Humanitar fənər


Həmsöhbətə şərtsiz hörmət



Yüklə 1,13 Mb.
səhifə33/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   ...   29   30   31   32   33   34   35   36   ...   109
Humanitar f n r

Həmsöhbətə şərtsiz hörmət. Söhbət zamanı həmsöhbətə hörmət göstərilməlidir. Şəxsi mövzulara (fiziki qüsurlar, həmsöhbətin vəstəliyi və s.) toxunmamağa çalışmaq lazımdır. Həmsöhbətə böhtan ittihamlı hücumlar, düşmən ifadələr işlətmək yolverilməzdir.
Natiqə danışmaq hüququ vermək, dinləmə bacarığı. Həmsöhbətlə mübahisə etmək, hədələyici bir tonda danışmaq, danışmaq imkanını əlindən almaq, dinləməyinə imkan verməmək yolverilməzdir.
Həmsöhbətə diqqət. Söhbət zamanı həmsöhbətə imkan yaratmaq lazımdır ki, dinlədiyini başa düşsün. Diqqətsizlik təkəbbür və təmkinsizlik kimi qiymətləndirilə bilər.
Telefon rabitəsində müəyyən tələblər. Telefon danışıqlarında aşağıdakı qeyri-şifahi siqnallara diqqətlə yanaşmaq lazımdır:

  • fasilə və müddət;

  • sükut;

  • səs-küy fonunun güclənməsi və ya azalması;

  • həvəs və ya razılığı ifadə edən intonasiya.

Bundan başqa, bir insanın telefonu nə qədər tez alması (zəngdən sonra) çox şey deməkdir. Belə ki, bu onun nə qədər məşğul olduğunu, cihazın ona nə qədər yaxın olduğunu və zəng almağa nə dərəcədə maraqlı olduğunu qiymətləndirməyə imkan verir. Ən optimal cavab 2-ci və 3-cü çağırış arasındakı fasilədir. Bu, imkan verir ki, qarşıdakı söhbətə uyğunlaşmağa, zəng edən şəxsin düşüncələrini toplamağa imkan yaransın.Uzun müddət telefonu götürmürlərsə (4 zəngdən sonra) bu zəng edənə onunla maraqlanmadığını düşünməyə əsas verir. Heç vaxt ağızda nəyisə çeynəməklə və nəyisə içməklə telefonla danışmaq olmaz. Söhbət zamanı asqırarkən və ya öskürərkən qulaq eşitməməsi üçün telefonu örtməyə çalışmaq lazımdır. Həmsöhbətin hər şeyi eşitdiyini hiss edirsənsə, “bağışla” deməlisən.Telefon danışıqlarını nəzakətlə bitirmək lazımdır. Ən çətin şey ya həddindən artıq çox danışan və ya daima işə birbaşa əlaqəsi olmayan detallarla diqqət çəkən insanlarla söhbətə son qoymaqdır. Ancaq, bu anda həmsöhbətə onu çox dinləməkdən bezdiyini söyləmək olmaz. Ya da onun dediklərinin məsələnin mahiyyətindən çox uzaq olduğunu söyləmə etik qaydadan uzaqdır. Ona görə də söhbətə son qoymaq üçün zəriflik göstərmək lazımdır və aşağıdakıları həmsöhbətə söyləmək daha düzgündür:

  • Səni kəsmək istəmirəm, amma çıxmalıyam, yada görüşə gecikməkdən qorxuram.

  • Üzr istəyirəm, başqa bir görüşün vaxtı gəldi, getməliyəm.

  • Səninlə danışmaq çox xoşdur, amma indi daha bir yerə zəng etməliyəm. Daha sonra sizə zəng edə bilərəmmi?

  • Hazırda məşğulam, sizə zəng edə bilərəmmi?

  • Səni eşitməkdən çox məmnun idim, amma indi ayrılmalıyam.

İş etikası insanlarla qarşılıqlı əlaqənin ümumi mədəni qaydaları ilə müəyyən edilir. İnsanlarla düzgün davranmaq bacarığı, rəsmi və ya sahibkarlıq fəaliyyətində müvəffəqiyyət qazanma şansını təyin edən ən vacib amillərdən biridir. Ümumi bir tələb odur ki, şəxsi bəyənmə və bəyənməməyimizdən asılı olmayaraq, bütün həmkarlarla, tərəfdaşlarla mehriban və faydalı münasibətdə olmalıyıq.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin