Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə40/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   36   37   38   39   40   41   42   43   ...   74

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.kino-teatr.ru

www.kultaz.com

23

Müğənni

227

Musiqi.Opera.Balet

60 

illiyi

Adilə Yusifova

1956 

İYUL

Adilə  Niyazi  qızı  Yusifova  1956-

cı  il  iyul  ayının  30-da  Bakı  şəhərində 

anadan olmuşdur. 1975-1980-ci illərdə 

Üzeyir  Hacıbəyov  adına  Bakı  Musiqi 

Akademiyasının bəstəkarlıq şöbəsində, 

professor  C.Hacıyevin  sinfində  təhsil 

almış,  təhsilini  fərqlənmə  diplomu  ilə 

başa  vurmuşdur.  1975-1999-cu  illərdə 

Asəf Zeynallı adına Bakı Musiqi Tex-

nikumunda  konsertmeystr,  nəzəriyyə 

fənnlərindən  dərs  demişdir.  1991-ci 

ildən Üzeyir Hacıbəyov adına Bakı Mu-

siqi  Akademiyasının  Azərbaycan  xalq 

musiqisinin tarixi və nəzəriyyəsi kafed-

rasında müəllim, 2006-cı ildən dosent, 

2012-ci ildən professor vəzifəsində ça-

lışır. 


1992-ci 

ildən 


Azərbaycan 

Bəstəkarlar  İttifaqının  üzvüdür.  1997-

ci  ildə  dissertasiya  işini  müdafiə 

edərək, sənətşünaslıq namizədi alimlik 

dərəcəsini almışdır. 

Adilə Yusifova fortepiano ilə orkestr 

üçün konsert (1980), fleyta və fortepi-

ano  üçün  üç  miniatür  (1981),  qoboy 

və  fortepiano  üçün  “Triptix”  (1981), 

Azərbaycan xalq rəqs işləmələri (1981), 

kamera orkestri üçün beş konsert pye-

si  (1984),  “Milli  naxışlar”  (1993), 

İ.Tapdıq  və  B.Vahabzadənin  sözlərinə 

uşaq  xoru,  kvartet  və  fortepiano  üçün 

“Bahar nağılı”-7 hissəli kantata (1993), 

fleyta və fortepiano üçün “Unudulmuş 

duyğu” pyesi (1994), simli kvartet, səs, 

klarnet  və  fortepiano  üçün  “Biz  eyni 

səma  altındayıq”  (1997),  tar  və  forte-

piano üçün “Alov” fantaziyası (2003), 

R.Mirzəyevanın  sözlərinə  “Qadın  ob-

razlarının  siluetləri”  süitası  (2003), 

(2007), truba, violin və fortepiano üçün 

“Reqtaym  ruhunda”  (2007),  soprano, 

tenor və fortepiano üçün “Nənə çin san-

dığında” süitası (2009), fortepiano üçün 

“İthaf” (Cövdət Hacıyevə həsr olunub 

(2012),  R.Mirzəyevanın  sözlərinə  səs, 

simli  kvartet,  qoboy,  balaban  və  for-

tepiano  üçün  “Xəyallarımdakı  şəhər” 

fantaziyası (2014) və s. əsərlərini yaz-

mışdır.


Bundan əlavə bəstəkar N.Kərimovla 

birlikdə  rus  dilində  “Azərbaycanda 

professional  təhsilin  salnaməsi  (1985-

1995-ci  illər)”,  musiqi  təhsil  ocaqları-

nın  tələbələri  üçün  “Azərbaycan  xalq 

melodiyalarının  işləməsi  və  aranji-

manı”,  “Azərbaycan  bəstəkarlarının 

işləmələri”  adlı  kitablar,  Azərbaycan 

və  rus  dillərində  “Soltan  Hacıbəyov. 

Azərbaycan 

xalq 

melodiyaları-



nın  işləməsi”  adlı  dərs  vəsaitini  və 

rus  dilində  “Cövdət  Hacıyev.  Həyat 

salnaməsi.  Məqalələr.  Mülahizələr” 

adlı kitabını yazmışdır.

Adilə  Yusifova  2011-ci  ildə 

Azərbaycan  Respublikasının  Əməkdar 

müəllimi  fəxri  adına  layiq  görülmüş-

dür.


   

Ə d ə b i y y a t

Adilə Yusifovanın 

“Uşaqlara məhəbbətlə” 

uşaq xoru üçün əsərləri 

[Notlar]: “xor dirijor-

luğu” ixtisası üzrə təhsil 

alan tələbələr üçün 

dərs vəsaiti /A.Yusifova, 

G.İmanova; red. 

G.Abdullazadə; Azərb. 

Resp. Təhsil Nazirliyi, Ü. 

Hacıbəyov ad. Bakı Musi-

qi Akad.- Bakı: Adiloğlu, 

2009.- 100 s. 

Azərbaycan 

bəstəkarlarınn işləmələri: 

ali musiqi məktəbləri 

ücün: dərs vəsaiti 

/A.Yusifova; elmi red. 

R.Zöhrabov.- Bakı: Adi-

loğlu, 2009.- 154 s. 

Milli naxışlar [Notlar] 

: fortepiano üçün 10 

konsert pyesi /A.Yusifova; 

red. L.Kazımova; rəssam 

Ə.Nərimanbəyova; Azərb. 

Resp. Mədəniyyət və 

Turizm Nazirliyi.- Bakı: 

Təhsil, 2012.- 64 s. 

Paralellər [Notlar] : 

violino, violonçello

piano və balaban üçün 

/A.Yusifova.- Bakı, 2009.- 

58 s. 

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.kino-teatr.ru

www.kultaz.com

30

Bəstəkar

228

Teatr.Kino

80 

illiyi

Rasim İsmayılov

1936-2004

İYUL

Rasim  Rza  oğlu  İsmayılov  1936-

cı  il  iyul  ayının  13-də  Bakıda  ana-

dan  olmuşdur.  Kinoya  olan  sevgisi 

1958-ci ildə onu Bakı kinostudiyasına 

gətirmiş, orada operator assistenti kimi 

işləməyə  başlamışdir.  1958-1962-ci 

illərdə Moskvada Ümumittifaq Dövlət 

Kinematoqrafiya  İnstitutunun  opera-

torluq  fakültəsini,  məşhur  operator 

Boris Volçekin sinfini bitirmişdır. Ra-

sim İsmayılovun Moskvada təhsil aldı-

ğı illərdə çəkdiyi kurs işləri artıq onun 

peşəkarlığından xəbər verirdi.

1962-ci ildən Azərbaycan Televizi-

yasında çalışmışdır. Burada gənc opera-

torun ssenariləri əsasında “Azərbaycan 

raport  verir”,  “Daha  iki  nəfər”  qısa-

metrajlı bədii televiziya filmləri isteh-

sal  olunmuşdur.  Rejissor  kimi  “Mavi 

ekranın yolları”, “Şəhərin ritmləri” və 

başqa sənədli filmlər çəkmişdir.

Azərbaycan televiziyasında anima-

siya  filmlərinin  yaradıcılarından  biri 

kimi də tanınmışdır. 1965-ci ildə “Da-

nışan işıqlar”, 1969-cu ildə “Qırmızılar, 

qaralar  və  başqaları”  cizgi  filmlərinə 

quruluş  vemişdir.  Onun  ssenarisi 

əsasında  çəkilən  bu  film-alleqoriya 

Kiyevdə “Prometey - 69” festivalında 

ən  yaxşı  rejissor  işinə  görə  diploma 

layiq görülmüşdür. Bədii kinoda ope-

rator kimi debüt işi “Cazibə qüvvəsi” 

kinoalmanaxında  “Dağ  meşəsindən 

keçərkən” novellasıdır.

Sonralar böyük kinoya vəsiqə almış, 

görkəmli rejissor Hüseyn Seyidzadənin 

quruluş  verdiyi  tarixi-inqilabi  janrda 

çəkilən  “Yenilməz  batalyon”  (1965) 

filminin quruluşçu operatoru olmuşdur. 

Bu onun böyük kinoda ilk işi idi.

Azərbaycan kinosunun qızıl fondu-

na daxil olan bir çox filmlərə operator 

kimi quruluş vermişdir. “Sevil”, “Yeddi 

oğul istərəm”, “Axırıncı aşırım”, “Gün 

keçdi”,  “Nəsimi”,  “Dədə  Qorqud”, 

“Sevinc  buxtası”,  “Babək”  və  başqa 

filmlərin  uğurlu  ekran  həllini  tapma-

sında onun xidmətləri əvəzsizdir.

Sənətkar  68  illik  ömrünün  46  ilini 

milli  kinomuzun  inkişafına  həsr  et-

miş, bu illər ərzində operator kimi 20 

bədii, 10 sənədli film, rejissor və sse-

nari müəllifi kimi dörd “Mozalan”, iki 

animasiya filmi çəkmişdir.

Quruluş  verdiyi  son  ekran  əsəri 

1990-cı ildə lentə alınan “Tələ” filmi-

dir.


Azərbaycan  Dövlət  Mədəniyyət 

və  İncəsənət  Universitetində  peda-

qoji  fəaliyyət  göstərmişdir.  Görkəmli 

kinooperator,  kinorejissor,  ssena-

ri  müəllifi  Rasim  İsmayılov  1976-cı 

ildə  Azərbaycan  SSR-in  “Əməkdar 

incəsənət  xadimi”  fəxri  adına,  1978-

ci ildə Dövlət mükafatına layiq görül-

müşdür.

Rasim  İsmayılov  2004-cü  il  mart 



ayının 3-də vəfat etmişdir.

“Uçan  çinarlar”  kitabı  ölümündən 

sonra işıq üzü görmüşdür.

Ə d ə b i y y a t

Bürcəliyeva, Ş. “Xoşbəxtəm 

ki, həyatım boyu sevdiyim 

işlə məşğul olmuşam” :[ki-

norejissor Rasim İsmayılov 

haqqında]/Ş.Bürcəliyeva                                 

//Mədəniyyət.- 2013.- 17 

iyul.- S. 12.

Kazımzadə A. Filmləri ilə 

kino tarixində yaşayan 

sənətkar /A.Kazımzadə        

//Mədəniyyət.- 2011.- 30 

sentyabr.- S.12.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.librarything.com 

13

Kinooperator


229

Teatr.Kino

90 

illiyi

Sədayə Mustafayeva 

1926-2004

İYUL

Sədayə  İsmayıl  qızı  Mustafayeva 

1926-cı il iyul ayının 15-də Nuxa (in-

diki Şəki) şəhərində anadan olmuşdur. 

Beş illik orta təhsilini bitirdikdən son-

ra  Şəkidə  fəaliyyət  göstərən  İpəkçilik 

kombinatında usta köməkçisi işləməyə 

başlamışdır. Sonra 12 yaşında səhnəyə 

qədəm qoymuş və ilk obrazı Süleyman 

Rüstəmin  “Qaçaq  Nəbi”  tamaşasın-

da Çimnaz rolu olmuşdur. Bir müddət 

Şəki Dövlət Dram Teatrında bir-birinin 

ardınca maraqlı obrazlar qalereyası ya-

radan Sədayə Mustafayeva daha sonra 

fəaliyyətini  Ağdaş  və  Göyçay  teatrla-

rında  davam  etdirmişdir.  1950-ci  ilin 

mart ayında Gəncə Dövlət Dram Teat-

rının direktoru, respublikanın Xalq ar-

tisti, rejissor Məhəmməd Bürcəliyevin 

dəvəti ilə Sədayə xanım Gəncə Dövlət 

Dram Teatrına aktrisa kimi dəvət almış-

dır.


Teatrın  səhnəsində  Sədayə  xanım 

400-dən  artıq  maraqlı  obrazlar  qalere-

yası  yaratmışdır.  “Vaqif”  (Xuraman, 

Gulnar);  “Aydın”  (Gültəkin);  “Pəri 

Cadu” (Pəri); “Solğun çiçəklər” (Sara, 

Pəri,  Gülnisə);  “Otello”  (Emilya); 

“III-Riçard”  (Yelizaveta);  “Sokratla 

söhbətlər”  (Ksantipa);  “İtkin  gəlin” 

(Səbihə);  “Yad  qızı”  (Həcər  xanım); 

“Dairəni  genişləndirin”  (Aliyə);  “Dəli 

Kür”  (Şahnigar);  “Atayevlər  ailəsi” 

(Dilşad xanım); “Xurşudbanu Natəvan” 

(Natəvan);  “Mahnı  dağlarda  qaldı” 

(Rəxşəndə  xanım)  və  s.    pyeslərdə 

oynadığı  obrazlar  aktrisanın  yaradı-

cılığının  ən  gözəl  nümunələrindəndir. 

Bu gün Gəncə Dövlət Dram Teatrında 

fəaliyyət göstərən əksər aktyor və akt-

risa truppası məhz Sədayə Mustafayeva 

məktəbinin yetirməsidir.

Həmçinin  “Azərbaycanfilm”in  is-

tehsalı  olan  20-dən  artıq  bədii  filmə 

çəkilmişdir. “Biri vardı, biri yoxdu...”da 

Qadın, “Qanun naminə”də Xatun, “Mən 

ki,  gözəl  deyildim”də  Gözəl,  “Şərikli 

çörək”də  Şamama,  “Gün  keçdi”də 

Əsmərin anası, “Qızıl qaz”da Şəfiqənin 

anası, “Var olun, qızlar...”da Rüstəmin 

anası,  “Firəngiz”də  Məsmə,  “Ad 

günü”ndə  Əlinin  anası,  “Qaynana”da 

Mülayim, 

“Gümüşü 


furqon”da 

Mədinənin anası, “Cin mikrorayonda”da 

Ana, “Ölsəm bağışla”da Yusifin anası, 

“Ağ  atlı  oğlan”da  Mirvari  nənə,  “Da-

ğıdılmış  körpülər”də  Əsmər,  “Acılar 

bitməz”də Orxanın nənəsi, amerika ki-

nemotoqrafçılarının istehsal etdiyi “İlk 

körpü”  filmində  Əsmər  və  s.  rollarını 

nümunə göstərmək olar. 

O,  1958-ci  ildə  Əməkdar  artist, 

1981-ci ildə isə Xalq artisti fəxri adları-

na, həmçinin 2003-cü ildə Azərbaycan 

Respublikası 

Prezidentinin 

Fərdi 

təqaüdünə layiq görülmüşdür.



Görkəmli  aktrisa  Sədayə  Mustafa-

yeva  2004-cü  il  avqust  ayının  13-də 

Gəncə şəhərində vəfat etmişdir.

2000-ci ildə “Əsgəroğlu” nəşriyyatı 

tərəfindən  Azərbaycanın  xalq  ar-

tisti  Sədayə  Mustafayeva  haqqında 

teatrşünas-tənqidci  Anar  Bürcəliyevin 

“Səhnə həyat nurumdur” adlı monoqra-

fiyası çap edilmişdir.

Ə d ə b i y y a t

Bürcəliyev, A.Səhnə həyat 

nurumdur!: Azərbaycan 

Respublikasının Xalq artis-

ti Sədayə Mustafayeva-75; 

Azərbaycan Teatrı-125; 

Gəncə Dövlət Dram 

Teatrı 80 /A.Bürcəliyev; 

red. Ş.Əmirli.- Gəncə: 

Əsgəroğlu, 2000.- 116 s. 

Sədayə Mustafaye-

va /Azərbaycan Teatr 

Cəmiyyəti.- Bakı: İşıq, 

1982.-[6] s.

Ana obrazlarının mahir 

ifaçısı: Unudulmaz aktrisa 

//Azadlıq.-2012.- 3 avqust.- 

S.14.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.librarything.com 

15

Aktrisa


230

17

Milli Qəhrəmanlar

45 

illiyi

Kərim Kərimov

1971-1992

İYUL

Kərim  Məhəmməd  oğlu  Kərimov 

1971-ci il iyul ayının 2-də Şərur rayo-

nunun  Qarahəsənli  kəndində  anadan 

olmuşdur.

Orta  məktəbi  bitirdikdən  son-

ra  Tümendə  Ali  Hərbi  Mühəndis 

Komandirləri  Məktəbinə  qəbul  olun-

muşdur.  Qarabağ  hadisələri  başlayan-

da K.Kərimov azərbaycanlı tələbələrlə 

birlikdə  vətənin  müdafiəsi  üçün 

Azərbaycana  gəlmişdir. Təhsilini  Bakı 

Ali Birləşmiş Komandirlər Məktəbində 

davam etdirmiş, 1992-ci ildə Biləcəridə 

təlim  keçdikdən  sonra  aprel  ayının 

15-də  Goranboy  rayonuna  yollanmış-

dır.  21  yaşlı  K.Kərimov  istehkamçılar 

bölməsinə komandir təyin olunmuşdur.

1992-ci  il  may  ayının  1-də  Tap-

Qaraqoyunlu  kəndi  ətrafında  mina-

lanmış  sahələrin  zərərsizləşdirilməsi 

əməliyyatında  Kərim  də  iştirak  etmiş-

dir. Mayın 5-də Goranboy döyüşlərində 

qəhrəmancasına həlak olmuşdur. Doğ-

ma kəndi Qarahəsənlidə dəfn olunmuş-

dur.


Azərbaycan  Respublikası  Prezi-

dentinin  11  sentyabr  1992-ci  il  tarixli 

193  saylı  Fərmanı  ilə  Kərimov  Kərim 

Məhəmməd  oğlu  ölümündən  sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adına layiq görülmüşdür.

Qarahəsənli  kəndində  büstü  qoyul-

muşdur. Goranboy və Şərur rayonunda 

adına məktəb və küçə var.

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Kərimov Kərim Məhəmməd oğlu - istehkamçılar bölməsinin komandiri - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyü-

nün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq 

göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri  və xidməti borcunun yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə]: 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 16 sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 sentyabr.- S.1.- (Ölümündən sonra).

Əsgərov, V. Kərimov Kərim Məhəmməd oğlu /Əsgərov V. //Azərbaycanın Milli Qəhrəmanları.-Yenidən işlənmiş II nəşri.-Bakı, 2010.- 

S.152-153.

Kərimov Kərim Məhəmməd oğlu (1971-1992) //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası; 

tərt. H.Həmidova.- Bakı, 2008.- S.113-114.

Seyidzadə M. Kərimov Kərim Məhəmməd oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.116.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.e-qanun.az

www.muallim.edu.az

2

Milli Qəhrəman


231

Milli Qəhrəmanlar

40 

illiyi

Samir Zülfüqarov

1976-1995

İYUL

Samir  Xəlil  oğlu  Zülfüqarov  1976-

cı  il  iyul  aynın  3-də  Dəvəçi  rayonu-

nun Ağbaş kəndində anadan olmuşdur. 

Səkkizinci sinfə kimi burada təhsil al-

mış,  lakin  ailə  vəziyyəti  ilə  əlaqədar 

məktəbi yarımçıq qoymuşdur. 1994-cü 

ilin avqustunda Dəvəçi rayon Hərbi Ko-

missarlığı tərəfindən Milli Ordu sıraları-

na həqiqi hərbi xidmətə göndərilmişdir.

Samir Zülfüqarov Yaşma qəsəbəsində 

yerləşən hərbi hissələrin birində xidmət 

etmişdir. Komandirləri nizam-intizamlı, 

nümunəvi  əsgər  olduğunu  nəzərə  ala-

raq  ona  qısamüddətli  məzuniyyət 

vermişdilər.  Həmin  vaxt  respublikada 

vəziyyət  yenidən  gərginləşmişdi.  Bir 

qrup  cinayətkar  ünsürlərdən  ibarət  si-

lahlı  dəstə  hakimiyyəti  ələ  keçirmək 

üçün  dövlət  çevrilişi  etmək  istəyirdi. 

Baş  verən  hadisələrə  biganə  qala 

bilməyən Samir, məzuniyyətini yarım-

çıq  qoyub  döyüş  yoldaşlarının  yanı-

na  qayıtmış,  Milli  Ordunun  əsgərləri 

dövlət çevrilişinə cəhd edən qüvvələrlə 

mübarizə aparmış və 1995-ci il 17 mart 

tarixində Samir dövlətçiliyimiz uğrun-

da  şəhid  olmuşdur.  Dəvəçi  rayonunun 

Ağbaş kəndində dəfn edilmişdir.

Azərbaycan  Respublikası  Preziden-

tinin 4 aprel 1995-ci il tarixli 307 saylı 

Fərmanı ilə Zülfüqarov Samir Xəlil oğ-

luna  ölümündən  sonra  “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Dəvəçi rayon 3 saylı orta məktəb Mil-

li Qəhrəmanın adını daşıyır. Məktəbdə 

büstü qoyulmuşdur.

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi 

haqqında: [Zülfüqarov Samir Xəlil oğlu-Müdafiə Nazirliyi, sıravi -Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun 

müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət 

göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- S.1.- (Ölümündən 

sonra).

Əsgərov, V. Zülfüqarov Samir Xəlil oğlu /Əsgərov V. //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.281.

Seyidzadə M. Zülfüqarov Samir Xəlil oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.223.

Zülfüqarov Samir Xəlil oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası; tərt. H.Həmidova.-

Bakı, 2008.- S.203.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.e-qanun.az

www.muallim.edu.az

3

Milli Qəhrəman


232

Milli Qəhrəmanlar

55 

illiyi

Sadıq Hüseynov

1961-1992

İYUL

Sadıq  Dayandur  oğlu  Hüseynov 

1961-ci  il  iyul  ayının  29-da  Ağcabədi 

rayonunun Xocavənd kəndində anadan 

olmuşdur.  1968-1978-ci  illərdə  həmin 

kənddə  orta  məktəbdə  təhsil  almışdır. 

1980-ci ildə Xankəndi Pedaqoji İnstitu-

tunun İbtidai metodika fakültəsinin qi-

yabi şöbəsinə daxil olmuş, elə həmin il 

ordu sıralarına çağırılmışdır.

Sadıq  Hüseynov  hərbi  xidmətini 

başa vurduqdan sonra yarımçıq qalmış 

təhsilini  davam  etdirmiş,  1987-ci  ildə 

institutu bitirərək doğma kəndlərinə qa-

yıtmışdır. Vaxtilə təhsil aldığı məktəbdə 

əvvəl pioner baş dəstə rəhbəri, sonra isə 

müəllim  işləmişdir.  1989-cu  ildə  DİN-

in sərəncamı ilə Şuşa rayon Daxili İşlər 

Şöbəsində  sahə  müvəkkili  vəzifəsinə 

təyin edilmişdir. Erməni quldurları Şu-

şaya hücum edəndə Sadıq da digər polis 

əməkdaşları kimi şəhərin müdafiəsində 

yaxından  iştirak  etmiş,  düşmənə  ağır 

zərbələr  endirmişdir.  29  mart  1992-ci 

ildə ağır yaralansa da, yenə də döyüşə 

davam etmişdir.

13  aprel  1992-ci  ildə  erməni  silahlı 

birləşmələri  Şuşanı  ağır  raket  atəşinə 

tutmuş,  Sadıq  Hüseynov  yaralı  yol-

daşlarını  xilas  edərək  qəhrəmancasına 

həlak  olmuşdur.  Ağcabədi  rayonunun 

Xocavənd kəndində dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidenti-

nin 8 oktyabr 1992-ci il tarixli Fərmanı 

ilə  Hüseynov  Sadıq  Dayandur  oğluna 

ölümündən  sonra  “Azərbaycanın  Milli 

Qəhrəmanı” adı verilmişdir.

Xocavənd  kənd  orta  məktəbi  onun 

adını daşıyır.

Ə d ə b i y y a t

Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Hüseynov Sadıq Dayandur oğlu- Şuşa polis şöbəsinin sahə inspektoru - Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün 

qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]:Azərbaycan Respublikası Prezi-

dentinin Fərmanı, 8 oktyabr 1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra).

Əsgərov, V. Hüseynov Sadıq Dayandur oğlu /Əsgərov V. //Azərbaycanın Milli Qəhrəmanları.-Yenidən işlənmiş II nəşri.-Bakı, 2010.- 

S.126.

Hüseynov Sadıq Dayandur oğlu //Azərbaycanın Milli Qəhrəmanları / M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası; tərt. 

H.Həmidova.- Bakı, 2008.- S.91.

Seyidzadə, M. Hüseynov Sadıq Dayandar oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.97.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.e-qanun.az

www.muallim.edu.az

29

Milli Qəhrəman


233

Tarix

90 

illiyi

Şövkət Tağıyeva 

1926-2015


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin