Informatika fənninin predmeti. Informasiya nəzəriyyəsi və informasiya texnologiyaları. Informasiya ölçü vahidləri


Hazır tərtibat şablonlarından istifadə



Yüklə 1,16 Mb.
səhifə32/52
tarix25.04.2023
ölçüsü1,16 Mb.
#102428
1   ...   28   29   30   31   32   33   34   35   ...   52
Informatika f nninin predmeti. Informasiya n z riyy si v inform

Hazır tərtibat şablonlarından istifadə
Mühazirənin mətni əvvəlcədən müəyyən edilib hazırlanıbsa təqdimatın yaradılması üçün PowerPoint-in təklif etdiyi tərtibat şablonlarından istifadə etmək olar.

Fayl Yeni (File New) əmrini seçin
Sağ tərəfdə Yeni təqdimat (New Presentation) pəncərəsi açılır. Bundan sonra New hissəsində Blank Presentation hissəsini seçirsiniz. Bu pəncərənin Tərtibat şablonları (Slide Layout) səhifəsində şablonların siyahısı verilir. Title Slide düyməsini sıxırıq (şəkil 9).

Təqdimat pəncərəsi açılır və siz birinci, sərlövhə slaydını görürsünüz. Slaydın başlığı (Click to add title) sahəsində mausun düyməsini sıxın və təqdimatın başlığını , məsələn: "İnformasiya Texnogiyalarının Təhsildə Tətbiqi" mətnini yazın.

Başlığa izahat yazmaq üçün ikinci sahənin(Click to add subtitle) üzərində mausun düyməsini sıxın və "Yeni informasiya texnologiyaları" mətnini yazın.

Standart alətlər lövhəsinin Yadda saxlamaq (Save) düyməsini sıxın. Təqdimatın yadda saxlanması pəncərəsi açılır. Bu pəncərədə istədiyiniz qovluğu seçə bilərsiniz.

Hal-hazırda Mənim sənədlərim (My Documents) qovluğu açılmışdır və sizin təqdimat məhz bu qovluqda saxlanacaq. Faylın adı (File Name) sətirində "firststeps" yazın (şəkil 10). Yadda saxlamaq (Save) düyməsini sıxın. Təqdimat bir neçə slayddan ibarət olarsa, yadda saxlanarkən təqdimatın tərkibində olan slaydların hamısı vahid bir fayl kimi bir ad altında saxlanır.
Yeni slaydların əlavə edilməsi
Ekranda "firststeps" adlı təqdimatın sərlövhə slaydını görürsünüz (şəkil 11).
Sərlövhəyə slaydının ardınca yeni slayd əlavə edək.

Menyunun Yerləşdirmək (Insert) bəndini, sonra Yeni Slayd Yerləşdirmək ( New Slide) sətrini seçin (şəkil 12).


Bu dəfə də yeni sənəd yaratdığımız kimi sağ ərəfdə dialoq pəncərəsi çıxacaq. Buradan istədiyimiz bir görünüş tipini seçirik. və sonda OK düyməsini sıxırıq.

Slayd sxemində çərçivəyə alınmış bir neçə obyekt sahəsi görürsünüz. Çərçivənin içindəki mətn verilənləri daxil etməyi təklif edir.

Slaydın Başlığı (Click to add title) obyekt sahəsinin üzərində mausun düyməsini basın. Sahədəki mətn silinir və siz istədiyiniz mətni burada yaza bilərsiniz. "firststeps.az saytında yerləşdirilən və yerləşdiriləcək dərsliklərin siyahısı" mətnini yazın.

İşarələnmiş siyahı sahəsinin üzərində mausun düyməsini sıxın və "Internet" sözünü yazın, sonra ENTER düyməsini sıxıb "HTML" sözünü yazın, və s.. bu siyahını davam etdirin.

Beləliklə siz firststeps adlı təqdimatın ikinci slay
dını yaratdınız (şəkil 13).


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin