264) Iа sinif antiaritmik preparatlara hansılar aiddir?
A) amiodaron, sotalol, bretilium
B) diltiazem, izoptin, adalat
C) etmozin, etasizin, propafenon
D) lidokain, trimekain, meksiletin
E) xinidin, novokainamid, dizopiramid
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 263 - 264
265) Ib - sinif - antiaritmik preparatlar (natrium kanallarının blokatorları) hansı xüsusiyyətlərə malikdirlər? (HP - hərəkət potensialı).
A) qulaqcıq miokardının depolərizasiya sürətinə praktiki təsir etmirlər
B) əsasən mədəcik miokardının başlanğıc depolyarizasiya sürətinə (0 HP dövrü) təsir göstərirlər
C) repolərizasiya prosesini (əsasən 3 HP dövründə) zəiflədirlər
D) sinoaurikulyar düyünün spontan diastolik depolərizasiya sürətinə (4 HP dövrü) təsir göstərirlər
E) atrioventrikulyar birləşmənin spontan diastolik depolərizasiya sürətinə (4 HP dövrü) təsir göstərirlər
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 266
266) Ib sinif antiaritmik preparatların təsirindən ürəyin hansı şöbəsinin depolərizasiya sürəti praktiki olaraq dəyişmir?
A) Hiss sistemi hüceyrələrinin
B) Qulaqcıqların miokardının
C) Sol mədəcik miokardının
D) Sag mədəcik miokardının
E) Purkinye liflərinin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 266
Dostları ilə paylaş: |