Kardiologiya


) Ürəyin ritm pozğunluqlarına və ya aritmiyalara nə aid deyil?



Yüklə 431,39 Kb.
səhifə132/679
tarix02.01.2022
ölçüsü431,39 Kb.
#1520
1   ...   128   129   130   131   132   133   134   135   ...   679
261) Ürəyin ritm pozğunluqlarına və ya aritmiyalara nə aid deyil?
A) ürəyin keçiricilik sisteminin müxtəlif şöbələrində impulsun ötürülməsinin pozğunluğu

B) ürək vurğularının dəqiqəlik sayı 100-dən çox və ya 60-dan az

C) ürək vurğularının dəqiqəlik sayı 60-dan çox və ya 100-dən az

D) hər hansı qeyri-sinus ritmi

E) mənşəyindən asılı olmayan qeyri-düzgün ritm
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 172
262) Ayrı - ayrı hərəkət potensialının parametrlərinə təsirindən asılı olaraq, aşağıdakilardan hansı, 4 sinifə bölünən antiaritmik preparatların heç bir sinfinə aid deyil? (HP - hərəkət potensialı, SA - sinoatrial, AV - atrioventrikulyar, ERD - effektiv refrakter dövr).
A) Ürək liflərinin başlanğıc depolyarizasiyasını (0HP dövrü) zəiflədən natrium kanalları blokatorları

B) Ürək liflərinin repolyarizasiyası fazasını zəiflədən, HP və ERD - nı uzadan kalium kanalları blokatorları

C) 0HP dövrü və spontan diastolik depolyarizasiyanı SA - düyündə və AV - birləşmədə zəiflədən kalsium kanalları blokatorları

D) Ürək liflərinin repolyarizasiyası fazasını zəiflədən və ERD - nı uzadan natrium kanalları blokatorları

E) β - adrenoreseptorların blokatorları
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 261
263) Aşağıdakilardan hansı effekt I sinif - natrium kanalları blokatorları antiaritmik preparatların onlar üçün umumi sayılan xüsusiyyətlərinə aid deyil? (SA - sinoatrial, HP - hərəkət potensialı).
A) Qulaqcıqlarda və Hiss - Purkinye sistemində - "sürətli" cavab verən toxumalarda başlanğıc depolyarizasiya (0HP dövrü) sürətini azaldırlar

B) SA düyünündə spontan diastolik depolyarizasiyanın (4 HP dövrü) sürətini artırırlar

C) Hərəkət potensialının amplitudasını zəiflədirlər

D) Qulaqcıq və mədəcik miokardının keçiriciliyini zəiflədirlər

E) Hədd potensialının amplitudasını artırırlar
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 263


Yüklə 431,39 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   679




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin