250
Məhsulda triterpen qlükozdilərinin saxlanması (alimlər onu zəhər-
lərə aid etmişlər) geniş miqyaslı tədqiqatların aparılmasını tələb
etdi. Tibbi rəyə görə, gün ərzində 50-100 q kukumariya qəbul
edilməsi (insanın çəkisindən asılı olaraq) nəticəsində orqanizmin
immunoloji müdafiəsi güclənir, potensiyası artır, saçın böyüməsi
güclənir, maddələr mübadiləsi yaxşılaşır, şişə qarşı müqavimət
xüsusiyyəti yaranır.
Kukumariya qurusu əvvəllər ənənəvi texnologiya ilə hazır-
lanırdı. Bu məqsədlə xammalı uzunmüddətli 3 qat suda bişirərək
yuyur və 13 saat günəş altında qurutmaqla hazırlayırdılar. İndi
kukumariyanın qurudulması xammalın elektrik sobasında 6-15
dəqiqə ərzində isti ilə işlənməsilə aparılır. Bu üsul triterpen
qlikozidlərinin saxlanmasına, məhsulun oksdiləşmədən qorunma-
sına və qurutma prosesinin sürətlənməsinə şərait yaradır.
Öz şirəsində pörtlədilən kukumariya əsasında bir sıra qəlya-
naltı konservlərin işlənməsi aparılmışıdır. Bunlardan plov və ku-
kumariya əlavəli sıyığı misal göstərmək olar. Bu məhsullar ku-
kumariyanın əlavə edilməsi ilə əlaqəqədar kəskin isti ilə işlən-
mədən sonra da özündə triterpen qlikozidlərini saxlamış olur.
Dostları ilə paylaş: