İnhisarların istehsal həcmi və qiymətlərlə bağlı qərarları.
İnhisarçılığı tənzimləyən qanunlar aşağıdakılardır:
Şerman qanunu (1890) ticarətin gizli inhisarlaşması, bu və ya digər sahədə təkbaşına nəzarətin əldə edilməsi. Qiymətlər haqqında razılaşmanı qadağa edir.
Kleyton qanunu (1914) satış sferasında məhdud işgüzar praktikanı, qiymət diskrinimasiyasını, uyğunlaşmanı müəyyən edən maddələr öz əksini tapıb.
Robinson Petmen qanunu ( 1936) “ qiymət qayğısına”, qiymət diskrinimasiyasına qadağa qoydu.
1850- ci ildə Kleyton qanuna Seller Kefover düzəlişi edildi: horizontal uyğunlaşma məhdudlaşdırıldı.
İnhisarçılıq təsərrüfat subyektlərinin yolverilməz fənd və üsullardan istifadə etməklə yüksək mənfəət götürmək məqsədilə azad rəqabətə yol verilməməsinə, onun məhdudlaşdırılmasına və aradan qaldırılmasına yönəldilən fəaliyyətdir.
Bazar münasibətləri şəraitində qiymətlərin əmələgəlməsinin elmi əsasları.
Qiymət sistemi ən vacib amillərdən olub, bütövlükdə iqtisadi mexanizmin formalaşdırılmasında və fəaliyyətində xüsusi rol oynayır. Qiymət vasitəsilə istehlakçı ilə istehsalçı, müəssisələrlə dövlət, dövlətlə əhali, müəssisələrlə icarədarlar, müəssisə ilə müəssisələr arasındakı iqtisadi münasibətlər formalaşır və inkişaf edir.
Qiymət sistemi iqtisadi və sosial inkişafa müsbət və mənfi təsir göstərə bilər. Buna görə də qiymət elmi əsaslar üzrə qurulmalı və əmtəə dəyərinin pulla ifadəsi kimi sərf olunan ictimai- zəruri əməyin kütləsinə uyğun gəlməlidir. Qiymətin əsasında məhz ictimai- zəruri əmək dayanmalıdır. İctimai – zəruri əməyin kütləsinə uyğun olaraq əmtəələrə qiymət qoyulmalı və o, subyektiv amillərdən kənar olmalıdır. Qiymətqoymanın əsasını təşkil edən dəyər qanunun tələbi belədir.
Qiymət stimullaşdırıcı xarakterə malik olmalıdır. Qiymət sistemi elə qurulmalıdır ki, o, istehlakçının mənafeyinə toxunmadan istehsalçıda güclü stimul yaratsın, onu istehsalın genişləndirilməsinə və iqtisadi səmərəliliyin yüksəldilməsinə sövq etsin. Başqa sözlə, istehsalçıda istehsalın inkişafına və nəticələrinə güclü maddi maraq yaratsın.
Bazar münasibətləri “qiymətqoyma” və “qiymətlərin əmələ gəlməsi” anlayışlarını fərqləndirilməsini zəruri edir. Qiymətqoyma – istehlak bazarında məhsulun keyfiyyətindən, əhalinin sosial müdafiəsi, dövlətin iqtisadi mənafeyindən irəli gələn, istehsalçılar və istehlakçılar üçün əlverişli prinsiplər əsasında qiymətlərin formalaşmasıdır. Qiymətqoyma prosesinə istehsaldan sonra tədavül sferasına buraxılan əmtəələrə qiymətlərin müəyyən edilməsi üzrə təşkilati və metodoloji tədbirlərin məcmusu daxildir. Bu proses olduqca mürəkkəbdir. Belə ki, məhsul istehsalçıdan istehlakçıya çatdırılana qədər çoxlu sayda aralıq (vasitəçi) və ticarət təşkilatlarından keçir.
Qiymətqoyma prosesi hər şeydən əvvəl qoyulan məqsədin konkretliyi ilə xarakterizə olunur. Məsələn, maksimum mənfəət əldə etmək, satış bazarının zəbt edilməsi, xərclərin azaldılması, rəqiblərin sıxışdırılması və s.
Bazar münasibətləri şəraitində əsasən “qiymətin əmələ gəlməsi” anlayışına üstünlük verilir. Qiymətlərin əmələ gəlməsi konkret əmtəələrə metodiki baxımdan qiymətlərin müəyyən edilməsi ( hesablanması) prosesidir. Bu proses konkret bazar iqtisadiyyatı ilə əlaqədar olduğundan onun özünəməxsus nəzəri əsasları vardır. Dəyər qanunu, tələb- təklif qanunu və pul tədavülü qanunu bir biri ilə qarşılıqlı fəaliyyətdə və asılılıqda qiymətlərin əmələ gəlməsinin nəzəri əsaslarını təşkil edirlər. Dəyər qanunu əmtəə istehsalına sərf olunan ictimai- zəruri xərcləri əks etdirdiyi halda, tələb- təklif qanunu qiymətlərin həmin xərclərdən kənarlaşması hədlərini müəyyən edir. Pul tədavülü qanunu isə tədavül üçün zəruri olan pul kütləsinin miqdarını tənzimləyən qanun kimi məlumdur. Həmin qanuna görə:
N= QP/V
Burada N- tədavül üçün zəruri olan pul kütləsinin miqdarı;
Q- dövr ərzində istehsal edilən məhsul
P- məhsul, iş və xidmətlərin bir vahidinin qiyməti;
V- pulun dövriyyə sürətidir.
Düsturdan da göründüyü kimi tədavül üçün zəruri olan pul kütləsinin həcmi ilə qiymətlər arasında düz mütənasib asılılıq mövcuddur. Qiymətlərin süni surətdə artması dövriyyəyə əmtəə kütləsi ilə təmin olunmamamış pul kütləsinin buraxılmasını şərtləndiri ki, bu da inflyasiyanın yaranmasına səbəb olur. Bunu əsas tutaraq, qiymətlərə aşağıdakı kimi tərif vermək olar: qiymət əmtəə vahidini və ya kütləsini əldə etmək üçün alıcının satıcıya ödəməli olduğu pulun kəmiyyətidir.
Qiymət sövdələşmə tərəfləri arasında iqtisadi münasibətləri formalaşdıran mexanizmdir. Qiymət mübadilə vasitəsidir. Qiymət əmtəə dəyərininin pulla ifadəsidir.
Qiymət nəzəriyyəsi iki iqtisadi məktəbdə formalaşmışdır.
Klassik məktəb- məsrəflər nəzəriyyəsi, yəni əmtəələrin qiymətləri istehsal xərcləri ilə müəyyənləşir, əmtəələrin təklifi qiyməti formalaşdırır.
Avstriya məktəbi- son faydalılıq nəzəriyyəsinə əsaslanır. Son məhsulun istehsakçı üçün faydalılığı əmtəənin qiymətini formalaşdırır. əmtəələrə olan tələb bazar qiymətini yaradır.
Hər iki nəzəriyyənin sintezindən Kompromis nəzəriyyəsi, yəni Kembric məktəbi formlalaşmışdır. Tələb və təklifin qarşılıqlı fəaliyyəti ilə bazar tarazlığı yarandı ki, məhsulun qiyməti onda ifadə olundu.
Bazar qiymətləri – bazarda tələb və təklif əsasında yaranan məhsul və xidmətlərin satışının həyata keçirildiyi qiymətdir. Qiymətin əmələgəlməsinin iqtisadi əsası aşağıdakı lardır:
Subyektiv əsas- məhsul və xidmətlərin faydalılığı.
Obyektiv əsas- ictimai zəruri əmək məsrəfləri.
İstehsal, satıcılar qiymətin əmələgəlməsinin obyektiv əsasını təşkil eder. İstehlakçı, yaxud alıcılar onun subyektiv əsasını təşkil edir.