Humanitar fənər


Yazılı işgüzar ünsiyyətdə reklam



Yüklə 1,13 Mb.
səhifə91/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   ...   87   88   89   90   91   92   93   94   ...   109
Humanitar f n r

Yazılı işgüzar ünsiyyətdə reklam. Reklam- insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsidir. Reklam qəzet, websaytlar, radio, bilbord və s. kimi vasitələrlə ötürülə bilər. Bir qayda olaraq reklam məhsulun və ya xidmətin adı və bu məhsul və ya xidmətin alıcıya necə faydalı olacağı barədə məlumatları özündə saxlayır. Reklam bir çox hallarda potensial alıcıları hər hansı bir markanın məhsul və ya xidmətlərindən istifadə etməyə inandırmağa cəhd göstərir. Müasir reklam kütləvi istehsalın artdığı 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində inkişaf etmişdir.
Ticarət məqsədli reklamverənlər öz məhsul və ya xidmətlərinin istehlakını məhsulun təsvirini və ya adını özündə ehtiva etməklə istehlakçının yaddaşında məhsulun müvafiq xüsusiyyətləri ilə brend arasında əlaqə yaratmağa yönəldilmiş brendləşdirmə yolu ilə artırmağa çalışırlar. Reklam məlumatları ənənəvi qəzet, jurnal, radio, televiziya, bilbord kimi vasitələr də daxil olmaqla bir çox müxtəlif informasiya vasitələri ilə çatdırıla bilər. Reklam şirkət və ya təşkilat adından reklam agentliyi tərəfindən də yerləşdirilə bilər. Reklama vəsait xərcləyən müxtəlif təşkilatlar yalnız istehlakçılar üçün nəzərdə tutulan mal və ya xidmətləri deyil həm də siyasi partiyaları, dini təşkilatları və dövlət agentliklərini də təbliğ edə bilərlər.
Reklam xərcləri son illərdə artmaqdadır. 2007-ci ildə reklam xərcləri ABŞ-da 150 milyon dünya miqyasında isə 385 milyon dollar olaraq hesablanmışdır və sonuncunun 2010-cu ildə 450 milyonu aşacağı gözlənilir. Hazırda bir çox insanlar daha ucuz, lakin eyni zamanda daha effektli reklam metodları axtarmaqdadır.
Qədim Misirdə papiruslardan satışla bağlı məlumatlar və divar afişaları hazırlamaq üçün istifadə edirdilər. Kommersiya və siyasi təşviqat xarakterli məlumatlara qədim Pompey şəhərinin dağıntıları arasında rast gəlinmişdir. Günümüzədək Asiya, Afrika və Cənubi Amerikanın bir çox hissələrində rast gəlinən divar və qaya üzərindəki ticari reklam xarakterli rəsmlər qədim reklam formalarının başqa bir ifadə formasıdır. Divar rəngləmə ənənəsinin tarixi isə eradan 4000 il əvvəl Hindistanda daş rəngləmə sənətinə dayandığı güman edilir. Tarixi mənbələrə əsasən bilbordlar ən qədim reklam formalarından olmuşdur. Orta əsrlərdə şəhərlərin böyüməyə başlaması ilə əhalinin böyük bir hissəsi oxuma bilmədiyindən insanlar öz ticarətləriylə əlaqəli bugün çəkməçi, dəyirmançı, dərzi və dəmirçini təmsil edə biləcək ayaqqabı, kostyum, papaq, saat, brilliant, nal, şam və hətta un torbası kimi simvollardan istifadə edirdilər. Meyvə və tərəvəz adətən şəhər meydanlarında arabaların arxasında və ya furqonlarda satılırdı və satıcılar alıcıların rahatlığı üçün onların harda olduqlarını elan edən küçə carçılarından istifadə edirdilər.
Təhsilin aşkar bir ehtiyaca çevrilməsi oxuma və çapın da inkişafı ilə reklam yazılı formada genişlənməyə başladı. 17-ci əsrdə İngiltərədə həftəlik qəzetlərdə artıq reklama rast gəlinirdi. İlk çap reklamı nümunələri əsasən çap maşınındakı irəliləyişlərlə əlaqəli inkişafına zəmin yaranan kitab və qəzetlərə və xəstəlik Avropanı talan etdikdən sonra axtarılan dərmanlara həsr olunmuşdu. Bununla bele reklam məzmununun tənzimlənməsi ehtiyacını yaradan saxta reklamlar problemə çevrilmişdi.
19-cu əsrdə iqtisadiyyatın inkişafı ilə yanaşı reklam da inkişaf edirdi. ABŞ-da bu məzmunda reklamın uğuru nəticədə poçtla sifariş reklamının inkişafına gətirib çıxardı.
1836-cı ilin iyununda Fransanın La Presse qəzeti öz səhifələrində pullu reklama yer ayıran ilk qəzet olaraq xərclərini aşağı salaraq oxucu sayını və mənfəətliyini yuxarı qaldırdı.
20-ci illərin əvvəllərində radio avadanlıqları istehsalçıları və daha çox radio satmaq üçün istehlakçılara proqramlar təklif edən pərakəndə satıcılar tərəfindən ilk radio stansiyalar quruldu. Vaxt keçdikcə bir çox qeyri-kommersiya təşkilatları öz radio stansiyalarını açdılar. Sponsorlaşdırma təcrübəsi populyarlaşdırıldıqdan sonra hər bir radio proqramı proqramın əvvəlində və sonunda adı çəkilməklə müxtəlif şirkətlər tərəfindən sponsorlaşdırılmağa başlanıldı. Bununla belə, radio stansiyası sahibləri tezliklə hər proqram üçün bir sponsor yerinə radio verilişlərində sponsorluq hüquqlarının çoxsaylı şirkətlərə kiçik vaxt ayırmaqla satılması ilə daha çox pul qazanmağın mümkün olduğunu başa düşdülər.
50-ci illərin əvvəllərində DuMont Televiziya Şəbəkəsi müasir bir ənənə olan reklam vaxtını bir neçə sponsora satmaq üsulunu başlatdı. Daha əvvəllər DuMont proqramlar üçün sponsor tapmaqda çətinlik çəkirdi lakin kiçik vaxt kəsiklərini müxtəlif sponsorlara ayırmaqla o öz vəziyyətini yaxşılaşdırdı. Nəticə olaraq bu ABŞ-da kommersiya məqsədli televiziya sənayesində ümumi təcrübəyə çevrildi. Bununla belə The United States Steel Hour kimi tək sponsoru olan proqramlar da hələ də qalmaqdadır. Bəzi hallarda sponsorlar proqram üzərində böyük nəzarətə sahib olurlar və bu hətta onun məzmununun hazırlanmasına qədər gələ bilir.
60-cı illərdə yaradıcılığa daha çox imkan verməklə istehlakçıya daha cazib gələ biləcək gözlənilməz ismarıcların istifadə olunduğu müasir reklam yanaşması ortaya çıxdı. Volkswagenin reklam kampaniyasında istifadə olunan "Kiçik Düşünün" və "Limon"(maşının görünüşünü təsvir etmək üçün istifadə olunmuşdu) kimi başlıqlar oxucu və ya izləyən şəxsin yaddaşında hər hansı bir xüsusi ideyanı brendlə əlaqələndirmək üçün nəzərdə tutulan "nəzər nöqtəsi" və "unikal satış mühakiməsi"ni irəli çəkməklə yeni reklam erası tarixinə daxil oldu. ABŞ reklam tarixində bu dövr Yaradıcı İnqilab adlanır və digərləri arasında inqilabi sayılan Volkswagen reklam kampaniyasının yaradılmasına kömək edən William Bernbach bu dövrün nümunələrindən idi. Ən yaradıcı və qalıcı amerika reklamlarının bir çoxu məhz bu dövrə aiddir.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin