“Informasiya İqtisadiyyatı”



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə41/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   37   38   39   40   41   42   43   44   ...   76
document hrclubaz 217

 
Mövzunun izahı 
 
Ümumi  kreativ  rifah  cəmiyyətin  sosial-iqtisadi  inkişaf 
səviyyəsini xarakterizə edir və fərdlərin ali (yaradıcı) fəaliyyətinin 
məcmu həcmi ilə ölçülür. Ümumi kreativ rifah W ilə ifadə olunur. 
Ümumi rifahın amilləri əhalinin təhsil səviyyəsi, sağlamlıq səviy-
yəsi  və  məcmu  gəliridir.  Əhalinin  sayı  burada  dəyişməz  qəbul 
edilir. 
Təhsil  səviyyəsi  cəmiyyət  üzvlərinin  ali  fəaliyyətlə  məşğul 
olmaq qabiliyyətinin reallaşmış hissəsinin inteqral qiymətidir. Bu 
anlayış  fərdin  irsən  aldığı  qabiliyyətini,  onun  tərbiyəsini,  mədə-
niyyətini, formal təhsilini, peşə təcrübəsini və s. əhatə edir. Təhsil 
səviyyəsi  ümumi  kreativ  rifahın  intensivliyini  və  ya  «enini»  xa-
rakterizə  edir.  Bu  göstərici  cəmiyyət  üzvlərinin  qısamüddətli 
dövrdə ali fəaliyyətinin məcmu həcmi ilə ölçülür. Ona görə təhsil 
səviyyəsi  ümumi  kreativ  rifahın  sabit  xarakteristikasıdır.  Təhsil 
səviyyəsi E ilə ifadə olunur. 
Əməli  hesablamalarda  təhsil  səviyyəsinin  təqribi  qiymət-
lərindən istifadə olunur. Bu qiymətlər rəsmi statistika məlumatları 
əsasında əldə edilə bilər, məsələn: 
 
əhalinin ümumi sayında ali təhsilli işçilərin xüsusi çəkisi; 
 
işçilərin tədrisinin orta müddəti; 


 
63 
 
əhalinin  hər  min  nəfərinə  düşən  ali  məktəb  məzunlarının 
sayı və s. 
Sağlamlıq  səviyyəsi  fərdin  yaradıcılıq  qabiliyyətinin 
reallaşmasına  mane  olan  psixi-fizioloji  mənşəli  mənfi  amillərin 
inteqral  qiymətidir.  Əhalinin  sağlamlıq  səviyyəsi  göstəricisinin 
inteqral  qiyməti  kimi  adətən  doğum  məqamındakı  orta  ömür 
müddəti  götürülür.  Sağlamlıq  səviyyəsi  ümumi  kreativ  rifahın 
ekstensivliyini  və  ya  «uzunluğunu»  xarakterizə  edir.  O,  ümumi 
kreativ  rifahın  dinamik  xarakteristikasını  göstərir.  Sağlamlıq 
səviyyəsi H ilə ifadə olunur.  
Məcmu  gəlir  təhsil  səviyyəsinə  və  sağlamlıq  səviyyəsinə 
təsir  göstərən  kənar  şərtlərin  inteqral  qiymətidir.  Ehtimal  olunur 
ki,  yetərli  miqdarda  pul  vəsaiti  olduqda  fərdin  kənar  mühitinin 
əsas parametrləri dəyişə bilər. Məcmu gəlir təhsil səviyyəsinə və 
sağlamlıq  səviyyəsinə  təsir  göstərərək,  ümumi  kreativ  rifahın 
həcminə də dolayı təsir göstərir. Bu zaman ümumi kreativ rifahın 
kəmiyyəti  məcmu  gəlirin  təhsil  və  səhiyyə  sahələri  arasında 
bölüşdürülməsi üsulundan asılıdır. Beləliklə, məcmu gəlir ümumi 
kreativ  rifahın  başlıca  amili  kimi  deyil,  ikinci  səviyyəli  amili  və 
ya yardımçı amili kimi nəzərdən keçirilir. 
Ümumi  kreativ  rifahın  ölçülməsi  metodu  Cevons-Şumpe-
terin  kapitalın  həndəsi  interpretasiyası  üsuluna  əsaslanır.  Kapi-
talın intensivliyi dedikdə dəzgahların sayı, kapitalın ekstensivliyi 
dedikdə isə onların xidmət müddəti başa düşülür. Belə olan halda 
eyni dəzgahlardan ibarət olan kapitalın həcmi onun intensivliyi ilə 
ekstensivliyinin hasilinə, yəni eni kapitalın intensivliyi, uzunluğu 
isə ekstensivliyi qədər olan düzbucağın sahəsinə bərabərdir.  
İctimai  məhsul  başlıca  makroiqtisadi  göstərici  olub 
iqtisadiyyatda  yaradılmış  faydalı  nəticənin  inteqral  qiyməti  kimi 
çıxış edir. İctimai məhsulun tədqiqi üçün onun səbəblərini və  ya 
amillərini  ayırd  edir,  habelə  hər  bir  amilin  həcmini  xarakterizə 
edən  kəmiyyət  göstəricilərindən  istifadə  edirlər.  İctimai  istehsal 
funksiyası  ictimai  məhsulun  ayırd  edilmiş  bütün  amillərin 
həcmlərindən  asılılığıdır.  Bu  funksiyanın  müstəqil  arqumentləri-
nin sayı amillərin sayına bərabərdir. 


 
64 
Ənənəvi  makroiqtisadiyyatda  ictimai  məhsul  kimi  adətən 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin