Statistikan prrdmeti ve onun əsəs xüsusiyyetləri
1 Statistikanın əsas ankayışlar
1 Statistika tədqiqatının mərhələləri
1 Statistika müşahidesi haqqınada anlayış və onun təşkili qaydası
1 Kəmiyyət əlamətinə görə qruplaşdırmanın apatılma qaydası
1 Statustika müşahidəsinin növləri
1 Statistika müşahidəsinin xətası
1 Statistik qruplaşdırma və onun növləri
Dəyişənin növləri
Dəyişən əşyaların və şəxslərin xarakteristikasıdır.Dəyişənə misal olaraq ixtisasınızı, cibinizdəki pulu və səhər tezdən dərsə çatmaq üçün sərf etdiyiniz vaxtı göstərmək olar.Tanıdığınız hər hansı şəxs digər fakültədə oxuya bilər, cibindəki pul da sizinkindən fərqli ola bilər və şübhəsiz dərsə vaxtında gəlib çatmaq üçün sizdən fərqli vaxta ehtiyacı var. Burada
əsas məsələ dəyişən (məsələn fakültə) və onun qiymətini (məsələn iqtisadiyyat fakültəsi) fərqləndirməkdir.Məlumat dəyişənin qiymətidir. Sorğu anketindəki suallar dəyişən, onların cavabları isə dəyişənin qiymətidir. Bu cavabların bəziləri ədəd, bəziləri isə kateqoriyalardır. Buna görə də dəyişənləri kateqorik və ədədi dəyişənlərə ayırırlar.
1 Statustika müşahidəsinin üsulları
Ehtimal nəzəriyyəsinin əsas mövzusu kütləvi şəkildə baş verən təsadüfi halların (təsadüfi hadisələrin) qanunauygunluqlarını öyrənməkdir.
Ehtimal nəzəriyyəsinin əsas anlayışlarından biri təsadüfü hadisə anlayışıdır.Təsadüfü hadisə- bir sıra kompleks şərtlər ödəndikdə baş verən və verməyən istənilə faktdır( hadisələrdir). Təsadüfü hadisələr latın hərfləri: A,B,C, .. hərfləri ilə təsvir olunur. Müəyyən kompleks şərtlər daxilində təsadüfi A hadisənin baş verib-verməməsini yoxlamaq üçün aparılan müşahidələr və ya təcrübələr sınaqlar adlanır. Metal pulun döşəmə üzərinə atılması, müəyyən hədəfə atəş açılması, hər hansı fiziki kəmiyyətin ölçülməsi, nərd oyunu zərinin taxta üzərinə atılması və s. sınağa misaldır.
Tutaq ki, , təkrarən aparıla bilən ( əlbəttə, eyni şərtlər daxilində ) sınaqdır. sınağının hər bir icrası zamanı alınan nəticəyə hadisə deyilir.Məsələn, sınağı tam düzgün formada olan bir zəri çox hamar səthi olan taxta üzərinə atmaqdan ibarət olduqda hadisə olaraq, zərin 6 xalı olan üzünün yuxarı düşməsini, zərin cüt sayda xalı olan üzünün yuxarı düşməsini, zərin tək xalı olan üzünün yuxarı düşməsini və s. götürmək olar.
Məsələn. 1.Atıcı 4 hissəyə bölünmüş hədəfə atəş açır.Bu zaman atəş sınaqdır, hədəfin müəyyən hissəsinə düşmək isə hadisədir.
2. Qutuda rəngli şarlar vardır.Qutudan təsadüfü qaydada hər hansı şar çıxarılır.Şarın çıxarılması sınaq, şarın müəyyən rəngə malik olması isə hadisədir.
Bu hadisələrin eləsi var ki, şərtləri daxilində hökmən baş verir, belə təsadüfi hadisəyə yəqin hadisə deyilir. Əksinə, hökmən baş vermirsə buna mümkün olmayan hadisə, həm baş verə həm də baş verməyə bilərsə, onda belə hadisələrə təsadüfi hadisələr deyilir.
Təsadüfi hadisə dedikdə, sınaqların nəticəsi kimi başa düşülməsi qəbul edilib. Şərtlər dəyişdikdə nəinki təsadüfi hadisə başqa təsadüfü hadisə ola bilir, hətta təsadüfü olmayan hadisəyə çevrilə bilir. Hər dəfə şərtləri göstərilməsə də təsadüfü hadisəsi həmin şərtlər əsasında baş verdiyi başa düşülür