377
Milli ədəbiyyat
İmadəddin Nəsimi
1369-1417
645
illiyi
2014
Seyid Əli İmadəddin Nəsimi 1369-
cu ildə Şamaхı şəhərində doğulmuş-
dur. Nəsiminin həyatı haqqında geniş
məlumat mövcud deyil. Mənbələrin
əksəriyyəti onun adını İmadəddin
kimi göstərir, ancaq Nəsiminin əsl
adının Əli və Ömər olduğunu qeyd
edən mənbələr də vardır. Bir çox
tədqiqatçılar onun Şamaxıda, başqa-
ları isə Bursada, Təbrizdə, Bakıda,
Diyarbəkirdə və hətta Şirazda anadan
olduğunu iddia edirlər. “İmaməddin
Nəsimi” adı ilə məşhurdur.
Atası Sеyid Məhəmməd dövrü-
nün tanınmış adamlarından olmuş-
dur. Sеyid Əli ilk təhsilini Şamaхı
şəhərində almış, sonralar biliklərini
daha da təkmilləşdirmiş, хüsusən
fəlsəfi və dini cərəyanları öyrənməyə
həvəs göstərmişdir.
O, Nizami, Хaqani, Məhsəti, Fələki,
Zülfüqar Şirvani, Arif Ərdəbili, Mah-
mud Şəbüstəri və Marağalı Əvhədinin
əsərləri ilə tərbiyələnmiş, еyni zaman-
da Yaхın Şərqin görkəmli şairlərinin:
Cəlaləddin Rumi, Rudəki, Sədi, Əttar
və başqa klassik şairlərin əsərlərini
dərindən öyrənmiş, özü də kiçik yaş-
larından şеir yazmağa başlamışdır.
Nəsimi hicri VIII-IX yüzilliyin
görkəmli ariflərinə müvafiq elmlərdən
təhsil aldıqdan sonra hürufi Fəzlullah
Nəiminin (hic.796 m) xidmətinə ye-
tib onun tərbiyə və təlimlərindən
bəhrələnərək
mənəviyyatın
ali
dərəcələrinə yetmişdir. Səfərlərinin
hamısında özünün şeyx mürşidi Nəimi
ilə yol yoldaşı olmuş və onun qızı ilə
evlənmişdir. Hürufilər Teymurləng
tərəfindən ciddi təzyiqlərə məruz
qaldığı bir vaxtda Nəsimi vətəndən
didərgin düşmüş, İraq, Türkiyə, Su-
riyada yaşamağa məcbur olmuşdur.
Hürufilik təlimi əsasında irəli sürdü-
yü panteist ideyaları üstündə Hələb
şəhərində 1417-ci ildə edam olunmuş-
dur.
Nəsimi Azərbaycan dilində şеirin
ilk gözəl nümunələrini yaradan, öz
mütərəqqi fikirlərini yüksək bədii
dillə ifadə еtməyi bacaran qüdrətli
sənətkarlardan biri olmuşdur. Onun ana
dilindən başqa ərəb və fars dillərində
də yaratmış olduğu divanlar şairin adı-
nın öz vətənindən çoх-çoх uzaqlarda,
bütün Yaхın Şərqdə şöhrətlənməsinə
səbəb olmuşdur.
Nəsimi üç (Azərbaycan, fars, ərəb)
dillərində yazmışdır. Şair öz əsərlərini
“Hüseyni”, “Seyid Hüseyni”, “Seyid”
təxəllüsləri ilə yazmışdır. O, öz ide-
yalarını peşəkar filosof kimi ayrıca
traktatlarda bitkin sistemdə verməyib,
çünki Miyanəcinin, İbn Ərəbinin geniş
əhatəli sufi-fəlsəfi əsərlərindən sonra
bu məzmunda traktatlar yazmağa o
zaman bəlkə də ehtiyac duyulmurdu.
Azərbaycan Respublikası yenidən
müstəqillik
qazandıqdan
sonra
Azərbaycan Milli Elmlər Akademiya-
sının Dilçilik İnstitutuna İmadəddin
Nəsiminin adı verilmişdir.
Dostları ilə paylaş: |