3.7.3. “Rkasiteli ” ağ süfrə şərabının funksional aktivliyi
Şərabın funksional aktivliyi qiymətli qida və bioloji aktiv
maddələrin tərkibindən asılıdır. Süfrə şərablarının həcminin 70%-
i bioloji təmiz su olub, insan orqanizminin bütün növ maddələr
mübadiləsinin və fizioloji funksiyaların nizamlanmasında vacib
rol oynayır. Etanol şərabın əsas enerji və bioloji aktiv komponen-
tidir. İnsan orqanizmində maddələr mübadiləsi zamanı daimi ola-
raq müəyyən miqdarda etil spirti istehsal olunur. Bu spirtin
miqdarı qanda və toxuma mayesinin tərkibində 0,03-0,04 h.% (30-
40 mq/dm
3
) olur. O, insana eyforik damargenişləndirici, stimul-
laşdırıcı (tənəffüs və ürəkdöyüntüsü) effektlər, həmçinin orqaniz-
min karbohidrat ehtiyatının artması hesabına stress-limitləyici
təsir göstərir. Məhz etanolun həyəcan limitləyici təsirinə görə,
yaşlı insanların böyük əksəriyyəti alkoqollu içkiləri mütamadi
olaraq qəbul edir. Epidomoloji tədqiqatlara müəyyən edilmişdir ki,
261
süfrə üzüm şərabınının mötədil qaydada 200-600 sm
3
dozasında
qəbul
edilməsi ürək-damar xəstəlikərindən ölüm riskini xeyli azal-
dır. Ancaq orqanizmin alkoqola reaksiyası onun miqdarından asılı
olub, optimal dozanı keçdikdə neqativ effektlər yaranır.
Hipertoniya xəstəliyinin yaranma faktorlarından biri, qadın və
kişilərin sistematik olaraq gün ərzində etanolu 27-15 sm
3
artıq
qəbul etmələridir. Alkoqolun qəbul edilməsi ürək-damar xəstəlik-
lərinin risk amillərinin dinamikasına səbəb olur.
Üzümün polifenol birləşmələri də həmçinin geniş həyəcan-
limitləndirici aktivliyə, o cümlədən oksidant həyəcanına malikdir.
O, oksidant həyəcanının neqativ təsirinin qarşısını alır (laktatde-
hidrogenaza fermentinin hüceyrəarası mühitdə miqdarını azaldır
və qlütationun aktivliyini gücləndirir). Antosianların və oliqomer
taninlərin damargenişləndirici effekti, azot oksidinin (NO) kütlə
konsentrasiyasının artması və Ca
2
-nın hüceyrəyə daxil olmasının
qarşısının alınması hesabına yaranır. Üzümün polifenolları da
ümumilikdə insan orqanizminin enerji mübadiləsini optimallaşdı-
rır. Bu zaman etanolun və polifenol kompleksinin ürək-damar
parametrlərinə tənəffüs, antioksidant və həyacan-limitləyici siste-
min və həmçinin qırmızı qanda lipid mübadiləsinə antoqonist
xarakterli təsiri barədə çoxlu məlumatıar vardır. Ancaq, şərabın
mötədil qaydada qəbul edilməsi ilə şərabın müalicəvi-profilaktiki
potensialını təmin etmək olar. Bu zaman etanol və fenol birləş-
mələri birgə təsir edir. Şərabların antioksidant təsiri qırmızı şərab-
larda ağ şərablara nisbətən polifenolların miqdarının çox olması
hesabına daha artıqdır.
Müalicə-profilaktiki təsirinə görə mədə-bağırsaq və dayaq-
hərəkət aparatının xəstəliklərində geniş istifadə edilən ağ süfrə
şərabları arterial hipertoniya xəstəliyinə qarşı istifadədə effektli
ola bilər. Ağ süfrə şərablarının müalicəvi-profilaktiki xüsusiyyət-
lərinin artırılması onların tərkibinin polifenol birləşmələrlə zən-
ginləşdirilməsi hesabına ola bilər. Əsasən “Kaxet” texnologiyası
şərabda polifenolların miqdarının artırılmasına imkan verir. Şəra-
bın tərkibində polifenolların miqdarını artırdıqda yadda saxlamaq
lazımdır ki, onlar digər antioksidantlar kimi oksidant xüsusiyyəti
262
də göstərə bilərlər. Fenol birləşmələri öz strukturunda aktiv radi-
kallara malik olub, az aktiv olsa da, onların artıq miqdarda toplan-
ması digər oksidantlar kimi arzuolunmazdır. Polifenol antioksi-
dantlarının nisbi artıqlığı normal oksidləşmə-reduksiya reaksiya-
larını xeyli tormazlayaraq orqanizmdə neqativ hal yarada bilər.
Təkrar olunan texnologiya şərab materialında 1500-2500
mq/dm
3
fenol birləşmələrinin toplanmasına və yüksək orqanolep-
tik qiymət alınmasına (9,25-9,35 bal) imkan vermişdir
(A.Y.Yalanesskiy).
Beləliklə, Krımın Alma vadisində hazırlanan “Rkasiteli”
şərabı tədqiq edilərkən məlum olmuşdur ki, bu şərab materialında
klassik texnologiyaya nisbətən öz tərkibində optimal miqdarda
etanol və fenol birləşmələrinə malik olur. Buna görə də alkoqolun
hipertoniya xəstələrinə risk-faktor təsirini öyrənməyə çalışmışlar.
Müəyyən edilmişdir ki, alkoqolun orta gündəlik dozası 1 kq bədən
kütləsinə görə 0,365 ml olmaqla, risk-faktor həddini bir qədər
keçmişdir (0,250-0,300ml).
Ancaq tədqiq olunan şərab dozasının qəbulundan yaranan
kənar xoşagəlməz effekt çoxluq (23%) təşkil etməmiş və bu
alkoqolun dozası ilə əlaqəli olmamışdır. Bundan başqa müalicə
dövrü ərzində “Rkasiteli Alma” süfrə şərabının istifadə edilməsi
hipertoniya xəstələrinin vəziyyətininin şərab istifadə etməyən xəs-
tələrə nisbətən yaxşılığa doğru dəyişdiyi məlum olunmuşdur.
Korrelyasiya analizi 19 həqiqi korrelyasiya əlaqəsinin olması-
nı göstərmişdir. Bu, o deməkdir ki, bu şərab xəstənin ürək-damar
sisteminin nəzarət olunan əsas parametrlərinə mənfi təsir etmir.
“Rkasiteli Alma” süfrə şərabının səmərəli təsirinin təhlili gös-
tərir ki, onun funksional pozitiv aktivliyi həyacana qarşı daha mü-
vəffəqiyyətli müsbət təsirə malikdir.
Beləliklə “Rkasiteli Alma” qarışığından kaxet üsulu ilə
hazırlanan süfrə şərabı funksional müalicəvi-profilaktiki təsirə
malik olub, pəhriz faktoru kimi, hipertoniya xəstələri üçün müvəf-
fəqiyyətlə tətbiq oluna bilər.
Əldə edilən nəticənin yeniliyi ondan ibarətdir ki, kaxet üsulu
ilə alınan “Rkasiteli Alma” süfrə şərabının funksional müalicəvi-
263
profilaktiki aktivliyi ilk dəfə arterial hipertoniya xəstəliyinin
müalicəsi zamanı yüksək qiymət almışdır.
Dostları ilə paylaş: |