383
Şair
Milli ədəbiyyat
135
illiyi
Məhəmməd Hadi
1879-1920
2014
Məhəmməd Hacı Əbdülsəlimzadə
Hadi (Şirvani) 1879-cu ildə Şamaxı
şəhərinin Sarıtorpaq məhəlləsində,
tacir ailəsində doğulmuşdur. İbtidai
təhsilini məhəllə məktəbində şamaxılı
Molla Səmədin yanında almış, sonra
Hacı Molla Abbasın məktəbində oxu-
muşdur.
Hadi
istədiyi
məktəblərdə,
istədiyi elmləri oxumağa nail ola
bilmədiyindən, əmisi oğlunun köməyi
ilə ticarət işinə əl atmış, ancaq bu iş
onun ürəyinə yatmadığından tezliklə
tərk etmişdi. Şamaxı zəlzələsindən
sonra (1902) Kürdəmirə köçən M.Hadi
orada müəllimlik etmişdir.
Hadi mətbuat aləminə 1905-ci ildə
gəlmişdir. “Həyat” qəzetinin 109-cu
nömrəsində Hadinin “Lövhi-məkatib”
adlı şeiri çap olunmuşdur.
1905-ci ildə Həştərxana getmiş,
mətbuatda
çalışmağa
başlamış-
dır. M.Hadi “Həyat”, “Füyuzat” və
“Bürhani-tərəqqi” qəzetlərində elmə,
maarifə çağıran şeirlər və intibah
məsələlərinə dair məqalələr yazmış-
dır.
M.Hadi 1906-cı ildə Əli bəy
Hüseynzadənin çağırışı ilə Bakıya
gəlmiş, “Füyuzat” məcmuəsində ça-
lışmış, yerli həyata dair yazıların ge-
niş nəşrinə çalışmışdır. “Füyuzat” qa-
pandıqdan sonra o, “Tazə həyat” və
“İttifaq” qəzetlərində işləmişdir.
1910-cu ildə Hadi, İstanbula get-
miş, “Tənin” qəzetində Şərq dilləri
mütərcimi kimi çalışmış, yazıları ilə
də yerli qəzet və məcmuələrdə işti-
rak etmişdir. Hadinin alovlu bir hiss
ilə, tərəqqipərvərlik ruhunda yazdığı
şeirlər bütün Yaxın Şərqdə oxunub ya-
yılırdı. Hətta, şairin “Fünun və maarif”
adlı şeiri Hindistanda, “Həblülmətin”
qəzetində farsca tərcümə olunub çap
edilmişdi.
1913-cü ildə, Osmanlı hökuməti
Hadini də həbsə almış və Səlanikə
sürgün etmişdir. Orada da Hadidən
şübhələnmiş, onu incitməyə baş-
lamışlar. Hadi başına gələn ağır
fəlakətlərdən sonra 1914-cü ildə Ba-
kıya qayıtmağa müvəffəq olmuşdur.
1915-ci ildə Qafqaz ordusunda
feldşer kimi çalışdığı zaman Avstriya
cəbhəsinə, Karpata getmiş, müsəlman
əsgərləri arasında alay mollası
vəzifəsini icra etmişdir.
Hadi harada, nə vəzifədə olur-
olsun, qələmindən, odlu şeirlərindən
ayrılmırdı. O, cəbhədə ikən bir sıra
xırda şeirləri ilə yanaşı tərcümeyi-
halını əhatə edən “Sərgüzəşt”ini yaz-
mağa başlamışdı.
İndiyədək Hadinin az əsərləri bizə
çatmışdır. O, öz əsərlərini satdığından
ədəbiyyatçılar güman edirlər ki, Hadi-
nin bəzi əsərləri özü ilə torpağın altına
gömülmüşdür.
Məhəmməd Hadi 1920-ci ildə
Gəncədə vəfat etmişdir.
Dostları ilə paylaş: