şagirdlərin fərdi xüsusiyyətlərini və şəxsi təcrübələrinin , fəallıq və
tələbatlarını nəzərə almağa çalışırlar. Belə müəllim-lərdə neqativ
ustanovka olmur və ya onu təzahür etmirlər. Onlar qiymətləndirmədə
obyektiv, təmas yaratmaqda isə təşəbbüs-kardırlar. Təcrübə göstərir ki,
pedaqoji ünsiyyətin demokratik üslubundan istifadə edən müəllimlərlə
şagirdlər arasında olduqca səmərəli təmas yaranır. Şagirdlər bu cür
müəllimlərlə ünsiyyətə can atır, onlardan hər cür köməklik gözləyirlər.
Laqeyd və yaxud liberal rəhbərlik üslubuna malik olan müəllimlərin
şagirdlərlə olan ünsiyyəti də kortəbii xarakter daşıyır. Burada ünsiyyətin
xarakteri müəllimin özündən deyil, şagirdlərdən asılı olur, şagirdlər
tərəfindən diktə olunur. Müəllimlə şagirdlərin qarşılıqlı ünsiyyəti nə
qədər səmərəli olarsa, kollektivin idarə olunması, onun üzvlərinin
tərbiyə işinin təşklili də bir o qədər səmərəli olacaqdır
Dostları ilə paylaş: