Fənn: Sosial pedaqogika Fənn müəllimi: Nahidə Cəfərova İxtisas


Mövzu 15: Məktəbdə sosial pedaqoji iş  Plan



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə15/15
tarix10.09.2022
ölçüsü0,53 Mb.
#63542
1   ...   7   8   9   10   11   12   13   14   15
Sosial pedaqogika (Mühazirələr)

Mövzu 15: Məktəbdə sosial pedaqoji iş 
Plan: 
1. Şəxsiyyətin sosiallaşmasında məktəbin rolu 
2. Məktəbdə sosial pedaqoji işin təşkili 
Şəxsiyyətin formalaşmasına müsbət amillər təsir göstərir. Göstərilən 
amillərin təsir dərəcəsi də müxtəlifdir. Şəxsiyyətin formalaşması 
müxtəlif dövrlərdə aktual olmuş və hal- hazırda aktual olaraq 
qalmaqdadır. Şəxsiyyətin inkişafına təsir göstərən amilləri araşdırmaq 
üçün onun istiqamətlərini müəyyən etmək lazımdır.
Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin 
qanunauyğunluqlarını, şagirdlərin özünü tərbiyəsini,psixoloji əsaslarını 
aşkara çıxarmaqla tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasına 
imkan yaradan həmin təsirlərin mexanizmləri də öyrənilir. Şəxsiyyətin 
təşəkkül və formalaşmasında inteqrativ sistemlərin rolu müəyyən 
dərəcədə öyrənilsə də onun şəxsiyyət kimi formalaşmasında mühüm 
əhəmiyyət kəsb edən özünügerçəkləşdirmə sistemli olmamışdır. 
Şəxsiyyət şagirdin ictimai konkret tarixi həyat şəraitində onun təlim- 
tərbiyəsində formalaşır. Psixologiya tarixində bu məsələnin həllində 
şəxsiyyətin inkişafını sosiogenetik və biogenetik konsepsiyası adlanan 
iki istiqamət olmuşdur. Biogenetik konsepsiya insan şəxsiyyətinin 
formalaşması, şəxsi fəallıqdan məhrum şəkildə, bioloji amillərin 
məhsulu kimi təqdim edilir. 
Sosiogen konsepsiya isə şəxsiyyətin inkişafına, onun formalaşmasına 
ətraf sosial mühitin təsirlərinin nəticəsi kimi baxılır. 
Azərbaycan Respublikasında təhsil sisteminin başlıca vəzifəsi dərin və 
hərtərəfli biliyə, bacarığa, praktik hazırlığa, yüksək mədəniyyətə, 
məsuliyyət hissinə, mütərəqqi dünyagörüşə malik olan və onu daim 
inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmaq; soykökünə, 
Azərbaycan xalqının azadlıq və demokratiya ənənələrinə bağlı olan və 
mədəni dəyərlərinə dərindən yiyələnən, onu daim inkişaf etdirən, 
ailəsini, vətənini ,millətini sevən və daim ucaltmağa çalışan, 
ümumbəşəri dəyərlərə yiyələnən, insan hüquqları və azadlıqlarına 
hörmət edən, müstəqil və yaradıcı düşünən, biliyinə yüksək əxlaqi və 
mənəvi keyfiyyətlərinə, demokratikliyinə görə dünyanın, ən qabaqcıl 
ölkələrinin vətəndaşları səviyyəsində dura bilən sağlam yurddaşlar 
yetişdirə bilməkdir. Məktəbdə gedən yeniləşmələr onun idarəetmə 
funksiylarının ciddi surətdə dəyişdirilməsini tələb edir. Pedaqoji şəraiti 


elmi cəhətdən qiymətləndirmək, təlim-tərbiyənin gələcəyini əvvəlcədən 
duymaq, işdə əsas məsələləri düzgün seçmək, gündəlik işləri vaxtında 
icra etmək əsas məsələ kimi qarşıda durur. Müasir məktəbə bir-birilə 
qarşılıqlı surətdə əlaqədar hissələrdən ibarət bütöv bir sosial pedaqoji 
system kimi baxılmalıdır, bu sistem məktəbin daxilində təşkil 
olunmuşdur və xarici mühitlə də müəyyən əlaqəyə malikdir. Məktəbdə 
idarə edən və idarə olunan kimi iki yarım-sistem qarşılıqlı surətdə 
əlaqədardır. Məktəbin rəhbərlərini və pedaqoji kollektivi birləşdirən 
idarəedici yarımsistem aparıcı rol oynayır.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin