Generallari


partiyasının üzvlüyünə qəbul olunur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə37/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   33   34   35   36   37   38   39   40   ...   51

partiyasının üzvlüyünə qəbul olunur. 
Moskvada xidmət edən atam dəfələrlə Lenini görmüş  və onun çıxışlarını dinləmişdir. 
1924-cü ilin kədər dolu yanvar günlərində atam V.İ.Leninin tabutu önündə  fəxri qarovulda 
dayanmışdı.   
Ağır uşaqlıq və gənclik illəri, məsul vəzifələr atamın xasiyyətində öz əksini tapmışdı: o, 
sərt, amma olduqca ədalətli və azdanışan adam idi. Atam öz işi və  həyatı barədə çox nadir 
hallarda söhbət salardı. Məsələn, bilirəm ki, o, iyirminci illərdə Moskva, Daşkənd və Buxarada 
bir sıra mühüm partiya tapşırıqlarını yerinə yetirmişdi. Amma həmin tapşırıqların məğzinin və 
atamın yerinə yetirdiyi vəzifənin nədən ibarət olduğu haqqında dəqiq heç bir şey deyə bilmərəm. 
Atam 1924-cü ildə Ukrayna hərbi dairəsindən Perekop atıcı diviziyasının altıncı 
korpusuna hərbi tribunalın üzvü kimi işə göndərilmişdir. 1926-cı ildə isə SSRİ Ali 
Məhkəməsinin hərbi heyətinin sərəncamı ilə üçüncü Türkustan atıcı diviziyasının hərbi 
tribunalının heyət üzvlüyünə  dəyişdirilmişdir. Atamın bir neçə  Şərq dillərini bilməsi, vicdanla 
işləməsi, yüksək siyasi hazırlığı, prinsipiallığı, dəfələrlə dairə komandanlığı, SSRİ Ali 
Məhkəməsi və Özbəkistan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən yüksək 
qiymətləndirilmişdir. Otuzuncu illərin  əvvəllərində atam Orta Asiya hərbi Dairəsi üzrə  hərbi 
Tribunalın sədri təyin edilmiş və o, ilk ədliyyə general-mayoru rütbəsi alanlardan biri olmuşdur. 
Atam hər vaxt öyrənər, özünün ümumi və hüquqi bilik səviyyəsini artırmağa çalışardı. O, 
xüsusi Ali Hüquq İnstitutunu bitirmişdi. Orta Asiyada vəziyyət mürəkkəb olduğundan onun, işi 
həmişə çox olardı. Atam həyatın bütün ağır sınaqlarını - aclığı, soyuğu, ağır xəstəlikləri, vaxtsız 
ölən oğul itkisini görmüşdü. Türküstan atıcı diviziyasında o, basmaçılara qarşı vuruşmuş, Sovet 
döyüşçülərinin tərkibində  İranda olmuş, Böyük Vətən müharibəsi illərində  cəbhələrdə 
vuruşmuşdu. 
Dövlət sərhədlərinin qorunmasında və Sovet İttifaqının müdafiə qüdrətinin 
güclənməsindəki xidmətlərinə görə atam dəfələrlə Özbəkistan SSR Ali Soveti Rəyasət Heyətinin 
fəxri fərmanları ilə  təltif olunmuşdu. O, həm də Lenin ordeninə, iki Qırmızı Bayraq ordeninə, 
Böyük Vətən müharibəsi ordeninə, bir sıra medallara və Sovet İttifaqı Kommunist Partiyasının 
təsis etdiyi veteranlara məxsus qızıl döş nişanına layiq görülmüşdür. 
İyirminci illərdə Moskvada oxuyanda, Ukrayna və Orta Asiyada hərbi xidmətdə olanda 
atam bir sıra görkəmli inqilab xadimlərini,  İttifaq fövqəladə komitəsinin və  hərbi tribunalların 
təşkilatçılarını yaxından tanımışdı. Biz uşaqlar və sonralar isə nəvələri üçün onun Q.İ.Kotovski, 
A.V.Lunaçarski, M.İ.Kalinin,  İ.Y.Petrov haqqında söhbətlərinə qulaq asmaq çox maraqlı idi. 
Vladimir İliç Lenin haqqında xatirələri isə onun üçün hər şeydən əziz və maraqlı idi. Atam çox 
sadə geyinər, ancaq ən vacib əşyaları saxlar, bərbəzəkli əşyaları isə meşşanlıq sayardı. Uşaqların 
tərbiyəsində ciddi və  tələbkar idi. Körpələri də öz həyat tərzinə uyğun  - özünün uşaqlığında 
olduğu kimi tərbiyə edirdi. 


 
103
1919-cu ildən sonra atam bir dəfə də olsun öz Vətəni Azərbaycanda olmamışdı. 1956-cı 
ildə o, hərbi xidmətdən istefaya çıxdı. Daşkənddən Moskvaya köçdü və burada hərbi 
vətənpərvərlik işində fəal çalışdı. 
Ömrünün son illərində tez-tez Vətəni Azərbaycanı xatırlar, ata-anasından, ağır uşaqlıq 
illərindən qəmli əhvalatlar söylərdi. Durub-oturub xəstəlikdən şikayət edərdi. Azərbaycana gedə 
bilməməyinin səbəbi də xəstəliyi idi. Vaxtilə keçdiyi nəmli səngərlər, yuxusuz narahat gecələr 
atamın sağlamlığını əlindən almışdı. 
Ağır xəstəlikdən sonra atam Əjdər Xaspoladov 1986-cı ildə  vəfat etdi və Kuntsevo 
qəbiristanlığında dəfn edildi. 
Atamla işləyən hər bir şəxs onu həddən ziyadə  təmiz, düzgün və  sərt, amma ədalətli 
xasiyyətə malik bir adam kimi xatırlayır. İndi onun işi bir sıra hərbi hüquqşünaslara nümunədir. 
Özünün səksən beş illik ömründə atam iki dəfə evlənmişdi.  İkinci dəfə o, həyat yoldaşının 
vəfatından sonra 1956-cı ildə evlənmişdi. Onun üç övladı - bir oğlu, iki qızı olmuşdur. Oğlu 
1941-ci ildə ağır xəstəlikdən vəfat etmişdir. 
Qızı və qadını Moskvada yaşayır. Üç nəvəsi var. Onların ikisi oğlan, biri isə qızdır. 
İndiyədək demək olar ki, adı heç kəsə  bəlli olmayan, haqqında tədqiqat aparılmayan 
xalqımızın bir general oğlu da sərkərdələrimizin sırasına qayıtdı. Onun haqqında qısa da olsa 
oxuculara məlumat verdik. Əlbəttə, bununla da ilk ədliyyə generalımız Əjdər Xaspoladov barədə 
tədqiqatı dayandırmayacağıq. Moskvaya və Orta Asiya respublikalarına yolumuz düşəndə onun 
ailəsi ilə yaxından görüşəcəyik. Vaxtilə Böyük Vətən müharibəsi illərində birgə vuruşduğu, 
işlədiyi dostlarını axtarıb tapacağıq, oxuculara daha ətraflı məlumat verəcəyik. 
İnanırıq ki, bundan sonra Azərbaycan tarixində və Azərbaycan Sovet Ensiklopediyasının 
sonrakı nəşrində general-mayor Əjdər Xaspoladovun həyat və fəaliyyəti işıqlandırılacaq. 
  
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin