Məntiq - hicabı təbliğ etməyin ən yaxşı yolu
Hicabı təbliğ etməyin ən yaxşı yolu məntiqdir. Əlbəttə, dövlətin qanunu pozanlara qarşı tədbir görməsi üçün bir qanun ola bilər və şübhəsiz ki, tədbir görər. Eyni zamanda, köklü şəkildə lazım olan və hamısından çox əhəmiyyət kəsb edən budur ki, siz bu gənc qızı, yaxud gənc xanımı hicabın əhəmiyyəti ilə tanış edəsiniz. Yəni ona başa salın ki, hicab həm şəriət baxımından, həm də məntiqi baxımdan yaxşıdır. Hicaba riayət etməyin düzgün səbəbini onun zehnində möhkəmləndirin. Ümidvarıq vəziyyət inşallah günbəgün yaxşılaşacaq. Əlbəttə, buna mənfi təsir göstərən amillərdən biri də Qərb adamının həyat tərzini nümayiş etdirən bəzi filmlərdir. Bunlar xalqın hicab məsələsinə dair inancına mənfi təsir göstərir. Odur ki, bu filmlərin yayımının dayandırılmasına dair tövsiyələr də verilməlidir.
Tələbə nəşriyyələrinin baş redaktorları və məsul şəxsləri ilə sual-cavab toplantısındakı söhbətlərdən: 1999.
Hicab - qadınların ictimai fəaliyyət geyimi
Bu gün özünü insan hüquqlarının müdafiəçisi sayan sivil dünyada müsəlman tələbə qızların həmişə problemlə üzləşdiyini və təhsildən məhrum olduğunu görürük. Həmçinin işləyən müsəlman qadınlar hicablarına görə işlərindən məhrum olurlar. Onlar hicaba qarşı belə kəskin mübarizə aparır və həmişə deyirlər ki, hicab maneə yaradır, çətinlik törədir, müxtəlif ictimai işlərdə hicabla çalışmaq mümkün deyil. Halbuki biz hər halda tələbə qızlarıq, müxtəlif yerlərdə - dərsdə, işdə çalışırıq və bunun bizim üçün problem yaratdığını görmürük. Biz ümumiyyətlə hicabı qadınların ictimai fəaliyyət geyimi bilirik. Əgər bu olmasa, cəmiyyətdə bizə problem yaranar, lakin hicabın heç zaman bizim üçün çətinlik və problem yaratdığını hiss etməmişik. Biz hicabla özümüzü olduqca çox rahat hiss edirik.
Böyük Rəhbərinin həzrət Fatimeyi-Zəhranın (ə) doğum günü münasibətilə qadınlarla xüsusi görüşündəki söhbətlərdən: 1998.
Dostları ilə paylaş: |