73
Müalicə məqsədli, dəyişmiş kimyəvi tərkibə malik olan pəhriz
kompozisiyası qarışıqlarının “toz” texnologiyası işlənmişdir. Bu
qarışıqlara müxtəlif xammal növləri, qida əlavələri və inqre-
dientlər daxildir.
Yüksək qida və bioloji dəyərə malik olan pəhriz məqsədli fun-
ksional çörək-kökə məmulatlarının çeşidinin inkişaf etdirilməsi
istiqamətinin perspektivliyi təbii qida zənginləşdiricilərindən isti-
fadə edilməsidir. Bunlara cücərmiş (bioaktivləşdirilmiş) çovdar,
buğda dəni əsasında çörək-kökə məmulatlarının istehsalı texnolo-
giyasını aid etmək olar. Bunlar da vitaminin, mineral maddələrin
zənginliyi, biomənimsənilən formada olması və əvəzolunmayan
amin turşularının zənginliyi ilə seçilir.
Çörəyin təbii zənginləşdiricilərinə istiqamətli çoxaldılmiş
mikroorqanizmlərin qıcqırma mayaları aiddir. Belə ki, propion
bakteriyaları (Pr. Şhermani) propion turşu qıcqırmasında vitamin-
ləri, o cümlədən B
12
, propion turşusunu və “kartof xəstəliyi”- nin
inkişafına səbəb olan antibiotiklər-ingibitorlar sintez edir. Karotin
sintez edən mayalar beta-karotin, erqosterin mayaları provitamin-
D sintez edir.
Dostları ilə paylaş: