Fəsil 2 Kompüter texnikası və şəbəkələr



Yüklə 1,04 Mb.
səhifə15/42
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37833
1   ...   11   12   13   14   15   16   17   18   ...   42
Fəsil 2 Kompüter texnikası və şəbəkələr

Mikroprosessorlar. Mikroprosessor – kompyuterin “beyni” hesab edilir və kompyuterdə verilənlərin emalını, ötürülməsini və xarici qurğuların idarə edilməsi­ni saniyənin milyonda bir hissəsində təmin edir (şək. 1.5.2.4). Mikroprosessorun əsas xarakteristikası onun işçi gərginliyi, takt tezliyi, takt tezliyinin3 daxili çoxalt­ma əmsalı, keş-yaddaşının tutumu və dərəcəsidir. Mikroprosessoru işçi gərginlik ilə ana plata təmin edir. Intel firmasının əvvəllər istehsal etdiyi mikroprosessorlarda gərginlik 5.0 Volta bərabər idisə, indiki zamanda firma tərəfindən buraxılan mikro­prosessorlarda bu qiymət 3.0 Volta çatdırılmışdır. İşçi gərginliyinin qiymətinin aşağı həddə endirilməsi mikroprosessorun daha da məhsuldar işləməsini təmin edir.

Şək. 1.5.2.4.

Takt tezliyi bir saniyə ərzində kompyuterdə yerinə yetirilən əməliyyatların (məsələn, toplama və vurma) sayını və həmin əməliyyatların hansı sürətlə yerinə yetirildiyini göstərir. Takt tezliyi meqaherslərlə (Mhs) ölçülür. Takt tezliyi artdıqca mikroprosessorun qiyməti ilə yanaşı onun məhsuldarlığı da artır və mikroprosessor çoxlu sayda əmrləri yerinə yetirə bilir. Takt siqnallarını mikroprosessor ana lövhədən qəbul edir. Mikroprosessoru daha yüksək takt tezliyi ilə təmin etmək üçün onun daxilindəki takt tezliyinin daxili çoxaltma əmsalından istifadə olunur (Məsələn, 3.0, 3.5, 4.0, 4.5, 5.0 və daha artıq).

Takt tezliyinin daxili və xarici növü vardır. Daxili takt tezliyi mikroproses­sorun yerinə yetirdiyi əməliyyatların tezliyini, xarici takt tezliyi isə kompyuterin operativ yaddaşı ilə mikroprosessor arasında informasiyanın dəyişmə tezliyini göstərir.

Prosessorun daxilində registr adlanan müəyyən sahə var ki, mikroprosessor emal etdiyi verilənləri orada saxlayır. Prosessorun dərəcəsi mikroprosessorun daxilində yerləşən registrlərin dərəcəsi təyin olunur və bir takt ərzində prosessorun neçə bit1 informasiya mübadilə etdiyini xarakterizə edir. Qeyd edək ki, ilk istehsal olunan mikroprosessorlarda dərəcəlikli 8 idi. Müasir dövrdə istehsal olunan mikroprosessorlarda bu parametr 64-ə çatdırılmışdır.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin