alınmalıdır. Bəzən müəllimlər belə uşaqlarla işdən çəkinir və bir 
sözlə onlardan yaxa qurtarmağa çalışırlar. Belə olan hallada müəllimlər 
onlarla heç bir tərbiyəvi tədbirlər aparmırlar.
Təcrübəsiz müəllimlərin isə bu uşaqlarla apardıqları işlər plansız və 
məqsədsiz olduqları üçün onların işləri heç bir müsbət təsirini vermir və 
əksinə uşaqların tərbiyəsini daha da pozur. Müsair psixologiyanın 
imkanları genişdir və bu imkanlara əsasən şagirdlərin bu cür hallarının 
qarşısını almaq olar. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin