Mövzu 14: Sosial pedaqoji fəaliyyətin xüsusiyyətləri sosial pedaqoqun
keyfiyyətləri
Plan:
1. Sosial pedaqoqun fəaliyyətinin mahiyyəti
2. Sosial pedaqoqun işinin mərhələsi
Pedaqoji ustalıq təlim-tərbiyə fəaliyyətinin bütün növlərini
optimallaşdırmaq, onları şəxsiyyətin hərtərəfli inkişafına və
təkmilləşməsinə yönəltmək, onun dünyagörüşünü, qabiliyyətlərini,
ictimai fəaliyyətindəki tələbatlarını formalaşdırmağı yüksək professional
səviyyədə bacarmaqdır. Ustalıq fəaliyyətdə təzahür edir.
Pedaqoji ustalıq təlim-tərbiyə fəaliyyəti ilə məşğul olan şəxslərin –
müəllim və tərbiyəçilərin professional ustalığıdır. O pedaqoji fəaliyyətin
yüksək səviyyəsi və ya ən uca və daim təkmilləşən təlim-tərbiyə
sənətidir. Metodiki ustalığın elmi biliklər, bacarıqlar, vərdişlər və
müəllimin şəxsi keyfiyyətlərinin sintezidir. Bu işin əsas mahiyyəti
müəllimin şəxsiyyətində, onun mövqeyində, fəaliyyətini yüksək
professional səviyyədə idarə etmək qabiliyyətindədir. Bundan ötrü isə
müəllim pedaqoji fəaliyyətdən baş çıxarmalı, onun məqsədini,
vasitələrini, obyektini, subyektini yaxşı bilməlidir, bu işə yaradıcı
yanaşmalı, uşağın maraqlarını nəzər almalıdır. Müəllimin işinin məqsədi
cəmiyyət tərəfindən müəyyənləşdirilir. Çünki, müəllim öz əməyinin son
nəticələrini seçməkdə azad deyil, onun hərəkətləri məktəbli
şəxsiyyətinin hərtərəfli inkişafına doğru yönəlməlidir. Lakin məqsəddən
doğan konkret vəzifələri pedaqoji şəraitlə əlaqələndirməkdə müəllim
özü işini qurmağı bacarmalıdır.
Müəllimin fəaliyyəti başqasının fəaliyyətini idarəetmə mahiyyəti, bir
növ şagirdin fəaliyyətinə uyğunlaşdırmaq xarakteri daşıyır. Orada həm
müəllimin, həm də uşağın istəyi öz ifadəsini tapmalıdır, hər iki istək üst-
üstə düşməlidir. Məhz bu zaman əməkdaşlıq pedaqogikası özünə yol
tapır. Sonra pedaqoji fəaliyyətin mürəkkəbliyi onun şagirdin gələcəyinə
inamın obyektivləşməsində, ifadəsində özünü göstərir. Bu məqsəd
müəllimə yaxın və aydlndır. O şagirddən tələb edir:
"Sən bilməlisən, bacarmalısan, etməlisən”. Beləliklə, pedaqoji
fəaliyyətin məqsədi müəllimdən cəmiyyətin sosial vəzifəsini şəxsən
qəbul etməyi, konkret hərəkətlərin məqsəd və vəzifələrini yaradiciliqla
anlamaqi şagirdin maraqini nəzərə alaraq təlim fəaliyyətində onlara
verilmiş vəzifəni başqa şəkilə salmaği bacarmaği tələb edir,.
Tərbiyənin əsas vasitələri əmək, ünsiyyət, oyun və təlimdir. Uşaqlar bu
fəaliyyət növlərində müntəzəm iştirak edirlər.
Pedaqoji əməyin obyekti təkrarolunmaz fərdi keyfiyyətləri, baş verən
hadisələrə şəxsi münasibəti və dərketmə olan fəal varlıqlar – canlı
insandır. O daima dəyişir, inkişaf edir, özünə yaradıcı münasibət, axtarış
tələb edir. O, pedaqoji prosesin fəal iştirakçısıdır. Müəllimlərlə yanaşı,
ona əhatə olunduğu həyat da, çox vaxt kortəbii şəkildə, çoxplanlı və
müxtəlif istiqamətlərdə təsirlər edir. Ona görə də pedaqoji əmək uşağa
olunan bütün təsirlərin düzəlişlərlə verilməsini, lazım gələrsə, tərbiyə ilə
yanaşı yenidəntərbiyə və özünütərbiyədən də istifadə edilməsini nəzərdə
tutur. Bütövlükdə müasir pedaqogika, əməkdaşlıq pedaqogikası
məktəblərdə münasibətlərin demokratikləşməsinə doğru yönəlmişdir və
məktəbliləri pedaqoji prosesin iştirakçısına, həmməsləkinə çevirmək
üçün onları fəallaşdırmağa çalışır.
Pedaqoji fəaliyyətin subyekti isə tərbiyə edilənə təsir göstərən
müəllim, valıdeynlər və kollektivdir. Ən əsas təsir aləti isə müəllimin
şəxsiyyəti, onun bilik və bacarıqlarıdır. Əgər şagirdlər müəllimin
şəxsiyyətini qəbul etmirlərsə, onun biliklərinə, hərəkətlərinə tənqidi
yanaşacaq, təsirinə qarşı çıxacaqlar.Şagirdə bir şəxsiyyət kimi yalnız
düzgün əxlaqi təsir göstərən şəxs əsil tərbiyəçi ola bilər. Bu isə
pedaqoqun mütamadi olaraq özünütəkmilləşdirməsi şərti ilə
mümkündür.
|