Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə22/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   18   19   20   21   22   23   24   25   ...   321
Seçilmiş əsərləri X 
129 
mirsən, kommunal xərclərə gedir, oğul-uşaq ehtiyaclarına xərc-
lənir, yeməyə xərclənir... Qurtardı, bir də gözlə, haçan pul ola-
caq! Gərək elə böləsən ki, bir ay çatsın. Dilənçilikdə belə deyil; 
gündəlik üç manat, beş manat pulun var. 
Lap bezdim bu söhbətdən. Ayrı şey fikirləşmək lazımdı. 
Nədən? Qoy, lap elə professor Bağır Paşanın dedikləri olsun. 
Bağır Paşa, Bağır Paşa!.. Nə deyib ki, o! Yadda qalan – heç nə. 
Professordu kişi. Hər halda nə Dəmirçizadədi, nə də Feyzulla 
Qasımzadə. 50 il keçib üstündən. Dedikləri bu gün də yaddaş-
lardan silinməyib. Elm idi onlarınkı. Yenilik idi. Məntiq idi. 
Təhlil idi, ümumiləşdirmə idi. Fəlsəfi nəticələrdi. Biri Azərbay-
can dili üzrə, biri də Azərbaycan ədəbiyyatı üzrə mütəxəssis idi. 
Akademiklərimizdi də. İndi isə əsildən çox, qondarma fəlsəfə 
doktorları, qondarma professorlar, saxta akademiklər... Səbəblə 
nəticəni ayırd edə bilmirlər. Xələfə sələf deyirlər, sələfə xələf. 
Beynim yenə didilirdi; deyim ki, dahiyanə əsərlər yazır, 
xeyir, deyim ki, bədii üslubda təzə Amerika açıb? Yox, min 
dəfə yox. Yazdığı elə hamının yazdığındandı. Bir az da zəif. 
Külli miqdarda da dil və üslub xətaları... Ayə, bəs onda bu Rüs-
təm bəyə nə düşüb ki, o boyda stolunu yalqız qoyub durub gəlib 
tərifləməyə ki, bəs gözəlçə Püstəxanım belə yazır, elə yazır və 
nə bilim nə, nə... 
Pah atonna! Adamı yerindən dəbərtməyə nə varmış!.. 
Amma ki... Bunun üçün gərək Püstəxanım olasan! Bir də ki... 
Cəhənnəmə! Elə sənə qalmayıb ki.... 
IV nida
Cib telefonum hirslə səsləndi bu dəfə. Hər halda mənə be-
lə gəldi. Çünki sakit, lap sakit bir düşüncəyə dalıb da düşünür-
düm özümçün. Nə barədə? Hər şey barəsində. Lap elə «Bizim 
Cəbiş müəllim» barəsində. Kişiyə bax e... Evdə uşaqları ac-ya-
lavac qoyub, çamadan dolusu sabunu paylayır havayı. Nə olsun 
e, soldatdı. Odur e, bizim Qarabağ döyüşçüləri əsgər deyildilər? 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin