Fяxrяddиn mustafayev


Quliyev Ələkbər Məmməd oğlu



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə48/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   207
N 349

Quliyev Ələkbər Məmməd oğlu
(1911-1983) 
 
Məşhur botanik, genetik və seleksiyaçı alim, 
akademik, Əməkdar Elm Xadimi Ələkbər Məmməd 
oğlu Quliyevin Azərbaycanda botanika, bitkilərin 
genetikası, 
fiziologiyası, 
genefondunun 
dəyişkənliyi, ümumilikdə biologiya və kənd 
təsərrüfatı elmlərinin öyrənilməsi, inkişafı sahəsində 
elmi-praktiki və nəzəri cəhətdən olduqca böyük 
əhəmiyyət kəsb edən fundamental-tətbiqi xarakterli 
tədqiqatların aparılmasında və ölkəmizdə aqrar 
sahənin mütəxəssislərinin hazırlanmasında xüsusi xidmətləri olmuşdur. Alimin 
rəhbərliyi ilə ölkəmizin bitki örtüyünün genefondu, bitkilərin anatomiyası, 
fiziologiyası, genetikası, seleksiyasının öyrənilməsi sahəsində aparılan 
təcrübələr çox uğurlu nəticələr vermiş və elmi yeniliklərə nail olunmuş, çoxlu 
sayda elmlər namizədləri və doktorları hazırlanmışdır. Alim, aqronomluq, 
bitkiçilik və biologiya elmləri üzrə çoxlu sayda ali məktəb dərslikləri, dərs 
vəsaitləri, kitab və monoqrafiyaların müəllifi olmuşdur. Ə.M.Quliyevin 
təbiətşünaslıq elmləri üzrə apardığı elmi axtarışlar sanki genetik olaraq öz 
övladlarına da sirayət edərək onlara biologiya elmi sahəsində böyük uğurlar 
nəsib etmişdir. Oğlu biologiya elmləri doktoru, professor Akif Quliyev Bakı 
Dövlət Universitetinin «Biologiya» fakültəsinin dekanı, «Biokimya və bitki 
fiziologiyası» kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Rauf 
Quliyev BDU-nun «Genetika və darvinizm» kafedrasının müdiri, Sayad Quliyev 
isə ADAU-nun «Bitkilərin genetikası və seleksiyası» kafedrasının dosenti 
vəzifəsində işləyir. Ə.M.Quliyevin ölkəmizdə yüksək ixtisaslı kənd təsərrüfatı 
kadrlarının– aqronom, baytarlıq təbabəti həkimi, zootexnik və bioloqların 
yetişdirilməsi sahəsində çox böyük xidmətləri olmuşdur. 


42 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin