komparativ adyektiv frazeoloji birləşmələr - as merry as cupand can- ən yaxın dost kimi şən;
as round as a barrel- çəllək kimi gombul (adam haqqında);
adverbial və sözönlü (prepozitiv) frazeoloji birləşmələr - before one could say knife- dərhal, tez ~ gözünü qırpmağa çatmadı;
life a fish on a hot pan- tavada balıq kimi ~ iynə
üstə;
like a basketof chips - çox gözəl, çox xoş;
feili frazeoloji birləşmələr - to boil the pot - qazanmaq;
to lick the trencher- yaltaq və ya müftəxor olmaq;
kommunikativ (paremioloji) frazeoloji birləşmələr - every tubmust stand on its own bottom- hər kəs öz kökünə arxalanmalıdır ~ Allahdan bərəkət, səndən hərəkət.
Frazeoloji birləşmələr arasında aşağıdakı əlaqələr
38
işlənilir: frazeoloji variativlik, məsələn:
to keep the pot boiling (və yaxud: to keep the pot on the boil) - qazanı isti saxlamaq; fürsəti əldən verməmək;
sinonimlik: such a cup, such a cruse; such pot, such potlid - qazan necədi, qapağı da elədi - su axar, çuxurunu tapar;
antonimlik -to see the glass half empty situasiyada daha çox mənfi tərəfləri görmək; to see the glass half full - situasiyada daha çox müsbət tərəfləri görmək.
Qeyd etmək lazımdır ki, Azərbaycan dilində, ingilis dilindən fərqli olaraq, qab-qacaq rutinizmləri frazeoloji və paremioloji birləşmələr tərkibində bir o qədər işlək- liyə malik deyil, məsələn:
Nə tökərsən aşına, çıxar qaşığına.
Sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Yuyulmamış qaşıq kimi ortaya girmə.
Boş vedrə kimi danqıldamaq.
Azərbaycan dilində tərkibində qab-qacaq rutinizmləri olan frazeoloji vahidlərin nisbətən az olması bir tərəfdən dildaxili faktorlarla bağlıdır (bu leksik-semantik qrupun inkişafı), digər tərəfdən isə ekstralinqvistik faktorlarla bağlıdır (milli - mədəni dəyərlər).
Qeyd olunmalıdır ki, hər iki tədqiq olunan dillərdə qab-qacaq taksonomik qrupun əhəmiyyətli tərkib hissəsini həmçinin mətbəx avadanlığı təşkil edir.
Bu münasibətlə bir məqama diqqət yetirməliyik. Əgər əvvəllər hər iki xalqın mətbəəsində avadanlıq kimi
39
istifadə edilən əşyaların sayı məhdud idisə, məsələn: ingilis dilində kiln, stove, Azərbaycan dilində: ocaq, soba və sair, hal-hazırkı dövrdə elmi-texniki tərəqqi, xalqların qarşılıqlı iqtisadi münasibətləri bu avadanlıqların sayca artmasına və keyfiyyətcə yüksəlməsinə gətirib çıxarmışdır. İndi qaz plitəsiz, soyuducusuz heç bir mətbəxi təsəvvür etmək olmaz. Beləliklə, həm ingilis, həm də Azərbaycan dillərində mətbəx avadanlığı (kitchen utensils) taksonomik qrupunu nəzərdən keçirək.