Humanitar fənər



Yüklə 1,13 Mb.
səhifə36/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   ...   32   33   34   35   36   37   38   39   ...   109
Humanitar f n r

Tapşırıq. Müsahibə işə qəbul prosesinin ən önəmli mərhələlərindən biridir. Bu mərhələdə buraxılan kiçik bir səhv iş üçün müraciətinizin uğursuz nəticələnməsinə səbəb ola bilər. İşgüzar müsahibədə ən çox qarşınıza çixa biləcək suallara və cavab vermə texnikasına diqqət edin. Öz aranızda bu mövzuda dialoqlar qurun.
MÜSAHİBƏ
Sual: Özünüzü təqdim edin.
Müsahibə normalda bu suallarla başlayır və ilk cavabın təsiri müsahibənin gedişatına təsir göstərir. Sadə sual kimi görsənir, lakin bir çoxları “nə deyim, heç bilmirəm” deyir. Suala qısa, 2-3 dəqiqəlik özünüz barədə məlumat verin.
Sual: Nəyə görə sizi seçməliyik?
Müsahibə götürən şəxs Sizə “Nəyə görə sizi seçməliyik?” sualını verəndə əslində “Sizin hansı xüsusiyyətləriniz sizi bu işə ən uyğun namizəd edir?” deyə soruşur.
Bu suala cavab vermək üçün siz:

  • Müsahibədən əvvəl bu işin təsviri ilə tanış olursunuz;

  • İşə götürənin hansı xüsusiyyətləri axtardığını müəyyənləşdirirsiniz;

  • Bu xüsusiyyətləri sizin bacarıq və səriştələrlə qarşılaşdırırsınız;

  • Sizdə bu xüsusiyyətlərin olduğunu qeyd edib inandırırsınız.

Sual: Niyə görə bu yerdə işləmək istəyirsiniz?
Bu sualı verən İnsan resusları- “HR” sizin bu şirkətdə işləmək istəməyinizin əsl səbəblərini və şirkət barədə nə qədər bilikli olduğunuzu öyrənmək istəyir. Bununla bir yerdə burada sizin nə qazanacağınızdan daha çox şirkətin nə qazanacağını qeyd etmək lazımdır. Məsələn: “mən sizin şirkətin ana dəyərləri və fəlsəfəsi ilə tanış oldum. “Düzgünlük və Ədalət” mənim üçün də sadəcə söz yığını deyil və buna görə də mən seçimimi sizdə edirəm. İR eşitmək istəyir ki, namizəd bu şirkətdə sadəcə ümumi iş axtardığına görə işləmək istəməsin.
Sual: İş yerinizi nəyə görə dəyişirsiniz?
Bu sualı verən müsahibəçinin əsas məqsədi sizin işinizdən ayrılma səbəblərini öyrənərək, sizin işçi kimi rəsminizi cızmaq, üstünlüklərinizi anlamaq və gələcəkdə sizi işə götürdüyü təqdirdə sizdən nə gözləmək olacağını bilməkdir.
Qızıl qayda:  Heç vaxt və heç bir halda bu suala cavab verərkən keçmiş və ya indiki rəhbərliyi və ya iş yoldaşlarınızı pisləməyin.
Ümumi qayda odur ki, siz hər zaman daha yaxşı imkanlar əldə etmək üçün can atırsınız, misal üçün, siz deyirsiniz ki, “mən əslində öz işimdən razıyam və dəyişməyi düşünmürdüm, sadəcə, sizin təklif etdiyiniz iş mənim çoxdankı arzumdur deyə mən işimi dəyişmək barəsində düşünməyə başladım”.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin