Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə470/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   466   467   468   469   470   471   472   473   ...   507
Ə d ə b i y y a t

Rüstəmli, A. Tufanlardan keçən ömür [Mətn] /Asif Rüstəmli; red. İslam Ağayev; Nizami adına Ədəbiyyat İnstitutu, AEA.-Bakı: 

Sabah, 1995. -132 s.  

Rüstəmli, A. Mollanəsrəddinçi şair Bayraməli Abbaszadə Hambalın həyat və yaradıcılığı [Mətn]: filol. e. n. al. dər. a.üçün təq. 

ed. dis-nın avtoreferatı: 10.01.03. /A.Rüstəmli; AEA Nizami ad. Ədəbiyyat İn-tu.-Bakı, 1994.- 28 s. 

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

Şair


383

Şair

Milli ədəbiyyat

135  

illiyi

Məhəmməd Hadi 

1879-1920 

 

2014

Məhəmməd  Hacı  Əbdülsəlimzadə 

Hadi  (Şirvani)  1879-cu  ildə  Şamaxı 

şəhərinin  Sarıtorpaq  məhəlləsində, 

tacir  ailəsində  doğulmuşdur.  İbtidai 

təhsilini məhəllə məktəbində şamaxılı 

Molla  Səmədin  yanında  almış,  sonra 

Hacı Molla Abbasın məktəbində oxu-

muşdur. 

Hadi 


istədiyi 

məktəblərdə, 

istədiyi  elmləri  oxumağa  nail  ola 

bilmədiyindən, əmisi oğlunun köməyi 

ilə  ticarət  işinə  əl  atmış,  ancaq  bu  iş 

onun  ürəyinə  yatmadığından  tezliklə 

tərk  etmişdi.  Şamaxı  zəlzələsindən 

sonra (1902) Kürdəmirə köçən M.Hadi 

orada müəllimlik etmişdir.

Hadi mətbuat aləminə 1905-ci ildə 

gəlmişdir.  “Həyat”  qəzetinin  109-cu 

nömrəsində Hadinin “Lövhi-məkatib” 

adlı şeiri çap olunmuşdur. 

1905-ci  ildə  Həştərxana  getmiş, 

mətbuatda 

çalışmağa 

başlamış-

dır.  M.Hadi  “Həyat”,  “Füyuzat”  və 

“Bürhani-tərəqqi”  qəzetlərində  elmə, 

maarifə  çağıran  şeirlər  və  intibah 

məsələlərinə  dair  məqalələr  yazmış-

dır. 


M.Hadi  1906-cı  ildə  Əli  bəy 

Hüseynzadənin  çağırışı  ilə  Bakıya 

gəlmiş,  “Füyuzat”  məcmuəsində  ça-

lışmış, yerli həyata dair yazıların ge-

niş nəşrinə çalışmışdır. “Füyuzat” qa-

pandıqdan  sonra  o,  “Tazə  həyat”  və 

“İttifaq” qəzetlərində işləmişdir.

1910-cu  ildə  Hadi,  İstanbula  get-

miş,  “Tənin”  qəzetində  Şərq  dilləri 

mütərcimi  kimi  çalışmış,  yazıları  ilə 

də  yerli  qəzet  və  məcmuələrdə  işti-

rak  etmişdir.  Hadinin  alovlu  bir  hiss 

ilə,  tərəqqipərvərlik  ruhunda  yazdığı 

şeirlər bütün Yaxın Şərqdə oxunub ya-

yılırdı. Hətta, şairin “Fünun və maarif” 

adlı şeiri Hindistanda, “Həblülmətin” 

qəzetində  farsca  tərcümə  olunub  çap 

edilmişdi.

1913-cü  ildə,  Osmanlı  hökuməti 

Hadini  də  həbsə  almış  və  Səlanikə 

sürgün  etmişdir.  Orada  da  Hadidən 

şübhələnmiş,  onu  incitməyə  baş-

lamışlar.  Hadi  başına  gələn  ağır  

fəlakətlərdən  sonra  1914-cü  ildə  Ba-

kıya qayıtmağa müvəffəq olmuşdur. 

1915-ci  ildə  Qafqaz  ordusunda 

feldşer kimi çalışdığı zaman Avstriya 

cəbhəsinə, Karpata getmiş, müsəlman 

əsgərləri  arasında  alay  mollası 

vəzifəsini icra etmişdir.

Hadi  harada,  nə  vəzifədə  olur-

olsun,  qələmindən,  odlu  şeirlərindən 

ayrılmırdı.  O,  cəbhədə  ikən  bir  sıra 

xırda  şeirləri  ilə  yanaşı  tərcümeyi-

halını əhatə edən “Sərgüzəşt”ini yaz-

mağa başlamışdı. 

İndiyədək Hadinin az əsərləri bizə 

çatmışdır. O, öz əsərlərini satdığından 

ədəbiyyatçılar güman edirlər ki, Hadi-

nin bəzi əsərləri özü ilə torpağın altına 

gömülmüşdür.

Məhəmməd  Hadi  1920-ci  ildə 

Gəncədə vəfat etmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   466   467   468   469   470   471   472   473   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin