Fяxrяddиn mustafayev


Qəniyev Məmmədtağı Qasım oğlu



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə50/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   207
N 349

Qəniyev Məmmədtağı Qasım oğlu
(1907-1979) 
 
Azərbaycanda baytarlıq təbabəti mikro-
biologiyası elminin banisi, korifey alim, Əməkar 
Elm Xadimi, bir neçə orden və medallarla təltif 
edilmiş, akademik Məmmədtağı Qasım oğlu 
Qəniyevin milli elmimizin inkişafında çox böyük 
xidmətləri olmuşdur. O, 300-ə qədər monoq-
rafiya, dərslik, dərs vəsaiti, fundamental məlumat 
mənbələri hazırlayıb çap etdirmişdir. Onun bütün 
elmi tədqiqat işlərində mikroorqanizmlərin heyvan 
və quşların patologiyasında roluna, onların 
genetik, 
morfoloji, 
həssaslıq, 
davamlılıq, 
dəyişkənlik və s. xüsusiyyətlərinin öyrənilməsinə xüsusi önəm verilmişdir. O, 
1932-ci ildə İrəvan şəhərində Zaqafqaziya Zoobaytarlıq İnstitutunu bitirmiş, 
1936-cı ildə namizədlik, 1944-cü ildə isə doktorluq dissertasiyaları müdafiə 
etmiş, 1938-1959-cu illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq 
təbabəti fakültəsinin ―Mikrobiologiya‖ kafedrasının rəhbəri olmuş, 1962-ci ildə 
isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzv seçilmişdir. M.Qəniyev 
milli baytarlıq təbabəti elmimizin inkişafına böyük töhfələr verən ilk milli 
kadrlardan biri olmuşdur. Alim uzun müddət Elmi-Tədqiqat Baytarlıq 
İnstitutunun direktoru vəzifəsində çalışmaqla, baytarlıq təbabətinin aktual 
problemlərinin öyrənilməsi sahəsində fundamental elmı-tədqiqat işlərinin həyata 
keçirilməsinə rəhbərlik etmişdir. Milli baytarlıq təbabəti və mikrobiologiya 
elmimizin banisi, ƏEX, dünya şöhrətli alim, akademik Məmmədtağı Qəniyev 


44 
əsil zəhmətkeş, vətənpərvər elm fədaisi olmuşdur. M.Qəniyev 300-ə qədər elmi 
əsərin, dərslik və dərs vəsaitlərinin müəllifi, 20 nəfər elmlər doktoru və 80-ə 
qədər elmlər namizədinin elmi rəhbəri olmuş və ölkəmizdə mikrobioloqlar 
ordusunun əsil yaradıcısı olmuşdur. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin