Fяxrяddиn mustafayev


Novruzov Vaqif Seyfəddin oğlu



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə84/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   207
N 349

Novruzov Vaqif Seyfəddin oğlu
(1943) 
 
Vaqif 
Novruzov 
1966-cı 
ildə 
BDU-nun 
biologiya və kənd təsərrüfatı istehsalının əsasları 
fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1970-ci 
ildə namizədlik, 1985-ci ildə isə doktorluq disser-
tasiyası müdafiə etmiş, 1978-ci ildə baş elmi işçi
1986-cı ildə dosent, 1989-cu ildə professor elmi adları almışdır. Alim 1982-
2002-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində dosent, professor, elmi 
işlər üzrə prorektor, rektor əvəzi vəzifələrində işləmişdir. O, 2003-2006-cı 
illərdə Gəncə Dövlət Universitetinin ―Botanika‖ kafedrasının professoru 
vəzifəsində işləmiş, 2006-cı ildən isə həmin kafedraya rəhbərlik edir. Onun 
botanikanın, genetikanın və immugenetikanın nəzəri, praktiki və metodik 
problemlərinə dair 200-dən çox əsəri çap olunub. O, 2004-cü ildə Tempus 
proqramı çərçivəsində Avropa Unıversitetlərinin iş təcrübəsini öyrənmək üçün 
Almaniyanın Hohenheym Universitetinin dəvəti ilə Almaniya, Fransa və 
Avstriyada Azərbaycan Dövlət Aqrar Universitetini təmsil etmişdir. V.Novruzov 
1996-2008-ci illərdə Azərbaycan Respublikası Prezıdenti Yanında Ali 
Attestasiya Komissiyası ―Biologiya və kənd təsərrüfatı elmləri üzrə‖ Ekspert 
şurasının üzvü olmuşdur, hazırda Azərbaycanın ―Qırmızı kitabının‖ yeni 
nəşrinin redaksiya heyətinin üzvüdür. Uzun müddətli və səmərəli elmi-pedaqoji 
fəaliyyətinə görə V.Novruzova Azərbaycan Respublikası Prezidentinin 22 
sentyabr 2008-ci il tarixli Sərəncamı ilə ―Azərbaycan Respublikasının Əməkdar 
Elm Xadimi‖ fəxri adı verilmişdir. V.Novruzovun ölkəmizdə gənc alimlərin 
yetişdirilməsi sahəsində xüsusi xidmətləri vardır. O, hazırda biologiya və 
genetika elminin qlobal və aktual problemləri sahəsində öz elmi axtarışlarini 
uğurla davam etdirir. 
 
Seyidəliyev Nizami Yaqub oğlu

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin