Əsas təyinatlı otaqlar: İdarəetmə məntəqəsi (İM) - obyektin rəhbər heyətinin və MM
qərargahının yerləşməsi üçündür. Belə məntəqə ən böyük iş
növbəsində 600 və bundan artıq adam işləyən müəssisələrdə
sığınacaqların tikilməsi layihələrində nəzərdə tutulur. İdarəetmə
məntəqəsi, adətən, mühafizəli elektrik təchizatı mənbəyinə malik
olan sığınacaqlardan birində yerləşdirilir. O, iş və rabitə otağından
ibarət olur.
Adətən, idarəetmə məntəqəsi sığınacağın giriş yollarından birinin
yaxınlığındakı otaqlarda yerləşdirilir və odadavamlılııq həddi bir
saatadək olan arakəsmələrlə sığınacağın adamlar yerləşən digər
otaqlarından ayırılır.
.
Yardımçı təyinatlı otaqlar: Süzgəcli
ventilyasiya
otağı (SVO)
Balonlar otağı
Sanitarya
qovşaqları
Dizel elektrik
stansiyası (DES)
otağı
Elektrik lövhəsi
otağı
Ərzaq saxlanılan
anbarlar
Tambur
-
şlüzlər
Mühafizəedilən
giriş və çıxış
qapıları
Yardımçı təyinatlı otaqlar: Süzgəcli ventilyasiya otağı (SVO) - sənaye tipli (stasionar) süzücü
ventilyasiya avadanlığının yerləşdirilməsi üçündür.
Süzgəcli ventilyasiya otağı, adətən, sığınacağın xarici divarlarının
yanında, giriş yollarının və ya qəza çıxış yollarının yaxınlığında
yerləşdirilir. Bu otağın ölçüləri avadanlığın ölçülərindən və avadanlığa
xidmət etmək üçün lazım olan sahədən asılı olaraq müəyyən edilir.
Ən vacib və məsuliyyətli məsələ bayırdakı ehtimal olunan
zəhərlənmələr, yanğınlar şəraitində, eləcədə hermetik qurğuda
adamların xeyli müddət qalması nəticəsində içərisindəki havanın tərkibi
pisləşərkən adamların tənəffüs üçün yararlı hava ilə lazımi miqdarda
təmin edilməsidir.
Havanın tərkibində oksigen və hava qazının lazımi miqdarını habelə
normal temperaturu və rütubəti saxlamaq üçün sığınacağa təmiz
havanın verilməsi havaverici və ya havaverici-sorucu ventilyasiya
sistemi vasitəsilə təmin olunur.