Fənn: Sosial pedaqogika Fənn müəllimi: Nahidə Cəfərova İxtisas


Mövzu 3: Sosial pedaqogikanın prinsipləri və digər elm şöbələri ilə  əlaqəsi  Plan



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix10.09.2022
ölçüsü0,53 Mb.
#63542
1   2   3   4   5   6   7   8   9   ...   15
Sosial pedaqogika (Mühazirələr)

Mövzu 3: Sosial pedaqogikanın prinsipləri və digər elm şöbələri ilə 
əlaqəsi 
Plan:
1. Sosial pedaqogikanın prinsipləri 
2. Sosial pedaqogikanın digər elmlərlə əlaqəsi 
Sosial pedaqoji fəaliyyət, sosial qanuna müəyyən qanunauyğunluqlara 
və prinsiplərə uyğunlaşır.
Tərbiyə işi elmi prinsiplər əsasında qurulduqda yaxşı nəticələr verir. 
Əksi olduqda isə o kor təbii xarakter daşıyır və səmərəsiz olur. 
Prinsip- tərbiyə qanunauygunlarını əks etdirən, onun səmərəli 
qurulmasına imkan verən, ilkin idealar fəaliyyət normaları başlıca 
tələblərdir. 
Sosial pedaqogikanın prinsipləri, sosial pedaqoji fəaliyyətə təsir göstərən 
amillərə görə bir neçə qrupa ayrılır. 
1. Təbiətə muvafiqlik prinsipi- İnsan sosial varlıqdır və sosial təbiətin 
varlıqların çərçivəsində fəaliyyət göstərir və inkişaf edir. 
Bu tələblərə muvafiq şəkildə fəaliyyət göstərdikdə daha çox uğur 
qazanır, Bu qanunlardan kənara çıxdıqda isə uğurları azalır. 
Təcübələr göstərir ki, sosial təcrübə prosesində hər zaman uşağın təbii 
imkanlarının inkişafı qanunlarına diqqət yetirilmir. Buda uşağın 
sosiallaşmasını ləngidir.Nəticədə isə təlim fəaliyyətini ləngidir. 
Müəyyən yaş dövründə buraxılan bu səhvlər nəticəsində yaranan 
başlıqlar sonrakı inkişaf dövürlərində aradan qaldırılması çətinləşir. 
2. Fərdi yanaşma prinsipi- Bu prinsip tərbiyə işində insanın olduğu kimi, 
bütün xususiyyətləri, imkanları üstün və zəif cəhətləri ilə birlikdə, qəbul 
edilməsini nəzərdə tutur. 
3. Humanizm prinsipi- insana bir dəyər kimi yanaşmaqda onun 
hüquqlarını tanıyıb hesablamaqda və hüquqların müdafiəsi üçün şrait 
yaratmaqda ifadə olunur.Humanizm prinsipi sosial pedaqoikada insanın 
üstün mövqe tutması onun özünü müdafiəsi və cəmiyyətə 
inteqrasiyasına köməklikgöstərilməsilə bağlıdır. Bu prinsp sahəsində uşa 
yeni yetmə və gənclər normal inkişaf və ünsiyyət sahəsində kollektivin 
bir üzvi kimi böyüyür inkişaf edir və başqa hüquq və azadlıqlar sahib 
olur. 
4. İnkişaf yönümlülük prinsipi- Uşaq və gənclərdə öz potensial 
imkanlarını şəxsi qabiliyyətlərini inkişaf etdirmək üçün əlverişli şərait 
yaratmaqı nəzərdə tutur. 


İnkişaf yönümlülük prinsipinin səmərəli nəticələr verməsi cəmiyyətin 
şəxsiyyətə nə qədər dəyər verməsindən, aldığı təhsil, tərbiyə sosial 
inkişafdan asıllıdır. 
5. Sosial həyatla və mühitlə əlaqəsinin şərtlənməsi prinspi-Tərbiyə 
işində sosial həyat və mühit amillərinin təsirlərinin nəzərə almağı və bu 
amillərdən səmərəli şəkildə istifadə etməyi nəzərdə tutur. 
Tərbiyənin sosial muhit və həyatla şərtlənmısi əsasını dövlətin siyasəti 
sosial instutların ideoloji və səmərəli fəaliyyəti durur. 
6. Həqiqətin konkretliyi prinsipi- sosial tərbiyə işində səmərələliyi 
mücərrəd şəkildə deyil, konkret şərait tərbiyə olmalarının real 
imkanlarına və qarşıya qoyulan vəzifələrə əsasən qiymətləndirirlir. 
7. Sosial fəaliyyət və ünsiyyətlə şərlənməsi prinsipi- İnsanın soail 
inkişafı və tərbiyəsi fəaliyyət və ünsiyyət prosesində formalaşır. 
Sosiallaşma erkən yaşlarda başlanır və mahiyyətcə qocalığın sonuna 
kimi davam edir. O, fərdin mədəniyyətə daxil olması proseslərino əhatə 
edir. Nəticədə insan bioloji varlıqlardan sosial varlığa keçirlir. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin