229
kükürd turşusu, asetil qrupu olur) selik və qığırdağın tərkibində
olur.
Xitin (tərkibində qlükozamin olur) zirehli xərçəngəbənzər-
lərin tərkibində 200 mq% miqdarında olur.
Kukumariya lipidlərində kollagenin miqdarının çox olması,
onda heksozaminlərin olmasına şərait yaradır. Onlarda heksoza-
min 299-301 mq%, kukumariyanın daxil orqamlarında isə 120
mq% olur. Dəniz kirpisinin qılafında heksozaminlər – 380,5 mq%
olur.
Qlükolipid qrupunda tərkibində karbohidratlar olan birləşmə-
lər vardır.
Beyində olan serebrozidlərin tərkibində - monoqalaktozilqli-
serid, diqalaktozilqliserid, sulfoxinovozaqliserid, serebron, sereb-
ron turşusu, nevron, nevron turşusu, oksinevron, kerozin olur.
Triterpenoid qrupunun tərkibində triterpen qlükozidlərini
özündə birləşdirməklə qoloston sıralı, henin və karbohidratlara
(qlükoza, metilqlükoza) malik olur.
Qolotur və xüsusilə yapon kükumariyasının toxumalarında
triterpen qlükozidlərinin miqdarının öyrənilməsi göstərmişdir ki,
onların ən çox miqdarı, ağ fərdlərin qılafında və daxili orqanlarda
olur. Quru maddəyə görə qara səthli dəri-əzələ toxumasında
qlükozidlərin miqdarı 0,42%; açıq qəhvəyi rənglidə - 0,49%; ağ
rənglidə - 0,72%; qoloturyanın daxili orqanlarında – 0,69% olur.
Qlükozidlərin monosaxarid qalığının müxtəlifliyinə görə
kukumariyanın daxili orqanları digər bütün xammal növlərini
üstələyir.
Daxili orqanların kütləsi, balığın və heyvanların kütləsinin
təxminən 60%-ni təşkil edir.
Dostları ilə paylaş: