Fяxrяddиn mustafayev


Cəfərov Məmmədtağı Ġbrahim oğlu



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə51/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   207
N 349

Cəfərov Məmmədtağı Ġbrahim oğlu
(1936-2007) 
 
Ölkəmizdə aqrar sahə üzrə yüksək ixtisaslı 
kadrların hazırlanmasında qədim tarixə malik 
olan,milli elmimizin yaradıcıları – dünya şöhrətli 
alimlərimizi yetişdirən, müqəddəs təhsil ocağı 
ADAU-nun formalaşmasında, inkişafında, tərəqqi 
və təşəkkülündə böyük işlər görən, məşhur alim, 
elm xadimi, AMEA-nın həqiqi üzvü akademiki 
Məmmədtağı İbrahim oğlu Cəfərovun olduqca 
misilsiz xidmətləri olmuşdur. O, 1954-1959-cu 
illərdə ADAU-nun aqronomluq fakültəsində təhsil 
almış, 1964-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1965-ci ildə kənd 
təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. Alim 1964-1973-cü illərdə 
ADAU-da assistent, dosent, professor 1973-1983-cü illərdə isə «Torpaqşünaslıq 
və kənd təsərrüfatının meliorasiyası» kafedrasının müdiri vəzifələrində 
işləmişdir. M.Cəfərov 1973-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək 
kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almış, 1975-ci ildə isə ona 
professor elmi adı verilmişdir. O, 1989-cu ildə Azərbaycan Milli Elmlər 
Akademiyasının müxbir üzvü seçilmişdir. Alim 150-yə qədər elmi əsərin, çoxlu 
sayda kitabın, o cümlədən monoqrafiya və dərsliklərin, dərs vəsaitlərinin 
müəllifidir. M.Cəfərov 1983-1987 və 1995-2007-ci illərdə Azərbaycan Aqrar 
Universitetinin rektoru vəzifəsində işləmiş, 1992-ci ildə Yeni Azərbaycan Par-
tiyası Siyasi Şurasının üzvü, YAP Gəncə Şəhər Təşkilatının sədri olmuşdur. O, 
1994-cü ildə Azərbaycan Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya 
İnstitutunda doktorluq dissertasiyasının müdafiəsi üzrə ixtisaslaşmış Elmi 
Şuranın həmsədri olmuşdur. M.Cəfərov 2002-ci ildə Azərbaycan MEA-nın 
həqiqi üzvü seçilmiş, səmərəli elmi fəaliyyətinə görə Azərbaycan Respublikası 
Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görülmüş, «Şərəf nişanı» 
ordeni və «Maarif əlaçısı» döş nişanı ilə təltif olunmuşdur. O, uzun illər 
Azərbaycan Ziyalılar Cəmiyyətinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi 
Şurasının üzvü olmuşdur.Böyük alim, xeyirxah və tarixi şəxsiyyət M.Cəfərovun 
milli kənd təsərrüfatı və torpaqşünaslıq elmlərinin inkişafındakı xidmətləri elm 
və təhsilimizin tarixinə qızıl hərflərlə həkk olunub. 


45 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin