380
2014
Milli ədəbiyyat
230
illiyi
Qasım bəy Zaкir
1784-1857
Qasım bəy Əli oğlu Zakir 1784-cü
ildə Şuşa şəhərində, Qarabağda məşhur
olan Cavanşirlər nəslində dünyaya göz
açmışdır. Onun ulu babası Kazım ağa
Pənah xanın doğma qardaşı olub.
İlk təhsilini mollaxanada almış, ərəb,
fars dillərini öyrənmişdir. Firdovsi, Ni-
zami, Sədi, Hafiz kimi sənətkarların
əsərləri ilə tanış olmuş, Qacarın Qa-
rabağa hücumu, şuşalıların müdafiəsi,
Qacarın qətli, Vaqifin oğlu ilə birlikdə
öldürülməsi, İbrahim xanın vəhşicəsinə
güllələnməsi onun dünyagörüşünün for-
malaşmasına təsir etmişdir.
Zakir çar ordusunun könüllü atlı
dəstəsinə qoşulmuş, 1813, 1826-1828-
ci il Rus-İran müharibələrində iştirak
etmişdir. Döyüşdə fərqləndiyinə görə
1828-ci ildə gümüş medalla təltif edil-
mişdir.
İlin yay fəslini Şuşada, qalan vaxtı
Mehdiqulu xanın ona bağışladığı Xın-
dırıstan kəndində keçirirdi. Tarxan-
Mouravov Zakiri qaçaq düşmüş qardaşı
oğlu Behbud bəy Cavanşiri evində sax-
ladığına görə günahlandırıb həbs etdirir.
Şair bir il Şuşada saxlanıldıqdan sonra
məhkəməsiz Bakıya sürgün edilir.
Zakir dostları M.F.Axundzadə,
M.Kolyubakin, Qutqaşınlı və Orbeli-
aninin köməyi ilə həbsdən azad edilir,
ancaq ömrünün sonuna qədər nəzarətdə
və ehtiyac içində yaşayır. Dostlarının
səyilə şairin aliyyəti nəzərə alınaraq
“Rus dövlətinə göstərdiyi xidmətlərə
görə” 1857-ci ildən başlayaraq 36 manat
təqaüd təyin edilmişdir. Lakin təqaüd
kağızı Şuşaya çatanda artıq qoca şair
dünyasını dəyişmişdi. 1857-ci ildə
Şuşada vəfat etmiş şair Mirzə Həsən
qəbiristanlığında dəfn olunmuşdur.
Q.Zakir yaradıcılığa lirik şeirlərlə
başlamışdır. Ədəbi fəaliyyətinin ilk
mərhələsində o, klassik qəzəl janrına
nisbətən aşıq şeiri formasına daha çox
üstünlük vermişdir. Milli poeziyamızın
ən kütləvi formalarından olan qoşma və
gəraylılarda Zakir bir tərəfdən Vidadi
və Vaqif, digər tərəfdən isə Aşıq Qur-
ban,
Tufarqanlı Abbas kimi ustadların
ənənələrini davam etdirmişdir.
Q.Zakir sələflərinin ədəbi ənənələrini
yeni tarixi şəraitdə davam etdirərək klas-
sik üslubda yazdığı qəzəlləri,müxəmməs,
müstəzad, tərcibənd, tərkibbəndləri ilə
yanaşı yaradıcılığında xalq şeiri forma-
sına da - qoşma, təcnis və gəraylılara da
geniş yer vermişdir.
Şairə ədəbiyyat tariximizdə xüsu-
si mövqe qazandıran və onu daha çox
şöhrətləndirən ictimai-siyasi satiraları-
dır. Şifahi xalq ədəbiyyatına bağlı sa-
tiranın XIX əsrin əvvəllərində yazılı
ədəbiyyatımızda meydana çıxması Za-
kirin adı ilə bağlıdır.
Zakirin yaradıcılığında mənzum
hekayə və təmsilləri mühüm yer tutur.
Onun müxtəlif mövzularda yazılan
“Məlikzadə və Şahsənəm”, “Əmirzadə,
məşuq və cavan aşiq”, “Aşiqin təam
bişirməyi”, “Aşiq və məşuq haqqında”,
“Zövci-axər”, “Tərlan və elçi”, “Dəvəsi
itən kəs”, “Dərviş ilə qız”, “Həyasız
dərviş”, “Əxlaqsız qazı”, “Xalqa vəz
deyən, özü fisqü fücurdan çıxan biəməl
alim” kimi mənzum hekayələri vardır.
Qasım bəy Zakirin “Dərviş və fəqir”,
“Dəvəsi itən kəs”, “Aslan, Qurd və Çaq-
qal” və “Tülkü və qurd” əsərləri “Vətən
dili”nə salınmışdır.
Dostları ilə paylaş: