Fövqəladə hallarda (FH) əhali arasında itkilərin qarşısının alınması



Yüklə 121,7 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix21.12.2023
ölçüsü121,7 Kb.
#187505
1   2   3   4   5   6   7   8   9
dMovzu-9-MM-muhafiz-qur-ular-1

Sığınacağın həcmi
-
planlaşdırma, konstruktiv 
və mühəndis texniki avadanlıqları.
Əsas təyinatlı otaqlar
:
Sığınma otaqları (SO)
İdarəetmə məntəqəsi (İM)
Tibb məntəqəsi (TM)


Əsas təyinatlı otaqlar:
Sığınma otaqları (SO) – 
əhalinin daldalanması və yerləşdirilməsi 
üçün bir, iki və üçmərtəbəli taxtlar yerləşdirilən otaqlardır.
Sığınacaqda adamların daldalanması üçün nəzərdə tutulan 
otaqların ayrı-ayrılıqda sahəsi 25 m²-dən, ümumi sahəsi 75 m²-dən az 
olmamalıdır.


Adamların daldalanması üçün otaqların sahəsi ikimərtəbəli taxtlar 


qoyularkən hər adam üçün 0,5 m², üçmərtəbəli taxtlar qoyularkən isə 
0,4 m² hesablanmalıdır. Otaqlarda daxili havanın həcmi hər adam 
üçün ən azı 1,5 m³ olmalıdır.
Otaqların hündürlüyü onlardan sülh dövründə nə məqsədlə istifadə 
ediləcəyindən asılıdır, lakin döşəmədən üst örtük konstruksiyalarının 
ən aşağı hissəsinədək məsafə 3,5 m-dən çox olmamalıdır.
Əsas təyinatlı otaqlar:
Otağın hündürlüyü 2,15 m-dən 2,9 m-dək olan hallarda 
ikimərtəbəli taxtlar, bundan artıq olanda isə üçmərtəbəli taxtlar 
qoyulmalıdır. Sülh dövründə istismar şəraitinə görə hündürlüyü ən azı 
1,85 m olan binalardan sığınacaq kimi istifadə etməyə icazə verilir. 
Belə hallarda burada ancaq birmərtəbəli taxtlar qoyulmalıdır.


Daldalanan adamların oturması və uzanması üçün yerlər stasionar 


ola bilər (sığınacaq tikilərkən düzəldilir). Əgər belə taxtlar 
sığınacaqlardan sülh dövründə təsərrüfat ehtiyacları üçün istifadə 
etməyə maneə törədirsə, onların sığınacağı mühafizəyə hazırlıq 
rejiminə keçərkən düzəldilir. Sığınacağın geniş sahəli otaqlarını 5075 
nəfərlik otaqlara bölmək lazımdır.

Yüklə 121,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin