Humanitar fənər


Nümunə: Spontan və ya ekspromt nitq



Yüklə 1,13 Mb.
səhifə39/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   ...   35   36   37   38   39   40   41   42   ...   109
Humanitar f n r

Nümunə:
Spontan və ya ekspromt nitq. Şifahi monoloji nitqin bir forması da spontan, yəni xüsusi hazırlıq olmadan, bədahətən söylənilən nitqdir. Danışıqda improvizasiya kimi xatırlanan belə tez, sürətli, qabaqcadan düşünülməmiş nitqə ekspromt da deyilir. Ekspromt nitq əvvəlcədən planlaşdırılmadığından çoxları üçün çətindir. Ani vaxt ərzində, elə danışıq məqamında öz fikrini cəmləşdirib nədən və necə danışacağını, öz mülahizə və fikirlərini hansı tərzdə çatdıracağını hər adam bacarmır. Spontan nitqdə danışanın həyat təcrübəsi, dünyagörüşü, zəngin müşahidələri, müəyyən hadisə və məsələlərə bələdliyi böyük rol oynayır. Belə şəxs istənilən şəraitdə öz fikrini toplamağı, ona münasib söz, ifadə tapmağı, nitqini düzgün və dəqiq cümlələrlə çatdırmağı bacarır.

Mövzu 9



  1. Lahiyə fəaliyyətinin logistik dəstəklənməsi.

  2. Layihə hazırlığı və onun təqdimatı. Layihənin təqdimatında tələb olunan elementlər.

  3. Kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər.



Layihə fəaliyyətlərinin loqistik dəstəyi şifahi xalq nitqinin bacarıqlarından və müvafiq texniki vasitələrdən istifadə etməklə məlumatları ciddi ardıcıllıqla təqdim etmə qabiliyyəti kimi qiymətləndirilməlidir.
Logistika məhsulun, əmtəənin, servizin müştərinin təlabatını ödəmək üçün hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesinə deyilir. Logistika anlayışına nəqliyyat, xidmət, anbar, materialların komplektləşdirilməsi və hərəkət xəttinin təhlükəsizliyi haqqında informasiyalar da daxildir. Logistika əmtəənin sıradan çıxdıqda məhv edilməsi məsələləri ilə də məşğul olur.
Qədim yunan dilində logos “idrak”, log “təfəkkür”, logismas “fikir hesablama planı”, loqo “müzakirə etmək”, logistika “hesablamaların praktik aparılma mədəniyyəti” kimi mənalarını bildirir. Antik dövrdə logistika ərzaqları, təchizatları nəqletmə və yerdəyişmə mənasını daşıyırdı. Qədim Romada loqistiklər legionerlərin yemək və yatacaq yerlərinin təşkili ilə məşğul olurdular. Qədim Yunanıstanda Afinanın maliyyə işlərini aparan dövlət qulluqçularının idarələri logisteriya adlanırdı.
Logistikanın ümumi vəzifələri: logistikanın qarşısında duran məqsədlərə çatmaq üçün hansı işlərin, hansı ardıcıllıqla, nə vaxt və harada icra edilməsi nəzərdə tutulur. Hər hansı bir təsərrüfat subyekti material axınlarının idarə edilməsi sahəsində özünün ümumi və xüsusi xarakterik logistik vəzifələrinin müəyyənləşdirilməsidir ki, onlar da aşağıdakılardan ibarətdir: Logistik konseptual ideya mövcud şəraitdə ən az mümkün xərclərlə firmanın bazarda baş verən dəyişikliklərə uyğunlaşmasıdır ki, bazar payının artırılması və rəqiblər üzərində iqtisadi üstünlüklərə nail olmaqdan ibarətdir.
Logistikanın xüsusi vəzifəsi:

  1. Material, informasiya, maliyyə, kadr və sair axınların arasında uyğunluğun təmin edilməsi;

  2. Material axınlarının dispetçerləşdirilməsi və onun fasiləsiz informasiyalarla təmini;

  3. Məhsulun fiziki bölüşdürülməsi, strategiyası və texnologiyasının müəyyənləşdirilməsi;

  4. İstehsal – anbarlaşdırma – nəqliyyat – satış arasında rasional nisbətin yaradılması;

  5. İstehsal ehtiyatlarının idarə edilməsi prosesinin optimallaşdırılması;

  6. Yüklərin saxlanması və nəqli müddətinin maksimum azaldılmasına nail olunması.

Logistika aşağıdakı yarımbölmələrə bölünür:

  • Hərbi logistika

  • Biznes logistikası

  • Tədarük logistikası

  • Paylama logistikası

  • Satış logistikası

  • Nəqliyyat logistikası

  • Ehtiyat logistikası

  • Anbar logistikası


  • Yüklə 1,13 Mb.

    Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin