384
Milli ədəbiyyat
125
illiyi
2014
Tağı Abbas oğlu Şahbazov (Tağı
Şahbazi Simurğ) 1892-ci ildə Bakı-
da anadan olmuşdur. İbtidai təhsilini
mollaxanada almışdır. 1902-1905-ci
illərdə İçərişəhərdə 9 saylı məktəbdə,
sonra Həbib bəy Mahmudbəyovun mü-
dir olduğu birinci rus-tatar məktəbində
təhsilini davam etdirmişdir.
Realnı məktəbi bitirdikdən bir il
sonra, 1913-cü ildə Bakıda Üçüncü
Gimnaziyada latın dilindən imtahan ve-
rib şəhadətnamə almış, onun əsasında
həmin il Xarkov Darülfünunun Fizi-
ka və Riyaziyyat fakültəsinin təbiyyat
şöbəsinə daxil olmuşdur. Tələbəlik
həyatı inqilabi hadisələr mühitində
keçmişdir.
1914-cü ildə Darülfünunun tibb
şöbəsinə keçməsi onu inqilabçı
tələbələrə daha da yaxınlaşdırmışdır.
1915-ci ildə “Sosial-Demokrat Bolşe-
vik Firqəsi”nin tələbə fraksiyasına da-
xil olmuşdur.
1917-ci ildə Bakıda “Hümmət”
təşkilatında, 1918-ci ildə Xarkovda
“Cənub türk-tatar işçisi” hərəkatında
fəal çalışmışdır.
1919-cu ildə Ukrayna K(b)P MK
yanında “Hümmət” müsəlman bürosu-
nun sədri, RSFSR Xalq Milli İşlər Ko-
missarlığı Zaqafqaziya müsəlmanları
şöbəsinin katibi, Şərq Xalqları Kom-
munist təşkilatları bürosunda məlumat
şöbəsinin müdiri olmuşdur.
1922-1923-cü illərdə Azərbaycan
Xalq Maarif Komissarının müavini,
1923-cü ildə “Maarif və mədəniyyət”
jurnalının redaktoru, 1923-1926-cı
illərdə Azərbaycan MİK katibi, 1926-
1929-cu illərdə ADU-nun rektoru,
1930-1937-ci illərdə Azərbaycan
Xalq Səhiyyə Komissarının müavini
vəzifələrində çalışmışdır.
Bədii yaradıcılığa inqilabdan əvvəl
başlamışdır. “Quşlar kimi azadə”, “İyi
aləm”, “Südçü qız”, “Şəkərli çoban”,
“Aclar” və s. hekayələrində istismar
dünyası, dini fanatizm, xalqa yad “zi-
yalılar” tənqid olunur.
Sovet dövrü əsərlərində yeni həyat
quruculuğu, qadın azadlığı mövzu-
ları əsas yer tutur. Bunlar “Haqsızlıq
dünyası”, “Hacı Salman”, “Ağanın
kənizi”, “Məşədi Qədimin evində
bədbəxtlik”, “Azadlıq üçün cinayət”,
“Zərifə”, “Küləkli bir axşam” və s.
hekayələrində öz əksini tapmışdır.
1932-ci ildə yazdığı “Düşmənlər” po-
vesti kollektivləşmə dövründə kənddə
gedən sinfi mübarizədən bəhs edir.
Tağı Şahbazi Simurğ 1937-ci
ildə Bakıda vəfat etmişdir. Bakıdakı
küçələrdən biri onun adını daşıyır.
Dostları ilə paylaş: